Məhkəmə qərarları › İş №e-2(008)-1981/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1981/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1981/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və girov predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, SHLMB-07704 saylı kredit müqaviləsi üzrə kreditə görə 1369,78 manat əsas, faiz borcuna görə 137,04 manat, cərimə borcuna görə 104,93 manat olmaqla, cəmi 1611,75 manat pul və dövlət rüsumu kimi ödənilmiş 37 manat məbləğində pulun tutulması, tutulmalı olan məbləğin Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd, çəkisi 44.7 qram, əyarı 375 qolbağıya, 1 ədəd (əzik formada)çəkisi 10 qram, əyarı – 500olqan komlekt , 1 ədəd çəkisi 6 qram, əyarı 500 olan üzük olmaqla, cəmi 60.7 qram qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli, SHLMB- 07704 saylı kredit müqaviləsi üzrə kreditə görə 1611,75 manat pul və dövlət rüsumu kimi ödənilmiş 37 manat məbləğində pulun ödənilməsi, girov predmetlərini satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli, SHLMB-07704 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa Cavabdeh qalan borcun ümumi qaydada iddiaçının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SHLMB-07704 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 18 ay müddətinə 1950 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, SHLMB-07704 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, SHLMB-07704 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1369,78 manat əsas, faiz borcuna görə 137,04 manat, cərimə borcuna görə 104,93 manat olmaqla, borcun cəmi məbləği 1611,75 manat təşkiledir. xx.xx.2021-ci il tarixli, SHLMB-07704 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli, SHLMB-07704 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Sahil” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Qolbaq – zamoku yoxdur - 1 ədəd, çəkisi – 44,7 qr, əyarı – 375; Komlekt - əzik - 1 ədəd, çəkisi – 10 qr, əyarı – 500; üzük - 1 ədəd, çəkisi – 6 qr, əyarı – 500; cəmi: 60,7 qr. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SHLMB-07704 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Sonradan iddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh 1083.78 (bir min səksən üç manat, yetmiş səkkiz qəpik) manat əsas borc, 208.9 (iki yüz səkkiz manat, doxsan qəpik) manat faiz borcu, 390 (üç yüz doxsan) manat dəbbə borcu, cəmi 1682,68 (bir min altı yüz səksən iki, altmış səkkiz qəpik) manat borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutulmalı olan məbləğ Cavabdeh məxsus olan girov qoyulmuş qolbaq- 1 ədəd, çəkisi -44.7 qram, əyarı – 375, komlekt (əzik formada) 1 ədəd, çəkisi – 10 qram, əyarı – 500, üzük – 1 ədəd, çəkisi -6 qram, əyarı – 500, cəmi 60.7 qram qızıl-zinət əşyalarına yönəldilməsi, satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli, SHLMB- 07704 saylı kredit müqaviləsi üzrə kreditə görə 1611,75 manat pul və dövlət rüsumu kimi ödənilmiş 37 manat məbləğində pulun ödənilməsi,girov predmetlərini satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli, SHLMB-07704 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa Cavabdeh qalan borcun ümumi qaydada iddiaçının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizəni mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, SHLMB-07704 saylı əsas kredit müqaviləsinə əsasən bank borcalana illik 30% olmaqla 18 ay müddətinə 1950 (bir min doqquz yüz əlli) manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin əlavənin 1.1-ci bəndinə əsasən borc alan müqavilənin tələblərini vaxtında və lazımı qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, SHLMB-07704 saylı saxlanc girovu haqqında müqaviləyə əsasən Cavabdeh məxsus olan qızıl zinət əşyaları girov qoyulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, SHLMB-07704 saylı saxlanc girovun qiymətləndirilməsinə və kassaya təhvil verilmısinə dair aktın surətindən görünür ki, Cavabdeh məxsus qolbaq- 1 ədəd, çəkisi - 44.7 qram, əyarı – 375, komlekt (əzik formada) 1 ədəd, çəkisi – 10 qram, əyarı – 500, üzük – 1 ədəd, çəkisi -6 qram, əyarı – 500, cəmi 60.7 qram qızıl-zinət əşyaları İddiaçı ASC-nin “Sahil” filialına saxlanca verilmişdir. - xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh SHLMB-07704 saylı kredit müqaviləsi üzrə əsas borcu 1083.78 manat əsas, faiz borcuna görə 208.9 manat, cərimə borcuna görə 390 manat olmaqla, cəmi 1682.68 manat təşkil edir. - SHLMB-07704 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 135,86 manat müəyən edilir. - 14 fevral 2020-ci il tarixli kassa məxaric orderinin sürətindən görünür ki, 1950 manat məbləği Cavabdeh almışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 37 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh “Rabitəbank»ASC ilə bağladığı xx.xx.2021-ci tarixli SHLMB-07704 nömrəli əsas kredit müqaviləsinə əsasən 18 ay müddətinə 1950 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri vaxtı vaxtında banka qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairələrinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbində qeyd edilən 390 manat məbləğində cərimə borcunun tutulması hissəsinə münsibət bildirərək qeyd edir ki, dəbbə borcu tənasübsüz çox hesablandlığından, iddia tələbi hömin hissədə qismən təmin edilməli 50 manat məbləğində müəyyən edilməsi daha ədalətli olar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci tarixli SHLMB-07704 saylı əsas kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 1083.78 (min səksən üç manat, yetmiş səkkiz qəpik) manat əsas borc, 208.9 (iki yüz səkkiz manat, doxsan qəpik) manat faiz borcu, 50 (əlli) manat dəbbə borcu, cəmi cəmi 1342.68 (bir min üç yüz qırx iki manat, altmış səkkiz qəpik) manat borc pul iddiaçıya ödəməlidirlər. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi Rabitəbank ASC qarşısında girov ilə yüklü edilmiş Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd, çəkisi 44.7 qram, əyarı 375 olan qolbaqıya, 1 ədəd(əzik formada) çəkisi – 10 qram, əyarı –500 olan komlektə, 1 ədəd, çəkisi -6 qram, əyarı 500 olan üzükyə, cəmi 60.7 qram qızıl-zinət əşyalarına yönəldilməli, girov pridmentləri açıq hərrac yolu ilə realizə edilməli, girov pridmentlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilməli, girov pridmentlərinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə yerdə qalımış məbləğ ümumi qaydada Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 37 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1083.78 (bir min səksən üç manat, yetmiş səkkiz qəpik) manat əsas borc, 208.9 (iki yüz səkkiz manat, doxsan qəpik) manat faiz borcu, 50 (əlli) manat dəbbə borcu, cəmi 1342.68 (bir min üç yüz qırx iki manat, altmış səkkiz qəpik) manat borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutulmalı olan məbləğ Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd, çəkisi 44.7 qram, əyarı 375 olan qolbaqıya, 1 ədəd (əzik formada), çəkisi 10 qram, əyarı 500 olan komlektə, 1 ədəd çəkisi 6 qram, əyarı 500 olqn üzükə, cəmi 60.7 qram qızıl-zinət əşyalarına yönəldilsin. Girov pridmenti olan zinət əşyalar hərracda satılsın. Satışından əldə olunmuş pul vəsaiti borc məbləğinə kifayət etmədikdə yerdə qalan məbləğ Cavabdeh ümumi qaydada iddiaçının xüyrinə tutulsun. Satışdan əldə olunmuş pul vəsitindən borc məbləği ödənildikdən sonra artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavbdehdən iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar