Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1803/2023 13.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 6372 manat dəymiş ziyanın, 251.90 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 86.24 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 6710.14 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (İBAN: AZ50İBAZ********************, S WİFT:İBAZA2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində AKX-05062xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarfnın tələblərinə əməl etmək) və “X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2020-cı il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 784,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 684 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4147,20 manat, cəmi 6372 (altı min üç yüz yetmiş iki) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Bildiririk ki, cavabdehin ödənilməmiş 2015-ci ilin üzrə 147 manat sərfiyyat borcu, 2020-ci ilin oktyabrdekabr ayları üzrə 35,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 65,54 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar ayı üzrə 3,96 manat sərfiyyat borcu, cəmi 251,90 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin oktyabr ayından 2022-ci ilin dekabr ayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 251,90 (iki yüz əlli bir manat 90 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və GAZREP üzrə Ümumi 6623,90 (altı min altı yüz iyirmi üç manat 90 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazla müraciət edərək o, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. 2022-ci ilin iyul ayında qonşusu Əliyev Şamildən aldığı Maştağa qəsəbəsi, i.Həsənov küçəsi, döngə 6 ünvanında yerləşən 6 "A" N° li evdə yaşayır. xx.xx.2022-ci ci il tarixdə İddiaçı İB tərəfindən ünvan 3 ünvanında onun iştirakı ilə qonşusu Əliyev Şamilin adına küçədə quraşdırılmış ZENNER G4 MEXANİKİ, **********4 N° li sayğac çıxarılmış, onun adına ZENNER G4T SMART tipli, **********374 N° li sayğac quraşdırılmış, 13442450 N° li plomb vurulmuş, 1**********0000 N° li abonent kodu onun adına rəsmiləşdirilmiş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" ******* N° li AKT tərtib edilmiş, lakin mənim ilə İddiaçı İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2022-ci ci il tarixdə İddiaçı İB-nin əməkdaşları Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, döngə 6, ev 6 "A" ünvanında quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə onun iştirakı olmadan baxış keçirmiş, guya sayğacdan kənar təbii qaz xəttini aşkar etmiş, foto-şəkillər çəkilmiş, sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə birliyə külli miqdarda ziyan vurduğuna görə 34593 m3 itirilmiş qazın dəyəri 4147.90 manat hesablanmış, ******* N° li AKT tərtib edilmiş, lakin həmin AKT ona təqdim edilməmişdir. xx.xx.2022-ci ci il tarixdə onun ilə İddiaçı İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-05062xx/xx-2022 N° li müqavilə bağlanmışdır. Müqavilə bağlanarkən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* N° li AKT barədə ona heç bir məlumat verilməmişdir. Nəzərinizə çatdırır ki, müqavilə kənar xətt aşkar edildikdən 1 həftə sonra bağlanmışdır. İddiaçı İB təbii qazdan sayğacdan kənar qeyri - qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etməli idi. Lakin, iddiaçı "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 N° li qərarını nəzərə almamışdır. Həmin qərarın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qazın verilməsini dayandırmamışdır. Bu da o deməkdir ki, qaz xəttinə sayğacdan kənar qoşulma olmamış və iddiaçının qazın verilməsinin dayandırılması üçün heç bir əsası yox idi. Nəzərinizə çatdırır ki, onun tərəfindən nə sayğaca, nə də ki, küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğac və qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) onun tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən İddiaçı İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir və sayğaclarda elektron tablodakı göstəricilər İddiaçıİB-nin bazasna ötürülür. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Ümumiyyətlə nə onun, nə də ki, ailə üzvlərinin həmin AKTdan xəbəri olmayıb. AKT birtərəfli qaydada tərtib edilmiş, ona təqdim olunmamış və o həmin AKTı imzalamamışdır. Onun imzalamadığı həmin AKT əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin AKT ləğv edilməlidir. AKT tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. İddiaçı İB xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixə qədər müəyyən vaxtlarda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması barədə 4 AKT- tərtib etmiş, həmin AKTlarda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən xx.xx.2023-cü il tarixə qədər onun hesab koduna 6623.90 manat manat borc yazmışdır. Azəriqaz" İB-nin tərtib etdiyi - ******* N° li, ******* N° li, ******* N° li və ******* N° li AKTlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. İddiaçı İB qaz xəttinə məhz onun tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları belə ona təqdim etmir. Onun imzası olmayan həmin AKT isə qaz xəttinə müdaxilənin məhz onun tərəfindən edildiyini təsdiq etmir. Belə ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, döngə 6, ev 6 "A" ünvanında yerləşən əmlakın əvvəlki sahibi Əliyev Şamil 2022-ci ilin aprel ayından evini satışa çıxarmış və 2022-ci ilin iyul-avqust ayında o həmin əmlakı almış və "Azəriqaz" İB-nin balansında olan küçədəki qaz xəttinə özbaşına qoşulmamışdır. Qeyd etmək istəyir ki, təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz xəttində qaynaq izləri qalır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. İddiaçı İB son illərdə üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlər tərəfindən kənar xəttdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq öz abonentlərinə kənar xətdən istifadə etmək üçün şərait yaratmaqla, AKTlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. Mübahisənin düzgün həlli üçün ilkin olaraq tələbin qanuni əsası tapılmalıdır. Hazırkı halda o iddiaçıdan qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmanı sübut edən faktları tələb edir. Belə ki, məhkəməyə təqdim olunmuş - xx.xx.2020-ci il tarixli, ******* N° li, xx.xx.2020-ci il tarixli, ******* N° li, xx.xx.2020-ci il tarixli, ******* N2 li və xx.xx.2022-ci il tarixli, ******* N° li AKTlardan görünür ki, həmin AKTlar birtərəfli qaydada tərtib edilmiş və həmin AKTlar abonent tərəfindən imzalamamışdır. Abonent tərəfindən imzalanmamış həmin AKTlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddiaçının tələbi təmin edilməməlidir. xx.xx.2023-cü il tarixli GASREPdən məlum olur ki, 1**********0000 N° li abonent kodu Əliyev Şamilə məxsus olmuş və o sərfiyyata uyğun olaraq xx.xx.2020-ci ilə qədər hər ay ödənişlər etmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər 1273 m3 qaz sərfiyyatına görə 139,00 manat ödəniş etmiş və borca görə ondan 11,70 manat pul tutulmuşdur. İddiaçı İB-nin saxtakarlığı xx.xx.2023-cü il tarixli Abonentin SALDOSUnda öz əksini tapmışdır. Belə ki, Abonentin SALDOSUnda xx.xx.2021-ci il tarixdən xx.xx.2022-cü il tarixə qədər qazın sərfiyyatı 348 m3 qeyd edilsə də, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixə qədər qeydiyyat aparılmamış, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər isə sərfiyyat 34560 m3 qeyd edilmişdir. Abonent tərəfindən 1 ay ərzində bu qədər qazın sərfiyyatı mümkün deyildir. İddiaçı artıq pul almaq üçün xx.xx.2022-ci il tarixdə ******* N° li AKT tərtib edərək iddia ərizəsində 6372.00 manat dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. SOCAR Şurasının xx.xx.2011-ci il tarixli, 11 li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X1 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaların normativ hüquqi AKT deyil. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına, işçi vəziyyətdə saxlanılmasına və qaz kəmərlərinin təhlükəsizliyinə görə qaz paylayıcısı cavabdehlik daşıyır. Eyni zamanda Qanunvericilikdə qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi, quraşdırılması və qaz kəmərlərinə nəzarət edilməsi qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə cavabdeh tərəfindən qaz sayğacına və küçədəki qaz kəmərinə müdaxilə olunmasına dair iddiaçı "Azəriqaz" İB-nin heç bir sübutu yoxdur. İmzasız və qeyri-qanuni tərtib edilmiş AKT isə abonentə məxsus fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunması faktının sübut edilməsi demək deyildir. Bundan əlavə nəzərə alınmalıdır ki, sayğac və qaz xətti abonentin yaşadığı evin həyətində deyil, küçədə yerləşir. İddaçı İddiaçı İB-nin dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi, İddaçı İddiaçı İB tərəfindən tərtib edimiş - xx.xx.2020-ci il tarixli, ******* N° li, xx.xx.2020-ci il tarixli, ******* N° li, xx.xx.2020-ci il tarixli, ******* N2 li və xx.xx.2022-ci il tarixli, ******* N° li AKTların ləğv edilməsinə, həmin AKTlardan irəli gələn 6372.00 manatın və 251.90 manat debitor borcun onun hesab kodundan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, AKX-05062xx/xx-2022 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, Cavabdeh 2022-cü ilin dekabr ayınadək 6623.90 manat məbləğində borcu var. - İddiaçı saldosundan görünür ki, Cavabdeh 104.9 manat debitor borcu vardır. Qeyd edilən borc məbləğinin 35.40 manat olan hissəsi 2020-ci il tarix üçün sərfiyyat borcu, 65.54 manat olan hissəsi 2021-ci ilin sonu üçün yaranmış sərfiyyat borcu, 3.96 manat olan hissəsi isə 2022-ci il üçün olan borc məbləğidir. (35.40+65.54+3.96=104.9 manat). Qeyd edilən borc məbləğindən ödəniş edilməmişdir. - Təbii X1 pozulması haqqında İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş, xx.xx.2020-cı il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 784,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 684 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4147,20 manat, cəmi 6372 (altı min üç yüz yetmiş iki) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuş, fotoşəkillər çəkilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə Azəriqaz İB-nə yazmış olduğu ərizənin məzmunundan görünür ki, o borc məbləği ilə tanış olmuşdur. Hesablanmış 6223.7 manat borcun qəbul edərək, onun hissə-hissə ödənməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 86.27 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgülüyünə şübhə yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent Cavabdeh təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız xx.xx.2020-cı il tarixli ******* saylı akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminın 7560 kubmetr olduğu müəyyyən olunmuşdur. 7560 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 756 manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 756 manat həcmində təmin edir. Eyni zamanda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclasında iştirak edən zaman qeyd edilən ünvanda aktlar tərtib edilən zaman onun yaşamadığını bildirsədə bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Habelə onun tərəfindən Azəriqaz İB-nə xx.xx.2022-ci il tarixdə yazılmış ərizəyə isə münasibət bildirərək qeyd etmişdir ki, o nəyə qol çəkdiyini bilməmişdir. Ərizənin mətini Azəriqazın əməkdaşları tərəfindən tərtib edilmiş şəkildə ona təqdim edilmişdir. Bundan başqa məhkəmə iddia tələbinin cavabdeh tərəfindən faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2023-cü il üçün hesablanmış 251.9 manat pulun tutulması hissəsinədə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş saldodanda görünür ki, cavabdeh 2020-ci il sonu üçün 35.4 manat, 2021-ci ilin sonu üçün isə 65.54 manat, 2022-ci iln sonu üçün 3.96 manat məbləğində qazdan istifadə nəticəsində sərfiyyat borcu (35.4+65.54+3.96=104.9) yaranmış olduğu sübut edildiyindən iddia tələbi bu hissədədə qismən 104.9 manat olan hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 86.24 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 756 (yeddi yüz əlli altı) manat dəymiş zərər, 104.9 (bir yüz dörd manat, doxsan qəpik) debitor borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 756 (yeddi yüz əlli altı) manat dəymiş zərər, 104.9 (bir yüz dörd manat, doxsan qəpik) debitor borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan X3 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1803/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1803/2023
13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver