Məhkəmə qərarları › İş №e-2(008)-1663/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1663/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1663/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC “Xalq” Bankı qarşısında yaranmış xx.xx.2023-cü il tarixli DKM/029N05A02299923 nömrəli kredit müqaviləsi üzrə 4568,57 (dörd min beş yüz altmış səkkiz manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 498,96 (dörd yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 71,48 (yetmiş bir manat qırx səkkiz qəpik) manat məbləğində penya cəmi 5139,01 (beş min bir yüz otuz doqquz manat bir qəpik) manat məbləğində pul vəsaiti və qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 14 % (on dörd faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya; xx.xx.2023-cü il tarixli DKM/029N05A02771323 nömrəli Kredit müqaviləsi üzrə 2644,76 (iki min altı yüz qırx dörd manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 230,09 (iki yüz otuz manat doqquz qəpik) manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 10,18 (on manat on səkkiz qəpik) manat məbləğində penya cəmi 2885,03 (iki min səkkiz yüz səksən beş manat üç qəpik) manat məbləğində pul vəsaiti və qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penya Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC “Xalq” Bankı ilə, Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/029N05A02299923 nömrəli Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 14 % (on dörd faiz) ödənilməsi şərtilə 5800 (beş min səkkiz yüz) manat məbləğində; xx.xx.2023-cü il tarixli DKM/029N05A02771323 nömrəli Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli DKM/029N05A02299923 nömrəli və xx.xx.2023-cü il tarixli DKM/029N05A02771323 nömrəli Kredit müqavilələrinin (bundan sonra birlikdə «Kredit müqavilələri» adlandırıalcaq) 2.4-cü maddəsinə və onların 1 nömrəli əlavəsi olan annuitet ödəniş cədvəllərinə əsasən Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh A Məmmədov bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kreditlər üzrə əsas borc məbləğlərinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğlərinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh: xx.xx.2023-cü il tarixli DKM/029N05A02299923 nömrəli Kredit müqaviləsi üzrə Kreditor qarşısında gecikdirilmiş borcu 5067,53 (beş min altmış yeddi manat əlli üç qəpik) manat təşkil edir ki, bunun da 4568,57 (dörd min beş yüz altmış səkkiz manat əlli yeddi qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 498,96 (dörd yüz doxsan səkkiz manat doxsan altı qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən; xx.xx.2023-cü il tarixli DKM/029N05A02771323 nömrəli Kredit müqaviləsi üzrə isə Kreditor qarşısında gecikdirilmiş borcu 2874,85 (iki min səkkiz yüz yetmiş dörd manat səksən beş qəpik) manat təşkil edir ki, bunun da 2644,76 (iki min altı yüz qırx dörd manat yetmiş altı qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 230,09 (iki yüz otuz manat doqquz qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh kredit müqavilələri üzrə əsas borc məbləğlərinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka penya da ödəməlidir ki: xx.xx.2023-cü il tarixli DKM/029N05A02299923 nömrəli Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə xx.xx.2024-cü il tarixinə hesablanan bu məbləğ 71,48 (yetmiş bir manat qırx səkkiz qəpik) manat; xx.xx.2023-cü il tarixli DKM/029N05A02771323 nömrəli Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə xx.xx.2024cü il tarixinə hesablanan bu məbləğ isə 10,18 (on manat on səkkiz qəpik) manat təşkil edir. Kredit müqavilələri üzrəCavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının Kredit müqavilələrinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqavilələri üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona xx.xx.2023-cü il tarixli DKM/029N05A02299923 nömrəli Kredit müqaviləsi üzrə borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2024-cü il tarixli MDK-XO-12.7.2024- 001 nömrəli, xx.xx.2023-cü il tarixli DKM/029N05A02771323 nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli MDK-XO-2.7.2024-001 nömrəli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, Asif Məmmədov tərəfindən kredit müqavilələri üzrə borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. ASC “Xalq” Bankının nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, yaranmış ciddi tıxac səbəbindən məhkəmə iclasına çata bilmədiyini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185-ci maddəsinin tələblərinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından göründüyü kimi ASC “Xalq” Bankı ilə, Cavabdeh arasında xx.xx.2023cü il tarixdə bağlanmış DKM/029N05A02299923 nömrəli Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 14 % (on dörd faiz) ödənilməsi şərtilə 5800 (beş min səkkiz yüz) manat məbləğində; xx.xx.2023-cü il tarixli DKM/029N05A02771323 nömrəli Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. - xx.xx.2024-cü il tarixinə cavabdehin xx.xx.2023-cü il tarixli DKM/029N05A02299923 nömrəli Kredit müqaviləsi üzrə Kreditor qarşısında gecikdirilmiş borcu 5067,53 (beş min altmış yeddi manat əlli üç qəpik) manat təşkil edir ki, bunun da 4568,57 (dörd min beş yüz altmış səkkiz manat əlli yeddi qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 498,96 (dörd yüz doxsan səkkiz manat doxsan altı qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən və Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə xx.xx.2024-cü il tarixinə hesablanan bu məbləğ 71,48 (yetmiş bir manat qırx səkkiz qəpik) manat; - xx.xx.2023-cü il tarixli DKM/029N05A02771323 nömrəli Kredit müqaviləsi üzrə isə Kreditor qarşısında gecikdirilmiş borcu 2874,85 (iki min səkkiz yüz yetmiş dörd manat səksən beş qəpik) manat təşkil edir ki, bunun da 2644,76 (iki min altı yüz qırx dörd manat yetmiş altı qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 230,09 (iki yüz otuz manat doqquz qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən və Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə xx.xx.2024-cü il tarixinə hesablanan bu məbləğ isə 10,18 (on manat on səkkiz qəpik) manat təşkil edir xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 100,25 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsivə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilirki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş olmasına baxmayaraq, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər lazımı qaydada icra olunmamışdır. Bununla da kreditor müqavilə bağlanılması zamanı nəzərdə tutulmuş ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İddiaçı tərəf bildiriş göndərərək cavabdehdən müqavilə üzrə öhdəliyini icrasını tələb etmiş, edilmədiyi təqdirdə öhdəliyin məcburi icrası üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Lakin bildirişin cavabdehə təqdim edildiyi tarixdən Cavabdeh tərəfindən hər hansı bir cavab verilməmişdir. İddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli DKM/029N05A02299923 nömrəli Kredit müqaviləsi üzrə 4568,57 (dörd min beş yüz altmış səkkiz manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 498,96 (dörd yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 71,48 (yetmiş bir manat qırx səkkiz qəpik) manat məbləğində penya, cəmi 5139,01 (beş min bir yüz otuz doqquz manat bir qəpik) manat məbləğində pul vəsaiti, həmçinin məhkəməyə müraciət olunan xx.xx.2024-cü il tarixdən qətnamə qəbul edilən xx.xx.2025-ci il tarixinə qədər olan 2 ay 16 gün ərzində əsas borc məbləğinə illik 14 % (on dörd faiz) dərəcəsi ilə hesablanan yəni 4568:100 x 2,95%= 134,76 manat və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya olaraq isə 4568:100 x 3, 157%=144,21 manat hesablanmalı. xx.xx.2023-cü il tarixli DKM/029N05A02771323 nömrəli Kredit müqaviləsi üzrə 2644,76 (iki min altı yüz qırx dörd manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 230,09 (iki yüz otuz manat doqquz qəpik) manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 10,18 (on manat on səkkiz qəpik) manat məbləğində penya, cəmi 2885,03 (iki min səkkiz yüz səksən beş manat üç qəpik) manat məbləğində pul vəsaiti, həmçinin məhkəməyə müraciət olunan xx.xx.2024-cü il tarixdən qətnamə qəbul edilən xx.xx.2025-ci il tarixinə qədər olan 2 ay 16 gün ərzində əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan yəni 4568:100 x 2,52 = 115,11 manat faiz və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan 4568:100 x 1,03 = 47,05 manat penya borcu tutularaq, ASC “Xalq” Bankının xeyrinə ödənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100,25 (bir yüz manat iyirmi beş qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli DKM/029N05A02299923 nömrəli Kredit müqaviləsi üzrə 4568,57 (dörd min beş yüz altmış səkkiz manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 498,96 (dörd yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 71,48 (yetmiş bir manat qırx səkkiz qəpik) manat məbləğində penya, cəmi 5139,01 (beş min bir yüz otuz doqquz manat bir qəpik) manat məbləğində pul vəsaiti, məhkəməyə müraciət olunan xx.xx.2024-cü il tarixdən qətnamə qəbul edilən xx.xx.2025-ci il tarixinə qədər olan 2 ay 16 gün ərzində əsas borc məbləğinə illik 14 % (on dörd faiz) dərəcəsi ilə hesablanan yəni 4568:100 x 2,95%= 134,76 manat 14 % (on dörd faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə 4568:100 x 3, 157%=144,21 manat penya hesablansın; xx.xx.2023-cü il tarixli DKM/029N05A02771323 nömrəli Kredit müqaviləsi üzrə 2644,76 (iki min altı yüz qırx dörd manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 230,09 (iki yüz otuz manat doqquz qəpik) manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 10,18 (on manat on səkkiz qəpik) manat məbləğində penya, cəmi 2885,03 (iki min səkkiz yüz səksən beş manat üç qəpik) manat məbləğində pul vəsaiti, məhkəməyə müraciət olunan xx.xx.2024-cü il tarixdən qətnamə qəbul edilən xx.xx.2025-ci il tarixinə qədər olan 2 ay 16 gün ərzində əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan yəni 4568:100 x 2,52 = 115,11 manat adi faizlər və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan 4568:100 x 1,03 = 47,05 manat penya borcu və 100,25 (bir yüz manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar