Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1868/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Əminə Pünhan qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü Məsimova Zəhra Rəşad qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğinin və uşağın sağlamlığında mövcud olan ciddi xəstəliklərin müalicəsi üçün əlavə xərc şəklində 300 ( üç yüz) manat məbləğində, ümumilikdə 520 (beş yüz iyirmi) manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhəri Məhkəməsinin 20 sentyabr 2010-cu il tarixli, 2(051)-839/2010 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında 27 yanvar 2009-cu il tarixdə rəsmi bağlanmış nikahın pozulması, bu nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Məsimova Zəhra Rəşad qızının iddiaçının himayəsində saxlanılması, Zəhranın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 50 manat məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Daha sonra aliment məbləğinin artırılması ilə bağlı iddiaçının məhkəməyə müraciəti əsasında həmin məhkəmənin 15 dekabr 2017-ci il tarixli, 2(051)-4835/2017 nömrəli qətnaməsi ilə Zəhra Mənsimovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 120 manat məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Hazırda uşağın 13 yaşı var. Mingəçevir Şəhər Məhkəməsi tərəfindən çıxarılmış sonuncu qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq böyüdüyündən onun məsrəfidə yetərincə artmışdır. Zəhra Məsimova sağlamlıq imkanları məhdud uşaqdır. Belə ki, bir neçə tibb müəssisələrinin arayışlarından da görünür ki, uşağın hər iki qulağında orta dərəcəli sensonevral ağıreşitmə diaqnozu mövcuddur. Bununla əlaqədar müalicə məqsədi ilə bir müddət əvvəl iddiaçı uşağı Türkiyəyə aparmış, həkim müayinəsindən sonra da xüsusi bir cihazın alınması tövsiyə olunmuşdur. Həmin cihazın məbləği 2000 (iki min) manat dəyərindədir. İddiaçının hal hazırda həmin cihazı almağa heç bir maddi imkanı olmadığından uşağın müalicəsidə yarımçıq qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 14 mart 2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh etiraz təqdim edərək, iddia tələbini qəbul etmədiyini, uşağın ciddi qüsuru olmadığını, Mingəçevirdə həkimə yoxlatdığını, zəif eşidə bilər amma sağlamlığında ciddi bir problemi olmadığını bildirdi. Uşağı bir ildir görə bilmir. Son 1 ilə qədər uşaq Mingəçevirdə nənə və babasının yanında olanda ona mütəmadı baş çəkirdi. Lakin hazırda uşaqdan xəbəri yoxdur, anası uşağı göstərmir. Hazırda Mingəçevir şəhərində yerləşən Samux şadlıq sarayında kababçı işlədiyini və aylıq maaşının 345 (üç yüz qırx beş) manat olduğunu, himayəsində 2 körpə uşağı olduğunu, 220 manat aliment ödəməyə imkanı yoxdur. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-839/2010 nömrəli, 20 sentyabr 2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Məsimova Zəhra Rəşad qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 50 (əlli ) manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-4835/2017 nömrəli, 15 dekabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Məsimova Zəhra Rəşad qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 120 (yüz iyirmi) manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli məlumatından görsənir ki, Məsimova Zəhra Rəşad qızının sağlamlıq imkanları məhdud uşaq hesab edilərək, iki tərəfli 3-4-cü dərəcəli neyorosensor ağır eşitmə, iki tərəfli koxlear nevrit, anadangəlmə nitq pozulması intelekt ləngiməsi cavabı verilmişdir İş materiallarında olan Avis eşitmə mərzəzinin Audiometriya formundan görünür ki, Məsimova Zəhra Rəşad qızı “iki tərəfli orta dərəcəli mix (qarışıq) tip eşitmə zəifliyi” xəstəliyindən əziyyət çəkir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. . Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqları pozulduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-4835/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü Məsimova Zəhra Rəşad qızının yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə iddia tələbinin tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü Məsimova Zəhra Rəşad qızının xəstəliyi ilə bağlı cavabdehin hər ay 300 manat məbləğində müalicə pulu tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.2009-cu il təvəllüdlü Məsimova Zəhra Rəşad qızı “iki tərəfli orta dərəcəli mix (qarışıq) tip eşitmə zəifliyi” xəstəliyindən əziyyət çəkir və müalicəyə ehtiyacı vardır. Lakin məhkəmə hesab edir ki, iddiaçı müalicəyə görə cavadehdən tutulmalı olan pulun məbləğinin zərurətini iddia tələbində əsaslandıra bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən yəni 50 manat məbləğində təmin edilməsi daha ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-4835/2017 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2009-cu il təvəllüdlü Məsimova Zəhra Rəşad qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat aliment və 50 (əlli) manat müalicə pulu tutularaq İddiaçı ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-1868/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1868/2023
03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver