Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1897/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı İB-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı İB-nin xeyrinə tərtib olunmuş akt üzrə 1037,1 manatın, 30,77 manat dövlət rüsumunun və 65 manat vəkil xərci olmaqla, ümumlikdə 1132,87 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılan zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və onunla təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında həmin ünvan üzrə qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bu əsasdan məhkəmə hazırki iddianın aidiyyət qaydalarına riayət edilibedilməməsi məsələsini müzakirəyə çıxardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Səttar oğlu mülki işin baxılması üçün ərazi aidiyyətı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçı tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyətınə görə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən, iş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 08.10.2021-ci il tarixli arayışdan görünür ki, cavabdeh Niyazov X2 rayonu, Hökməli Ə/D, Hökməli qəsəbəsi, Dostluq küçəsi, ev 18 ünvanında qeydiyyatdadır. Eyni zamanda iş materiallarından görünür ki, həmin ünvan üzrə Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında 30.04.2020-cı il tarixində 14/1789 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəmənin 10 aprel 2015-ci il tarixli, 4 nömrəli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq Q ƏRARA ALDİ: İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-1897/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1897/2022
30.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver