Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1785/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "X2" ASC-nin Cavabdeh qarşı "556,34 manat əsas, 5,51 manat faiz, 5,51 manat cərimə olmaqla, cəmi 567,36 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "X2" ASC Cavabdeh qarşı "556,34 manat əsas, 5,51 manat faiz, 5,51 manat cərimə olmaqla, cəmi 567,36 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü ildə müraciət etmiş və ərizəyə xx.xx.2023-cü il tarixli maliyyə arayışını əlavə etmişdir. Bundan sonra xx.xx.2024-cü ildə "X2" ASC məhkəməyə xx.xx.2024-cü il tarixli maliyyə arayışı təqdim etmiş, həmin arayışda Cavabdeh 502,68 manat əsas, 1,7 manat faiz, 1,7 manat cərimə olmaqla, cəmi 506,08 manat borcunun olması qeyd olunmuşdur. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmişdir. Cavabdeh məhkəməyə verdiyi xx.xx.2024-cü il tarixli ərizədə bildirmişdir ki, onun həqiqətən "X2" ASC-yə 505 manat məbləğində borcu var, borcu ödəməkdən yayınmır və xx.xx.2024-cü ildə 100 manat ödəniş etmişdir. Həmin ərizəyə 3694nkBANK/18 nömrəli müqavilə üzrə ödəniş məlumatlarının əks olunduğu "Unibank" mobil tətbiqinin fotoşəkli əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdə olan, iddiaçı "X2" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3694nkBANK/18 nömrəli "Kredit və bank hesabı müqaviləsi"ndən görünür ki, cavabdehə 60 ay müddətinə illik 12 % ödəmək şərtilə 5387 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışında Cavabdeh iddiaçı "X2" ASC-yə 3694nkBANK/18 nömrəli kredit müqaviləsi üzrə 556,34 manat əsas, 5,51 manat faiz, 5,51 manat cərimə olmaqla, cəmi 567,36 manat borcu olduğu qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında Cavabdeh iddiaçı "X2" ASC-yə 3694nkBANK/18 nömrəli kredit müqaviləsi üzrə 502,68 manat əsas, 1,7 manat faiz, 1,7 manat cərimə olmaqla, cəmi 506,08 manat borcu olduğu qeyd edilmişdir. İşdə olan "Bildiriş"dən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müəyyən olunur ki, "X2" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdehdən 556,34 manat əsas, 5,51 manat faiz, 5,51 manat cərimə olmaqla, cəmi 567,36 manat borcun tutulmasını tələb etsə də, bundan sonra cavabdeh banka ödəniş etmiş və hazırda cavabdehin qalıq borcu 506,08 manat təşkil edir. Bu, iddiaçının xx.xx.2024-cü ildə təqdim etdiyi maliyyə arayışı ilə təsdiq olunur. Ona görə məhkəmə hesab edir ki, 567,36 manat tələb olunan məbləğdən 506,08 manat təmin edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində "X2" ASC-yə 505 manat məbləğində borcu qaldığını bildirir. İddiaya etirazının sübutu kimi ərizəyə 3694nkBANK/18 nömrəli müqavilə üzrə ödəniş məlumatların əks olunduğu "Unibank" mobil tətbiqinin fotoşəkli əlavə edilmişdir. Həmin fotoşəkildə "3694nkBANK/18" nömrəli müqavilə və "505.00" rəqəmi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, sözügedan fotoşəkil cavabdeh tərəfindən nə vaxt və hansı məbləğdə ödəniş edildiyini, "505.00" rəqəmin əsas borcun və yaxud əsas, faiz borcu daxil olmaqla cəmi borcun ifadə edibetmədiyini müəyyən etməyə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, cəmi 567,38 manat məbləğindən iddianın 506,08 manat hissəsi (89,19 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 89,19 faizi, yəni 26,75 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 3,25 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 502,68 manat əsas borc, 1,7 manat faiz borcu, 1,7 manat cərimə, 26,75 manat dövlət rüsumu, cəmi 532,83 manat məbləğində pul alınaraq iddiaçı "X2" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 3,25 manat hissəsi iddiaçı "X2" ASC-yə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X4.
Məhkəmə qərarları › İş №e-2(008)-1785/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1785/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver