Məhkəmə qərarları › İş №e-2(008)-196/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-196/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-196/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, iddiaçı "xxxx" EŞM-nin nümayəndəsi X2, cavabdeh "xxxx" Sığorta ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" EŞM-nin Cavabdeh1 və "xxxx" Sığorta ASC-ə qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" EŞM-nin Cavabdeh1 və "xxxx" Sığorta ASC-ə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X6 vurulmuş maddi ziyana görə 4779 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-ci il tarixdə Cavabdeh1 Srafıl oğlu idarə etdiyi “Mercedes Benz e320 minik” markalı, **-KA-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X6 məxsus 1 ədəd “Çuqun altlıqlı dirək T 13 9,5 m-lik” 2 çıraqlı işıq dirəyini sıradan çıxararaq müəssisəyə 4779 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Xətai RPİ-nin Təhqiqat şöbəsində xx.xx.2022-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərara, Bakı şəhər Xətai DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tanınmışdır. Aşağıda göstərilənlərə əsasən, iddianı qanuni və əsaslı sayaraq hesab edirlər ki, xx.xx.2019-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 4779 manat məbləğində maddi ziyan cavabdehdən tutularaq "xxxx" X8 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Sonradan iddiaçı "xxxx" EŞM iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək, "xxxx" X6 vurulmuş maddi ziyana görə 4779 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" X9 Cavabdeh1 Srafıl oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda mülki iş üzrə "xxxx" ASC-nin əlavə cavabdeh qismində cəlb edilməsi zərurəti yaranmışdır. Belə ki, xx.xx.2019-ci il tarixdə Cavabdeh1 Srafıl oğlu idarə etdiyi “Mercedes Benz E320 minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X6 məxsus 1 ədəd “Çuqun altlıqlı dirək T 13 9,5 m-lik” 2 çıraqlı işıq dirəyini sıradan çıxararaq müəssisəyə 4779 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Xətai RPİ-nin Təhqiqat şöbəsində xx.xx.2022-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərara, Bakı şəhər Xətai DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tanınmışdır. “Mercedes Benz E320 minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Lakin qeyd edilən hadisə ilə bağlı "xxxx" ASC tərəfindən "xxxx" X6 sığorta ödənişi ödənilməmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Sığorta ASC-nin nümayəndəsi X4 iddianı tam qəbul etməyərək bildirdi ki, ekspert rəyi əsassızdır və hesab edir ki, məbləğ daha azdır. Cavabdehin icbari sığortası var idi, lakin ziyan ödənilməyib, güman edir ki, forma 4 arayışı yox idi, ona görə. Cavabdeh tərəfindən avtomobilinin sığortalı olmasını mübahisələndirmirlər. Qeyd olunanlara əsasən, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, dirək çuğundan deyil, hadisə 2019-cu ilin noyabr ayında olub cavabdehin icbari sığortası var, maddi ziyan sığorta şirkəti tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan ABN 551239 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E-320” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 mülkiyyətindədir. -Dekabr 2007-ci il tarixli təhvil aktın surətindən görünür ki, 9,5 m-lik 2 çıraqlı çuqun altlıqlı T13 saylı dirək 5828,27 manat müəyyən edilərək, "xxxx" X6 təhvil verilmişdir. -Sərxoşluq vəziyyətinin xx.xx.2019-cu il tarixli 2/10005 saylı tibbi müayinəsi aktının surətindən görünür ki, Cavabdeh1 sərxoşluq vəziyyəti yoxlanmış və baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı izahatı alınmışdır. -Cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, vətəndaş X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -xx.xx.2019-cu il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh1 Srafi oğlu inzibati xətalar məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. -xx.xx.2019-cu il tarixli "xxxx" EŞM-nin baş mühəndisi M.Babayev tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə “Mercedes Benz E320” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən çuqun altlı 2 çıraqlı dirəyə 4779,20 manat məbləğində ziyan vurulmuşdur. - "xxxx" elektrik şəbəkə müəsisəsinin verdiyi smeta hesablamasından görünür ki, “Mercedes Benz E320” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərcin smetası 4779 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/4888/2023 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" EŞM tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən yol-nəqliyyat hadisəsi nəticəsində işıq dirəyinə dəymiş zərərin məbləği 4779,0 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, “Mercedes Benz E320” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 istifadəsində olmuşdur. Cavabdeh1 “Mercedes Benz E320” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, qəza törətmiş, çuqun altlı 2 çıraqlı dirəyə ziyan dəyçmişdir. İşin mübahisəli halı baş verən avtonəqliyyat vasitələri nəticəsində iddiaçıya dəyən ziyanın kim tərəfindən ödənilməli olmasıdır. Həmçinin, cavabdehlər dəyən ziyanın məbləği ilə razı deyillər. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən iddiaçının Cavabdeh1 tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmuş və onun həmin tələbi əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən, "xxxx" EŞM tərəfindən tərtib olunmuş aktı və ekspert rəyini əsas götürülməklə 4779 manat olduğu təsdiq olunur. Bundan başqa, iddiaçı vurulmuş ziyanın müştərək qaydada cavabdeh "xxxx" ASC tərəfindən tutulmağını tələb etmiş, Cavabdeh1 da avtomobilinin "xxxx" ASC tərəfindən icbari sığorta olunmasını bildirmişdir. Lakin tərəflərdən heç biri avtomobilin sığortalı olmasına dair məhkəməyə sənəd təqdim edilməmişlər. Belə olan halda müqavilənin şərtləri, hansı hissədə sığorta şirkətinin üzərinə öhdəlik düşməsi və sair məsələləri müəyyən etmək mümkün olmadığına görə bu hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, bu hal Cavabdeh1 subraqasiya qaydasında sığorta şirkətindən həmin pulu tələb etmək hüququndan da məhrum etmir. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran “Mercedes Benz E320” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 olmuşdur və Cavabdeh1 dəymiş zərərə görə 4779 manat məbləğində pul "xxxx" X3 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Hazırki işdə ekspert rəyinin alınması ilə bağlı 100 manat xərc Cavabdeh1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" X6 vurulmuş maddi ziyanın əvəzi olaraq 4779 (dörd min yeddi yüz yetmiş doqquz) manat pulun əvəzi Cavabdeh1 tutularaq iddiaçı "xxxx" EŞM-ə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspert rəyinin alınması ilə bağlı 100 (yüz) manat xərcin əvəzi Cavabdeh1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar