Məhkəmə qərarları › İş №e-2(008)-161/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-161/2025

28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-161/2025 28.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdeh nümayəndəsi X3 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın məbləği olaraq 3652,80 (üç min altı yüz əlli iki manat səksən qəpik) manat pul vəsaitinin, 56,58 (əlli altı manat əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 400 (dörd yüz) manat vəkil xərcinin cavabdehdən tutularaq, iddiaçının hesabına ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələblərinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahatında hazırkı mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğunu mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 952/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh **********00000 nömrəli abunə koduna 2022-ci ilin mart ayına hesablanmış 1.036,80 manat, dekabr ayına hesablanmış 2.073,60 manat, 2023-cü ilin fevraf ayına hesablanmış 691.20 manat olmaqla, ümumilikdə 3.801,60 (üç min səkkiz yüz bir manat altmış qəpik) manat məbləğində cərimə borcu silinməsi, cavabdeh İddiaçındən 58.02 (əlli səkkiz manat iki qəpik) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza xərci olan 64 (altmış dörd) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4592/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanmışdır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesаb edir ki iş üzrə icrааtа хitаm verilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci mаddəsinə əsаsən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hаkim iş üzrə icrааtа хitаm verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə ki, iş üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan, iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 262.4-cü mаddəsinə əsаsən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuхаrıdа göstərilənləri və Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 170, 261-264, 267-268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar