Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-187/2025 17.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyyə Nazim qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X1 qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx.xx.2021-ci il tariхli, 100850- 628071\2 nömrəli kredit müqaviləsi üzrə 22.268,45 manat əsas borc, 2823,06 manat faiz borcu olmaqla, cəmi 25.091,51 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı olmaqla, cəmi 51 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 165.68 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 11, mənzil 25, (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m-dən ibarət 1 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi və ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 11, mənzil 25, (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m-dən ibarət 1 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 100850-628071/2 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 19 faiz dərəcəsi ilə 36 ay müddətinə 45.960.71 manat məbləğində krеdit verilmişdir. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 11, mənzil 25, (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 31, M1 ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m-dən ibarət 1 saylı mənzil) xx.xx.2021-ci il tariхli, 100850-628071/2 nömrəli sonrakı ipotеka müqaviləsinə əsasən yüklü edilmişdir. Borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2024-cü il tarixli, 001/007/0331/2024 nömrəli bildiriş ipoteka qoyan Cavabdeh2 xx.xx.2024-cü il tarixdə göndərilmiş, həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X2 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilmişdir). Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Borclu müqavilə üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etməmiş, nəticədə, tələbdə göstərilən məbləğdə borcu yaranmışdır. Qeyd edilənlər iş materiallarında olan xx.xx.2021-ci il tariхli, 100850-628071\2 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə, kassa məxaric orderi, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi, daşınmaz əmlakın dövlət reyestrindən 1163 nömrəli reyestr kitabının 105502 nömrəli vərəqində qeydityyata alınmış çıxarış, hesabdan çıxarış, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli bildiriş və digər sənədlərlə təsdiqini tapır. Məhkəmə tərəfindən proses iştirakçılarına məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Bununla belə, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, 25.000 manat borcu ödəməyə razı olduğunu, mənzilin satılmasına razı olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 427.3-cü maddəsinin tələbinə əsasən, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 428.4 və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh2 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Odur ki, iddiaçının Cavabdeh2 münasibətdə kredit borcunun qaytarılmasına dair iddiası qismən təmin edilməklə, sonuncudan, xx.xx.2021-ci il tariхli, 100850-628071\2 nömrəli kredit müqaviləsi üzrə 22.268.45 manat əsas borc, 2823.06 manat faiz borcu olmaqla, cəmi 25.091.51 manat məbləğində borc tutulmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən qiymətləndirmənin aparması həvalə edilmiş “Tərəqqi “MMC tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli, 46 nömrəli hesabatda Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 31, M1 saylı mənzilin likvid dəyərinin 178.650 manat, real bazar dəyərinin isə,198.500 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə, əmlakın ilkin satış qiymətinin “Tərəqqi MMC-nin hesabatında göstərilən həddə müəyyən edilməli olduğu nəticəsinə gəlir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə əsasən, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6-cı maddəsinin tələbinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. İpoteka predmeti hərracda satıldıqda Cavabdeh2 və Cavabdeh1 ipoteka predmeti olan mənzildən çıxarılması və həmin mənzilin boşaldılması barədə iddia tələbinə münasibətdə, məhkəmə qeyd edir ki, ipoteka qoyulmuş mənzilə tutma yönəldilsə də, mənzil hələ ki satılmamışdır. Bu səbəbdən də, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvünün həmin mənzili tərk etməmələri halı və bununla bağlı mübahisənin mövcudluğu hazırkı vəziyyətdə məhkəmə tərəfindən müəyyən edilmədiyindən, məhkəmə həmin hissədə iddianın təmin edilməsini məqsədəmüvafiq hesab etmir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı olmaqla, cəmi 51 (əlli bir) manat, iddia ərizəsinin verilməsi üçün 165.68 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq, hesab edir ki, məhkəmə xərcləri Cavabdeh2 aid edilərək, ondan tutularaq, iddiaçıya ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, "xxxx" MMC hesabına ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC-nin xeyrinə Cavabdeh2 xx.xx.2021-ci il tariхli, 100850-628071\2 nömrəli kredit müqaviləsi üzrə 22.268,45 manat əsas borc, 2823,06 manat faiz borcu olmaqla, cəmi 25.091,51 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı olmaqla, cəmi 51 manat xərc və iddia ərizəsinin verilməsi üçün 165.68 manat dövlət rüsumu tutulmalı, tutma bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 11, mənzil 25, (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m-dən ibarət 1 saylı mənzilə yönəldilməli, ipoteka predmetinin hərracda satılması üçün 178.650 manat ilkin satış qiyməti müəyyən edilərək açıq hərracdan satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilməli, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 11, mənzil 25 (yeni qaydalarla: ünvan 2ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m-dən ibarət 1 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılması hissəsində əsassız olduğundan, iddia rədd edilməlidir. Həmçinin qiymətləndirmə rəyinin verilməsi üçün 200 manat məbləğində pul vəsaiti Cavabdeh2 oğlundan tutularaq, “Tərəqqi MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin xeyrinə Cavabdeh2 xx.xx.2021-ci il tariхli, 100850-628071\2 nömrəli kredit müqaviləsi üzrə 22.268,45 manat əsas borc, 2823,06 manat faiz borcu olmaqla, cəmi 25.091,51 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı olmaqla, cəmi 51 manat xərc və iddia ərizəsinin verilməsi üçün 165,68 manat dövlət rüsumu olmaqla, cəmi 25.308,19 (iyirmi beş min üç yüz səkkiz manat on doqquz qəpik) məbləğində pul vəsaiti tutulsun. Tutma bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 11, mənzil 25, (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m-dən ibarət 1 saylı mənzilə yönəldilsin. İpoteka predmetinin hərracda satılması üçün 178.650 (yüz yetmiş səkkiz min altı yüz əlli) manat ilkin satış qiyməti müəyyən edilərək, açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qiymətləndirmə rəyinin verilməsi üçün 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq, "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-187/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-187/2025
17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver