Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1762/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 101804-763699/7 nömrəli kredit müqaviləsi üzrə 9383.79 manat məbləğində əsas bоrc və 457.94 manat faiz borcu оlmaqla, cəmi 9841.73 (doqquz min səkkiz yüz qırx bir manat yetmiş üç qəpik) manat, 109804-763699/6 kredit müqaviləsi üzrə nömrəli 4709.86 manat məbləğində əsas bоrc və 559.14 manat faiz borcu оlmaqla, cəmi 5269 (beş min iki yüz altmış doqquz) manat, hər iki müqavilə üzrə 15110.73 manat borcun və 135.73 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 08 sentyabr 2022 il tariхli, 101804-763699/7 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 11700 (on bir min yeddi yüz) manat, 16 may 2022 il tariхli, 109804- 763699/6 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 6000 (altı min) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissəhissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 25 dekabr 2023-cü il tarixinə cavabdehin 101804-763699/7 nömrəli kredit müqaviləsi üzrə 9383.79 manat məbləğində əsas bоrc və 457.94 manat faiz borcu оlmaqla, cəmi 9841.73 (doqquz min səkkiz yüz qırx bir manat yetmiş üç qəpik) manat, 109804-763699/6 kredit müqaviləsi üzrə nömrəli 4709.86 manat məbləğində əsas bоrc və 559.14 manat faiz borcu оlmaqla,cəmi 5269 (beş min iki yüz altmış doqquz) manat, hər iki müqavilə üzrə 15110.73 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissəhissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişdir. Həmçinin, məlumat üçün bildirmişdir ki, borcalan ilə bank arasında borcun güzəşt olunması ilə bağlı razılıq əldə olunmamışdır. Ona görə də işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, onun səhhəti ilə əlaqədar məhkəmədə iştirakının mümkün olmadığını nəzərə alaraq, baxış iclasının təxirə salınmasını, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxış iclasının keçirilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-ci maddələrinin tələblərinə əsasən, işə cavabdehlərin və iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 08 sentyabr 2022 il tariхli, 101804-763699/7 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 11700 (on bir min yeddi yüz) manat, 16 may 2022 il tariхli, 109804- 763699/6 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 6000 (altı min) manat məbləğində krеdit vеrilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışlarına əsasən 25 dekabr 2023-cü il tarixinə cavabdehin 101804-763699/7 nömrəli kredit müqaviləsi üzrə 9383.79 manat məbləğində əsas bоrc və 457.94 manat faiz borcu оlmaqla, cəmi 9841.73 (doqquz min səkkiz yüz qırx bir manat yetmiş üç qəpik) manat, 109804-763699/6 kredit müqaviləsi üzrə nömrəli 4709.86 manat məbləğində əsas bоrc və 559.14 manat faiz borcu оlmaqla,cəmi 5269 (beş min iki yüz altmış doqquz) manat, hər iki müqavilə üzrə 15110.73 manat məbləğində kredit bоrcu yaranmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borca görə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7806 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış xx.xx.2022-ci il tarixli, 101804-763699/7 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixə (maliyyə arayışında göstərilən tarixədək) olan borcu aşağıdakı kimi hesablanır xx.xx.2023-cü il tarixə: - əsas borc üzrə __ 9208,11 manat; - faiz borcu üzrə __ 127,89 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Borcalan” Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış xx.xx.2022-ci il tarixli, 109804-763699/6 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixədək) olan borcu aşağıdakı kimi hesablanır: xx.xx.2023-cü il tarixə: - əsas borc üzrə __ 4768,85 manat; - faiz borcu üzrə __ 145,71 manat. Göründüyü kimi cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilə şərtlərini pozmuşdur. İddia tələbinin əsas və faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə gəldikdə məhkəmə hesab edir ki, əsas və faiz borcu ekspert rəyinə əsasən hesablanmış əsas və faiz borcu həcmində təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 101804-763699/7 nömrəli kredit müqaviləsi üzrə 9208,11 manat məbləğində əsas bоrc və 127,89 manat faiz borcu оlmaqla, cəmi 9336 manat, 109804-763699/6 kredit müqaviləsi üzrə nömrəli 4709.86 manat məbləğində əsas bоrc və 145,71 manat faiz borcu оlmaqla, cəmi 4855,57 manat, hər iki müqavilə üzrə cəmi 14191,57 manat borc pul tutularaq, Expressbank” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 130 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 101804-763699/7 nömrəli kredit müqaviləsi üzrə 9208,11 (doqquz min iki yüz səkkiz manat on bir qəpik) manat məbləğində əsas bоrc və 127,89 (bir yüz iyirmi yeddi manat səksən doqquz qəpik) manat faiz borcu оlmaqla, cəmi 9336 (doqquz min üç yüz otuz altı) manat; 109804-763699/6 nömrəli kredit müqaviləsi üzrə 4709.86 (dörd min yeddi yüz doqquz manat səksən altı qəpik) manat məbləğində əsas bоrc və 145,71 (bir yüz qırx beş manat yetmiş bir qəpik) manat faiz borcu оlmaqla, cəmi 4855,57 (dörd min səkkiz yüz əlli beş manat əlli yeddi qəpik) manat, hər iki müqavilə üzrə cəmi 14191,57 (on dörd min yüz doxsan bir manat əlli yeddi qəpik) manat borc pul tutularaq, Expressbank” ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq 100 (bir yüz) manat tərəflərdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-1762/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1762/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver