Məhkəmə qərarları › İş №e-2(008)-1601/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1601/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1601/2023 13.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Arif oğlunun katibliyi ilə, İddiaçı «AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «AccessBank” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «AccessBank” Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı, mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı «AccessBank” Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki iş baxılmamış saxlanılsın. xx.xx.2022-cü il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı «AccessBank” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 63.56 (altmış üç manat, əlli altı qəpik ) manat məbləğində dövlət rüsumu büdcədən iddiaçı «AccessBank” Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar