Məhkəmə qərarları › İş №e-2(008)-2046/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2046/2022

20.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2046/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmnin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X4 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X3 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 662 (altı yüz altmış iki) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakl şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa avtomobil yolunda “Khazar LX minik” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X3 məxsus olan 1 ədəd H-12 m-lik 1 çıraqlı işiq dirəyni vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 2206 (iki min iki yüz altı) manat dəyərində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Bakı şəhər Sabunçu RPİ DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Khazar LX minik” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icrabi sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X1 bank hesabına 1544 (min beş yüz qırx dörd) manat məbləğində sığorta ödənişi ödənilmişdir.Buna görə də 16 mart 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş 2206 (iki min iki yüz altı) manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 662 (altı yüz altmış iki) manat hissəsi cavabdehdən tutularaq Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X3 ödənilməlidir.Cavabdeh maddi ziyanın ödənilməsi üçün Müəssisəyə dəfələrlə dəvət edilsə də, o gəlməməklə ödənişdən imtina etmişdi. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X1 balansına verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbrdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İşdə olan AD N 520377 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar LX minik” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsusdur. İşdə olan "xxxx" ASC tərəfindən tərib edilən 21 fevral 2013-cü il tarixli aktın surətindən görünür ki, Bilgəh-Kardioloji sanatoriyasından Nardaran qəsəbəsinə qədər (14 km-lik ümumi yolun 6,3 km-lik hissəsi) yeni avtomobil yolunun işıqlandırma sistemi “Bakı şəhər İşığı” EŞM-nin balansına verilmişdir. İşdə olan dirəyin bərpasına sərf olunan xərclərin smetasının surətindən görünür ki, Sabunçu rayonu, Zabrat-Maştağa avtomobil yolunda idarə edilən “Khazar LX minik” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına 2206 (iki min iki yüz altı) manat (H-12 m işıq dirəyi 1 ədəd 1383 manat, işıqlandırıcı 1 ədəd 823 manat) vəsait sərf olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa avtomobil yolunda “Khazar LX minik” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X3 məxsus olan 1 ədəd H-12 m-lik 1 çıraqlı işiq dirəyni vuraraq sıradan çıxarmış və nəticədə 2206 manat ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli olması təsdiq olunmuşdur. İnzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. Atəşgah Sığorta” ASC tərəfindən iddiaçının bank hesabına 1544 (min beş yüz qırx dörd) manat məbləğində sığorta ödənişi ödənilmiş, maddi ziyandan qalıq olaraq qalan 662 (altı yüz altmış iki) manat hissəsi isə ödənilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı dəymiş zərərin əvəzini Cavabdeh tələb etməkdə haqlıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya vurulmuş ziyandan qalıq qalan 662 (altı yüz altmış iki) manat məbləğində maddi ziyan alınaraq iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 662 (altı yüz altmış iki) manat məbləğində pul vəsaiti iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X1 xeyrinə tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar