Məhkəmə qərarları › İş №e-2(008)-1867/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1867/2023

17.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1867/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4030,08 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 128,94 manat və 41,60 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4200,62 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 04/2967 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X7”nın tələblərinə əməl etmək) və “X7”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X7nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2656,80 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat; - xx.xx.2021ci il tarixli ******* saylı akt əsasında 977,28 manat cəmi 4030,08 (dörd min otuz manat 08 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2021-ci ilin üzrə 128,94 manat sərfiyyat borcu qalmışdır. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 128,94 (bir yüz iyirmi səkkiz manat 94 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gazrep üzrə ümumi 4159,02 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 6. ev 8 ünvanında pasport qeydiyyatında olsa da, 2022-ci ilin sentyabr ayına qədər faktiki olaraq ünvan 2 ünvanında yaşamış və evi X1, həmin evə dair verilmiş **********06808 abonent kodunu X3 adına rəsmiləşdirmişdir. xx.xx.2022-ci il tarixdən etibarən Cavabdeh qeydiyyatda olduğu ünvan 3 ünvanında yaşamağa başlamışdır. 31.05,2010-cu il tarixdə İddiaçı İB tərəfindən ünvan 4 ünvanına Teyyub İsrafil oğlunun iştirakı ilə küçədə G-4 itron-smar tipli, 1005AQ**********08 № li sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana **********00000 №li abonent kodu verilmiş, lakin “Qaz sayğacının çıxarılması, quraşdırılması va istismarı haqqında" AKT tərtib edilməmiş və cavabdeh Teyyub İsrafil oğlu ilə İddiaçı İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2017-ci il tarixdə İddiaçı İB tərəfindən ünvan 2 ünvanına Cavabdeh iştirakı ilə küçədə ELSTER G-4T DİAFRAQMA tipli, 10578397 № li sayğac quraşdırılmış, həmin ünvana **********06808 № li abonent kodu verilmiş və hal-hazırda həmin abonent kodu X3 adma rəsmiləşdirilmişdir. xx.xx.2020-ci ildə Azəriqaz İB tərəfindən Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 6, ev 8 ünvanında, Teyyub İsrafil oğlunun adına quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə abonentin və ailə üzvlərinin iştirakı olmadan baxış keçirilmiş və guya sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto video çəkilmişdir. Sayğacdan kənar təbii qaz xətti ləğv edilmiş, 26568 m3 itirilmiş qazın dəyəri 2656,80 manat hesablanmış, ******* saylı akt tərtib olunmuş, lakin həmin akt abonentə təqim olunmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - xx.xx.2022-ci il tarixli abonent saldosundan görünür ki, **********06808 abonent kodu olan Cavabdeh 09.2022-ci il tarixə 2480,40 manat məbləğində borc hesablanmışdır. - Təbii X7nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, aktların surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında iddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. Lakin, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. Tərtib edilmiş aktlar üzrə 4030,08 manat ziyan hesablanmışdır. Cavabdeh hkənar xətdən istifadə etdiyinə görə ona akt tərtib olunmsı ilə razı deyil, çünki onu kənar xətdən istifadə etdiyini inkar edir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanına yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ünvana çəkilmiş qaz xəttinə və sayğaca heç bir müdaxilə edilməmiş, iddiaçının evinə əlavə qaz xətti çəkilməmişdir. Yalnız qonşu divarda kiçik bir dəlik aşkar edilmişdir. Yerli baxış keçirildikdən sonra məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi yerli baxış zamanı kənar xəttin müəyyən olunmamasının səbəbi olaraq onu göstərmişdir ki, əslində kənar xəttin qoşulması sayğacın içərisindən keçirilmişdir ki, onun aşkar olunması bir qədər çətindir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X7»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə yuxarıda göstərilənləri, işin hallarını və toplanmış sübutlar üzrə tərəflərin izahatlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən qazdan qanunsuz istifadə faktı yerli baxış zamanı müəyyən olunmasa da, gazrep və saldo üzrə onun tərəfindən qazdan istifadəyə görə çox cüzi ödənişlər edilməsi, bəzən isə ümumiyyətlə edilməməsi onun qazdan qanunsuz istifadə etməsinə dəlalət edir. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən tərtib edilmiş aktlarda cavabdehin imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Həmçinin işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkündür. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə, iş üzrə mövcud sübutları tədqiq edib iddia tələbinin tam təmin edilməsi üçün onları yetərli və mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, iddia qismən yalnız birinci tərtib olunmuş, xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə qismən təmin edilməlidir. Belə ki, ilk akt tərtib edildikdən sonra qaz paylayıcısının qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaq, cavabdehi inzibati və cinayət məsuliyyətinə cəlb etməklə bağlı addımlar atmaq imkanı olduğu halda bunları etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə müəyyən etdiyi ziyan məbləği şişirdilmiş və əsassızdır. Belə ki, xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ziyanın həcminin hesablanması PQ4-ün, QSSQ-nin və dəmir sobanın maksimal saatlıq qaz sərfləri müvafiq olaraq 1.2 m3/saat, 1.5 m3/saat və 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün qəbul edilməklə aparılmışdır. Lakin hesabat müddətinin hansı səbəbdən 270 gün müəyyənləşdirilməsi tələbnamədə göstərilməmişdir. Məhkəmə hesab edir ki, hesabat müddəti 30 gün qəbul edilməklə aşağıdakı formada hesablanaraq tutulmalıdır. 1.2x24x30=864 m3 1.5x24x30=1080 m3 1.4x24x30=1008 m3 864+1080+1008=2952 m3 Beləliklə hesabat müddəti 30 gün qəbul edildikdə ziyanın həcmi (864+1080+1008=2952 m3) 2952 m3, yəni 295,20 manat təşkil edir. Bundan başqa, cavabdehin xx.xx.2022-ci il tarixdə 6639.60 manat borcunun olmasına dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, həmin ərizə borcun etirafı kimi qəbul edilərək heç bir araşdırma aparmadan süni şəkildə şişirdilmiş borcun tuutlması ilə nəticələnə bilər. Belə ki, cavabehə ərizə imzaladılarkən onun hüquqularının izah edilməsi ərizədə öz əksini tapmır. Halbuki, MPM-in 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmçinin məhkəmə cavabdehin təbii qazdan istifadəsi nəticəsində, yəni qaz sərfiyyatına görə 128,94 manat məbləğində borcun yaranması hisəssində qeyd edir ki, bu hissədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli saldodan görünür ki, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş lakin dəyəri ödənilməmiş borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun yarısının yəni 20 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 295,20 manat dəymiş maddi zərərin əvəzi və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 315 (üç yüz on beş) manat, 20 (iyirmi) qəpik məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar