Məhkəmə qərarları › İş №e-2(008)-1610/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1610/2023

19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1610/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 8466.18 (səkkiz min dörd yüz altmış altı manat 18 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2775.70 (iki min yeddi yüz yetmiş beş manat 70 qəpik) manat və 123.73 (bir yüz iyirmi üç manat 73 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 11.365,61 (on bir min üç yüz altmış beş manat 61 qəpik) manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə T/12661 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmiş, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2013-cü il tarixli 076423 saylı akt əsasında 194,40 manat; xx.xx.2014-cü il tarixli 087667 saylı akt əsasında 144 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 399,60 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 181,20 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 245,70 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 73,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 272 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 647,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 239,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 583,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 266,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 187 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 597,80 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2177,28 manat; xx.xx.2022ci il tarixli ******* saylı akt əsasında 86,40 manat, cəmi 8466.18 (səkkiz min dörd yüz altmış altı manat 18 qəpik) manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2012-ci ilin üzrə 386,20 manat sərfiyyat borcu, 2020-ci ilin mart-dekabr ayları üzrə 261,40 manat borcu və limitdən əlavə 41,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1158,80 manat borcu və limitdən əlavə 47,90 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 809,15 manat sərfiyyat borcu və limitdən əlavə 80,85 manat sərfiyyat borcu, cəmi 2785,70 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin mart ayından 2022-ci ilin dekabr ayına qədər cavabdeh 10 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2775,70 (iki min yeddi yüz yetmiş beş manat 70 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-nə ödənilməli borc məbləği hazırda abonentin SALDO və Gazrep üzrə ümumi 11.241,88 (on bir min iki yüz qırx bir manat 88 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016cı il tarixli T/12661 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2013-cü il tarixli 076423 saylı akt əsasında 194,40 manat; xx.xx.2014-cü il tarixli 087667 saylı akt əsasında 144 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 399,60 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 181,20 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 245,70 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 73,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 272 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 647,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 239,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 583,20 manat; xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 266,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 187 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 597,80 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2177,28 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 86,40 manat, cəmi 8466.18 (səkkiz min dörd yüz altmış altı manat 18 qəpik) manat məbləğində zərər hesablanmışdır. Bundan başqa, cavabdehin debitor borcu 2775.70 manat təşkil edir. Təbii X2nın pozulması haqqında xx.xx.2013-cü il tarixli 076423 saylı, xx.xx.2014-cü il tarixli 087667 saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlardan görünür ki, ünvan 2 ünvanında hazırkı istehlakçı Cavabdeh məxsus saylı evə baxış keçirilərkən abonet kodu **********10000 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixli ******* saylı aktdan isə görünür ki, ünvan 2 ünvanında istehlakçı Cavabdeh məxsus saylı evə baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Beləliklə, işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “X2”nın tələblərinə əməl etməlidir. Cavabdeh tərəfindən bu Qaydaların tələbləri kobud surətdə pozulmuş, qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunmaqla iddiaçıya xx.xx.2013-cü il tarixli 076423 saylı akt əsasında 194,40 manat; xx.xx.2014-cü il tarixli 087667 saylı akt əsasında 144 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 399,60 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 181,20 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 245,70 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 73,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 272 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 647,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 239,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 583,20 manat; xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 266,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 187 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 597,80 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2177,28 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 86,40 manat məbləğində zərər vurulmuşdur. Bundan başqa, iddiaçı debitor borc kimi 2775.70 manat pulun tutulmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli ******* saylı aktdan öncəki aktlar əsasında dəymiş zərər üzrə tələb (3 illik tələbetmə müddəti ötüb) öz qüvvəsini itirmişdir, ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Tələbetmə müddəti ötürülməmiş 2020-ci il ərzində tərtib olunmuş aktlar üzrə dəymiş zərərə görə hazırkı cavabdeh - Cavabdeh məsuliyyət daşımır, çünki 2020-ci il ərzində tərtib olunmuş aktlar ünvan 2 ünvanında yaşayan istehlakçı Raziyə Abas qızının adına tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli ******* saylı aktla bağlı qeyd olunur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Odur ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Bundan başqa, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən sonrakı tarixdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış və dəymiş zərərin ödənilməsi cavabdehdən tələb edilməmiş, əksinə qeyd olunan hallarla bağlı hər dəfə müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ******* saylı aktdan öncəki və sonrakı aktlar əsasında hesablanmış məbləğlərin cavabdehdən tutulması əsassızdır, odur ki, iddia həmin hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən – xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2177.28 manat dəymiş zərər, 2775.70 manat ödənilməmiş debitor borc olmaqla, cəmi 4952.98 manat məbləğində borcun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 123.73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 123.73 manat məbləğində dövlət rüsumunun 69.52 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2177.28 manat dəymiş zərər, 2775.70 manat ödənilməmiş debitor borc olmaqla, cəmi 4952.98 manat məbləğində borc və 69.52 manat dövlət rüsumu, ümumilikdə 5022.50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar