Məhkəmə qərarları › İş №e-2(008)-163/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-163/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-163/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə iddiaçı "X6 Kredit Təşkilatı" MMC-nin Cavabdeh qarşı "cavabdehdən xx.xx.2023-cü il tarixli 4269/2023 nömrəli kredit müqaviləsi üzrə 34770 manat əsas borc, 8344,80 manat faiz borcu, 5635 manat dəbbə pulu, ümumilikdə 48749,80 manat pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə (daşınmaz əmlakın ümumi sahəsi 203,9 kv.m, torpaq sahəsinin ölçüsü 0,05 ha) yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, daşınmaz əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına iddiaçıya 48749,80 manat məbləğində borcun, 620 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xidmət haqqının, 51 manat bildirişin qeydə alınması ilə əlaqədar pulun, 230 manat dövlət rüsumunun ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı "X6 Kredit Təşkilatı" MMC Cavabdeh qarşı "cavabdehdən xx.xx.2023-cü il tarixli 4269/2023 nömrəli kredit müqaviləsi üzrə 34408,93 manat əsas borc, 5842,39 manat faiz borcu, 5635 manat dəbbə pulu, ümumilikdə 45886,32 manat pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə (daşınmaz əmlakın ümumi sahəsi 203,9 kv.m, torpaq sahəsinin ölçüsü 0,05 ha) yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, daşınmaz əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına iddiaçıya 45886,32 manat məbləğində borcun, 620 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xidmət haqqının, 51 manat bildirişin qeydə alınması ilə əlaqədar pulun, 230 manat dövlət rüsumunun ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək iddia tələbini "cavabdehdən xx.xx.2023-cü il tarixli 4269/2023 nömrəli kredit müqaviləsi üzrə 34770 manat əsas borc, 8344,80 manat faiz borcu, 5635 manat dəbbə pulu, ümumilikdə 48749,80 manat pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə (daşınmaz əmlakın ümumi sahəsi 203,9 kv.m, torpaq sahəsinin ölçüsü 0,05 ha) yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, daşınmaz əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına iddiaçıya 48749,80 manat məbləğində borcun, 620 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xidmət haqqının, 51 manat bildirişin qeydə alınması ilə əlaqədar pulun, 230 manat dövlət rüsumunun ödənilməsi" kimi ifadə etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş məhkəmənin icraatında olduğu müddətdə xx.xx.2024-cü ildə Cavabdeh vəfat etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə o, hüquq varisi X2 ilə əvəz edilmişdir. Daha sonra xx.xx.2025-ci ildə iddiaçı "X6 Kredit Təşkilatı" MMC məhkəməyə ərizə göndərərək bildirmişdir ki, cavabdeh öz öhdəliyini tam şəkildə yerinə yetirmiş, bu səbəbdən mübahisə predmeti aradan qalxmış və məhkəmə baxışının davam etdirilməsinə hüquqi əsas almamışdır. Ona görə də iddiaçı öz iddia tələbindən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinasının qəbul edilməməsi üçün əsas yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməli, eyni zamanda, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 229,60 manat və xx.xx.2024-cü il tarixli **********31 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 7 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı "X6 Kredit Təşkilatı" MMC-nin Cavabdeh qarşı "cavabdehdən xx.xx.2023-cü il tarixli 4269/2023 nömrəli kredit müqaviləsi üzrə 34770 manat əsas borc, 8344,80 manat faiz borcu, 5635 manat dəbbə pulu, ümumilikdə 48749,80 manat pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə (daşınmaz əmlakın ümumi sahəsi 203,9 kv.m, torpaq sahəsinin ölçüsü 0,05 ha) yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, daşınmaz əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına iddiaçıya 48749,80 manat məbləğində borcun, 620 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xidmət haqqının, 51 manat bildirişin qeydə alınması ilə əlaqədar pulun, 230 manat dövlət rüsumunun ödənilməsi" barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı "X6 Kredit Təşkilatı" MMC tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 229,60 manat və xx.xx.2024-cü il tarixli **********31 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 7 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X5.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar