Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1958/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı İB-nin nümayəndəsi və vəkiliİ Nümayəndə iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş aktlar üzrə 6668 (altı min altı yüz altmış səkkiz) manat, təbii qazdan istifadəyə görə 1222.95 (min iki yüz iyirmi iki manat doxsan beş qəpik) manat, 99.31 (doxsan doqquz manat otuz bir qəpik) manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 8055.26 (səkkiz min əlli beş manat iyirmi altı qəpik) manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09.05.2012-ci il tarixli 905 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etmələri aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə 07.03.2016-cı il tarixli 080851 saylı akt əsasında 194.4 manat, 24.11.2016-cı il tarixli ******* saylı akt əsasında 355.2 manat, 09.12.2016-cı il tarixli ******* saylı akt əsasında 69.3 manat, 30.01.2017-ci il tarixli ******* saylı akt əsasında 317.6 manat, 22.02.2017-ci il tarixli ******* saylı akt əsasında 168.4 manat, 17.03.2017-ci il tarixli ******* saylı akt əsasında 149.2 manat, 24.10.2017-ci il tarixli ******* saylı akt əsasında 316.8 manat, 16.01.2018-ci il tarixli ******* saylı akt əsasında 575.2 manat, 28.02.2018-ci il tarixli ******* saylı akt əsasında 191 manat, 15.03.2018-ci il tarixli ******* saylı akt əsasında 294.2 manat, 24.04.2018-ci il tarixli ******* saylı akt əsasında 155.6 manat, 31.05.2018-ci il tarixli ******* saylı akt əsasında 164 manat, 28.06.2018-ci il tarixli ******* saylı akt əsasında 115.2 manat, 24.07.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, 27.08.2018-ci il tarixli ******* saylı akt əsasında 115.2 manat, 26.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115.2 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 52.2 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 57.6 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 57.6 manat, 13.01.2019-cu il tarixli ******* saylı akt əsasında 133.2 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133.2 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133.2 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133.2 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 64.8 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 100.8 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 17.03.2020-ci il tarixli ******* saylı akt əsasında 167.3 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, 2020-ci ilin mart ayından cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 1222.95 manat təşkil edir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 5406 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə də cavabdehin istifadə etdiyi qaza görə iddiaçıya borcu vardır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi 1262 manat nətəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 7890.95 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının və vəkiliİ Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını təhqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında 09.05.2012-ci il tarixli 905 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. Müqavilədə D/P və QSSQ kimi qaz qurğularının abonent tərəfindən işlədilməsi qeyd edilmişdir. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş və ünvan 1 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aşağıdakı aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır: 07.03.2016-cı il tarixli 080851 saylı akt əsasında 194.4 manat, 24.11.2016-cı il tarixli ******* saylı akt əsasında 355.2 manat, 09.12.2016-cı il tarixli ******* saylı akt əsasında 69.3 manat, 30.01.2017-ci il tarixli ******* saylı akt əsasında 317.6 manat, 22.02.2017-ci il tarixli ******* saylı akt əsasında 168.4 manat, 17.03.2017-ci il tarixli ******* saylı akt əsasında 149.2 manat, 24.10.2017-ci il tarixli ******* saylı akt əsasında 316.8 manat, 16.01.2018-ci il tarixli ******* saylı akt əsasında 575.2 manat, 28.02.2018-ci il tarixli ******* saylı akt əsasında 191 manat, 15.03.2018-ci il tarixli ******* saylı akt əsasında 294.2 manat, 24.04.2018-ci il tarixli ******* saylı akt əsasında 155.6 manat, 31.05.2018-ci il tarixli ******* saylı akt əsasında 164 manat, 28.06.2018-ci il tarixli ******* saylı akt əsasında 115.2 manat, 24.07.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, 27.08.2018-ci il tarixli ******* saylı akt əsasında 115.2 manat, 26.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115.2 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 52.2 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 57.6 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 57.6 manat, 13.01.2019-cu il tarixli ******* saylı akt əsasında 133.2 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133.2 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133.2 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133.2 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 64.8 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 100.8 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 17.03.2020-ci il tarixli ******* saylı akt əsasında 167.3 manat Hazırda iddiaçı cavabdehdən aktlar üzrə 6668 manat, təbii qazdan istifadəyə görə 1222.95 manat, 99.31 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 8055.26 manat pulun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Lakin, məhkəmə hesab edir ki, iddiaçı olan İddiaçı İB də buna görə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.2-ci bəndinə əsasən bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları); Həmin qaydaların 3.1-ci bəndində qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının (alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs) aşağıdakı vəzifələrəin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. Məhkəmə hesab edir ki, iddia 07.03.2016-cı il tarixli 080851 saylı, 30.01.2017-ci il tarixli ******* saylı, 16.01.2018-ci il tarixli ******* saylı, 13.01.2019-cu il tarixli ******* saylı və 30.01.2020-ci il tarixli ******* saylı aktlar hissəsində təmin, digər aktlar üzrə iddia rədd edilməlidir. Yəni, iddia aktlar üzrə 1472,4 manat hissədə təmin, qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsuliyyətini aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Bundan başqa, iddiaçı cavabdehdən faktiki istifadə edilmiş qaz sərfiyyatı üzrə 1222,95 manat debutor borcun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş abonentin saldosundan görünür ki, cavabdehin təbii qazdan istifadə nəticəsində 1222,95 manat debutor borcu mövcuddur. Odur ki, həmin məbləğdə tutulmalıdır. Beləliklə, iddia 2695,35 manat (1472,4+1222,95=2695,35) hissədə təmin, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işin baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təqdim edilən sənədlərdən görünür ki, «İsmayılbəyli və Partnyorları» VB-nin hesabına vəkil xərcləri olaraq 1170 manat (19.01.2022-ci il tarixli ödəniş tapşırığı) ödənilmişdir. Odur ki, iddiaçı tərəfindən vəkil xərci üçün tələb olunan 65 man məbləğdə cavabdehdən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 İddiaçı xeyrinə tərtib olunmuş aktlar üzrə 1472 manat, təbii qazdan istifadəyə görə 1222,95 manat, 99,31 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 2859,66 manat məbləğində pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-1958/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1958/2022
01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver