Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1850/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Rüstəmova Əminə Pünhan qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30150 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 180,45 manat dövlət rüsumu, cəmi 30330,45 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 02 iyun 2018-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən, 25 dekabr 2018-ci il tarixində qaytarmaq şərtilə 30600 manat məbləğində pulu cavabdehə borc vermişdir. Lakin Borc alan Cavabdeh müxtəlif bəhanələr gətirərək, borcu ödəməkdən yayındığından və müqavilə üzrə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozduğundan xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırmışdır Həmin vaxt Cavabdeh yaxın dost tanışların yanında borcunu ödəyəcəyi barədə vəd verdiyini, iddianın geri götürülməsini xahiş etmişdi. İddia ərizəsi baxılmamış saxlanılandan, bir müddət sonra cavabdeh verdiyi vədi tutmayaraq, telefon zənglərinə cavab vermədi. Daha sonra icra qeydinin aparılması üçün Bakı şəhəri 16 saylı notariat ofisinə müraciət etmiş və 05.06.202-ci il tarixdə 8İ-3646 nömrəli icra qeydi aparılaraq, həmin gün icra olunması üçün Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə göndərilmişdir. İcra müddətində Cavabdeh hər həftə 200 manat ödəyəcəyi barədə yazılı iltizam verdi. Halhazıra kimi iddiaçının kart hesabına xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 30 manat və xx.xx.2022-ci il tarixdə 30 manat, cəmi 450 manat ödəmişdir. Hal-hazırda Cavabdeh ona 30150 manat borcu var. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 30600 manat borc məbləğindən 520 manat qaytardığından cavabdehdən 30080 mant borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, hər ay nəğd şəkildə ödənişlər etdiyini, bununla bağlı heç bir sənənd imzalatmadığını, “Milliön” ödəniş sistemi vasitəsilə 520 manat cavabdehin kart hesabına köçürüldüyünü, hazırda cüzi borcunun qaldığını bildirərək, iddianın qismən təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan 02 iyun 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 30600 manat pul məbləği Cavabdeh vermişdir. İş materiallarına əlavə olunmuş 05 iyun 2021-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 30600 manat tutulmuşdur. Mülki işin matraiallarına əlavə edilmiş notarial qaydada bağlanmış kredit müqavilələrindən görünür ki, iddiaçı 30600 manat məbləğində pul vəsaitini müqavilədə qeyd olunan müddətində qaytarmaq şərti ilə cavabdehə vermişdir. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək qeyd edilən pul vəsaitlərinin cavabdeh tərəfindən qaytarılmamasını iddia edərək həmin pul vəsaitini tələb edir, iddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən 520 manat pul ödənildiyi qeyd etmiş, cavabdeh isə iddianı qismən qəbul edərək 30600 manat borcdan əvvəllərdə ödəniş etsədə pul vəsaitinin qaytarılmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30080 (otuz min səksən) manat borc pul alınaraq, İddiaçı qaytarılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddiada iddiaçı tərəfindən ödənilmiş 180,45 (bir yüz səksən manat qırx beş qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə .Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30080 (otuz min səksən) manat məbləğində pul vəsaiti və 180.45 (yük səksən manat qırx beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-1850/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1850/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver