Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1847/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli 014KK**********01 nömrəli kart kredit müqaviləsi üzrə 398,54 manat kredit, 194,37 manat faiz, xx.xx.2023-cü il tarixli 014A********** nömrəli müqavilə üzrə 3704,96 manat kredit, 362,23 manat faiz, 105,22 manat cərimə borcu olmaqla, cəmi 4765,32 manat borcun və 67,66 manat dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli 014KK**********01 nömrəli kart kredit müqaviləsi üzrə 398,54 manat kredit, 194,37 manat faiz, xx.xx.2023-cü il tarixli 014A********** nömrəli müqavilə üzrə 3704,96 manat kredit, 362,23 manat faiz, 105,22 manat cərimə borcu olmaqla, cəmi 4765,32 manat borcun və 67,66 manat dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən, həmin iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmişdir. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənişləri təsdiq edən bir neçə sənədin surətini məhkəməyə təqdim etmiş, lakin tələbə dair yazılı etiraz verməmişdir. Bundan sonra müəyyən edilmişdir ki, iş üzrə əlavə araşdırmanın aparılması, o cümlədən tərəflərin çağırılaraq izahatlarının alınması, cavabdeh tərəfindən ödəniş sənədlərinin surətlərinin məhkəməyə hansı məqsədlə təqdim edilməsinin öyrənilməsi zəruridir. Ona görə də məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən, hazırkı işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli müqavilələrlə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək iddianın təmin olunmasını və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə baxışı iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirildi. Cavabdeh iddianı etiraf edərək bildirdi ki, ödənişlər etməyə davam edir, son üç ay ərzində təxmini 700 manat məbləğə qədər borcundan ödəmişdir. Bundan əvvəl xx.xx.2025-ci ildə isə Cavabdeh məhkəməyə ərizə verərək bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcundan imtina etmir və hər ay 200 manat ödəniş edəcəkdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdə olan, xx.xx.2023-cü il tarixli "Ərizə"dən görünür ki, Cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş "Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri", tarifləri və valyuta məzənnəsi ilə tanış olması və onları qəbul etməsi nəticəsində ona 36 ay müddətinə 400 manat məbləğində kredit limiti açılmışdır. İşdə olan, xx.xx.2023-cü il tarixli "Ərizə"dən görünür ki, Cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş "Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri", tarifləri və valyuta məzənnəsi ilə tanış olması və onları qəbul etməsi nəticəsində ona 36 ay müddətinə illik 25% ödəmək şərtilə 4500 manat kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 398,54 manat əsas, 194,37 manat faiz olmaqla, cəmi 592,91 manat borcu vardır. İşdə olan xx.xx.2024-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3704,96 manat əsas, 362,23 manat faiz, 105,22 manat cərimə olmaqla, cəmi 4172,41 manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3260 manat əsas, 213,17 manat faiz, 30,64 manat cərimə olmaqla, cəmi 3503,81 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə yaranmış borcların ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə xx.xx.2023-cü il tarixli 014KK**********01 nömrəli kart kredit müqaviləsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin həmin müqavilə üzrə borcu 398,54 manat kredit, 194,37 manat faiz olmaqla 1722,63 manat, cəmi 592,91 manat təşkil edir. İddiaçının tələbi həmin məbləğlərin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehdən həmin məbləğlərin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia bu hissədə təmin edilməlidir. Məhkəmə xx.xx.2023-cü il tarixli 014A********** nömrəli müqavilə münasibətdə aşağıdakıları bildirir. Müəyyən olunur ki, "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman həmin müqavilə üzrə cavabdehdən 3704,96 manat əsas, 362,23 manat faiz, 105,22 manat cərimə olmaqla, cəmi 4172,41 manat borcun tutulmasını tələb etmişdir. Bu, iddiaçının xx.xx.2024-cü ildə təqdim etdiyi maliyyə arayışı ilə təsdiq olunur. "xxxx" QSC məhkəməyə müraciət etdikdən sonra cavabdeh ödənişlər etməyə davam etmişdir. Belə ki, iddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2023-cü il tarixli 014A********** nömrəli müqavilə üzrə borcu 3260 manat əsas, 213,17 manat faiz, 30,64 manat cərimə olmaqla, cəmi 3503,81 manat təşkil etdiyi müəyyən olunmuşdur. "xxxx" QSC ödənişlərin nəzərə alındığı yeni maliyyə arayışını təqdim etsə də, məhkəməyə iddia tələbinin azaldılması ilə bağlı müraciət etməmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023cü il tarixli 014A********** nömrəli müqavilə üzrə 3260 manat əsas, 213,17 manat faiz, 30,64 manat cərimə olmaqla, cəmi 3503,81 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildi ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 68,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cəmi 4765,32 manat məbləğində iddianın 4096,72 manat hissəsi (85,96 faiz) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 85,96 faizi, yəni 58,62 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 9,58 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 014KK**********01 nömrəli kart kredit müqaviləsi üzrə 398,54 manat kredit, 194,37 manat faiz, xx.xx.2023-cü il tarixli 014A********** nömrəli müqavilə üzrə 3260 manat kredit, 213,17 manat faiz, 30,64 manat cərimə borcu, 58,62 manat dövlət rüsumu olmaqla, cəmi 4155,34 manat məbləğində pul alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 9,58 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X5.
Məhkəmə qərarları › İş №e-2(008)-1847/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1847/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver