Məhkəmə qərarları › İş №e-2(008)-1660/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1660/2025

07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1660/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X5 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi ziyandan ödənilməmiş 891.60 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh “Mercedes Benz 220 minik” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd Polermo tipli işıq dirəyini sıradan çıxararaq müəssisəyə 5891.60 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Xəzər DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP6638501 saylı İnzibati Tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Mercedes Benz 220 minik” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz 220 minik” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiməsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən "xxxx" X2 bank hesabına 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəmizə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir.Hesab edirlər ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisələrinə dəymiş 5891.60 (manat məbləğində maddi ziyandan, sığorta ödənişi çıxıldıqdan sonra qalan 891.60 manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" X6 ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" X2 nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər RPİ DYPŞ tərəfindən xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cu il tarixdə, saat 12:40-da Xəzər rayonu, Binə qəsəbəsi, Ə.isazadə küçəsində «Mercedes Benz» markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nın 327.1ci maddəsinə əsasən inzibati xəta törətmişdir. Xəzər RPİ DYPŞ tərəfindən xx.xx.2024-cü il tarixdə TP ******* nömrəli Qərardan görünür ki, təqsirkar Cavabdeh İXM-nın 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh tətbiq edilmişdir. "xxxx" X2 təqdim etdiyi smeta cədvəlinə əsasən Xəzər rayonu, Binə qəsəbəsi. Ə.İsazadə küçəsində naməlum sürücü idarə eldiyi “Mercedes **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclərin cəmi 5891.60 manatdır. "xxxx" X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktının surətindən görünür ki, “Polermo” tipli işıq dirəyinə 5891.60 manat ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli kredit haqqında bildiriş cədvəlindən görünür ki, Azərbaycan Sənayə Siğorta ASC tərəfindən "xxxx" X2 bank hesabına 5000 manat sığorta ödənişi köçürülmüşdür. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, “Mercedes Benz 220” minik markalı, ** UV *** saylı dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsiri üzündən onun idarə etdiyi avtomobil iddiaçı "xxxx" X3 məxsus “Polermo” tipli işıq dirəyini sıradan çıxarmış, onu yararsız hala salmışdır. Nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Mülki iş matriallarına əlavə edilmiş qüsur aktından məlum olur ki, “Polermo” tipli işıq dirəyinə yol-nəqliyyat hadisəsi zamanı 5891.60 manat məbləğində maddi ziyan dəymişdir. Bu ziyanın 5000 manatı sığorta ödənişi vasitəsilə qarşılanmış, lakin qalan 891.60 manat hissəsində iddiaçıya heç bir ödəniş edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş 891.60 manat maddi ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dölət rüsumu haqqında Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azaddırlar. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddiaçı büdcə təşkilatı hesab olunduğuna görə tərəfindən dövlət rüsumu ödənilməsə də, ödənilməli olan dövlət rüsumu 30 manat pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin 44 manat dövlət rüsumunun tutulması hissəsində əsaslı olduğundan həmin hissədədə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 891.60 (səkkiz yüz doxsan bir manat altmış qəpik) manat dəymiş zərər tutularaq iddiaçı "xxxx" X3 ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar