Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1846/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Səmədov Cavid Nizami oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka dəymiş maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlaka dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 390,36 (üç yüz doxsan manat otuz altı qəpik) manat maddi zərər məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 420,76 (dörd yüz iyirmi manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində **-FH-*** DQN-lı “FORD TRANSİT YÜK” markalı avtomobilin sürücüsü Seyidov X1 rayonu, Ramana qəsəbəsi, Ramana yolunda hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq İddiaçı MMC-yə məxsus **-JA-*** DQN-lı “BMC NEOCİTY AVTOBUS” markalı avtobusu qabaq sol hissədən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. YNH-si barədə Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Sabunçu RPİ DYPŞ-nin polis kapitanı X2 tərəfindən araşdırılaraq, tərəflərdən izahatlar alınmışdır. İnspektorun arşadırması nəticəsində Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2023-cü il tarixli TP5223401 nömrəli, İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 02 (iki) ay müddətində xidmətdən kənar edilərək xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 10109 nömrəli, Zərər Aktına əsasən **-JA-*** DQN-lı avtobusa 5390,36 (beş min üç yüz doxsan manat otuz altı qəpik) manat maddi zərər dəyməsi müəyyən edilmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində **-FH-*** DQN-lı “FORD TRANSİT YÜK” markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 5390,36 (beş min üç yüz doxsan manat otuz altı qəpik) manat zərərdən 5000 (beş min) manat "xxxx" ASC tərəfindən qarşılanaraq ödənilmişdir, lakin qalan 390,36 (üç yüz doxsan manat otuz altı qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən təşəbbüs göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında yük maşının onun mülkiyyətində olmadığı, “Əmircan” çörək zavoduna məxsus nəqliyyat vasitəsi olduğunu, etibarnamə əsasında avtomobili idarə etdiyini, yol nəqliyyat hadisəsi baş verdikdən sonra sığorta şirkəti tərəfindən dəymiş zərərin ödənildiyini ödədiyini və iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan sənədlərə əsasən, xx.xx.2023-cü il tarixində **-FH-*** DQN-lı “FORD TRANSİT YÜK” markalı avtomobilin sürücüsü Seyidov X1 rayonu, Ramana qəsəbəsi, Ramana yolunda hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq, İddiaçı MMC-yə məxsus **-JA-*** DQN-lı “BMC NEOCİTY AVTOBUS” markalı avtobusu qabaq sol hissədən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. xx.xx.2023-cü il tarixli TP5223401 nömrəli İnzibati tənbeh vermə haqqında Qərara əsasən, Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində inzibati qaydada tənbeh tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli 10109 nömrəli, Servis Mərkəzi tərəfindən verilən Zərər Aktına əsasən **-JA-*** DQN-lı “BMC NEOCİTY AVTOBUSA” 5390,36 (beş min üç yüz doxsan manat otuz altı qəpik) manat maddi zərər dəymişdir. xx.xx.2024-cü il tarixli 87213 nömrəli, Ödəniş tapırığına əsasən yol-nəqliyyat hadisəsi **-JA-*** DQN-lı “BMC NEOCİTY AVTOBUS” markalı avtobusun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş zərərdən 5000 (beş min) manat "xxxx" ASC tərəfindən qarşılanaraq ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Göründüyü kimi **-FH-*** DQN-lı “FORD TRANSİT YÜK” markalı avtobusun sürücüsü Cavabdeh xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi törədərək, İddiaçı MMC-yə məxsus **-JA-*** DQN-lı “BMC NEOCİTY AVTOBUS” markalı avtobusu qabaq sol hissədən vurmuş və hadisə nəticəsində şirkətin balansında olan əmlakına 5390,36 (beş min üç yüz doxsan manat otuz altı qəpik) manat maddi zərər dəymişdir. Həmçinin iş materialları ilə də müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli 87213 nömrəli, ödəniş tapırığına əsasən **-JA-*** DQN-lı “BMC NEOCİTY AVTOBUS” markalı avtobusa dəymiş 5390,36 manat zərər məbləğindən 5000 (beş min) manat "xxxx" ASC tərəfindən qarşılanaraq ödənilmişdir. Hazırda İddiaçı MMC-yə məxsus avtobusuna dəymiş 5390,36 manat ziyan məbləğinin 5000 manat hissəsi "xxxx" ASC tərəfindən qarşılanaraq ödənilsə də, 390,36 (üç yüz doxsan manat otuz altı qəpik) manatın ödənilməsi barədə Cavabdeh müraciət olunmuş, lakin sonuncu zərər məbləğini ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. İş materiallarından və cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatına əsasən **-FH-*** DQN-lı “FORD TRANSİT YÜK” markalı avtobusun sürücüsü Cavabdeh xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi törədən zaman nəqliyyat vasitəsini ona verilmiş etibarnamə əsasında idarə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Plenum Qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Mülki Məcəllənin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir; yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP5223401 nömrəli, İnzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində inzibati qaydada tənbeh tətbiq edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, zərərin əvəzini tələb etmək hüququ olan İddiaçı MMC dəymiş ziyan məbləğini nəqliyyat vasitəsini idarə edən fiziki şəxsdən tələb etməkdə haklı olduğundan, iddia təmin edilməli və Cavabdeh 390,36 (üç yüz doxsan manat otuz altı qəpik) manat tutularaq, İddiaçı MMC-nin hesabına ödənilməlidir. Həmçinin iddia tələbi təmin edildiyindən Cavabdeh 30 (otuz) manat dövlət rüsumu və buna görə xidmət haqqı kimi ödənilmiş 0,40 (qırx) qəpik tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 390,36 (üç yüz doxsan manat otuz altı qəpik) manat maddi zərər, 30 (otuz) manat dövlət rüsumu və xidmət haqqı olaraq 0,40 (qırx) qəpik, ümumilikdə 420,76 (dörd yüz iyirmi manat, yetmiş altı qəpik) manat tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-1846/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1846/2025
10.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver