Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2048/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 756,60 manat məbləğində zərərin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin ümumilikdə 786,60 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəs iüzrə(Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBA AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əməkdaşları tərəfindən barəmdə tərtib edilmiş 20 sentyabr 2023-cü il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında əsassız olaraq hesablanmış 777.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində AKX-05645xx/xx-2023 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqaviləəsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********0001 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinəəməl etmək) və “X2”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 777,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinəəlavə edilir). Cavabdeh həmin zərərdən zərərdən 21 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum 756,60 (yeddi yüz əlli altı manat 60 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi Bağ massivi ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olmaqla, orada uzun illərdir faktiki olaraq daimi yaşayış yoxdur. Ev təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Lakin onun xəbəri olmadan küçədə quraşdırılmış evinin qaz sayğacı çıxarılmış və yenisi ilə əvəz olunmuşdur. Daha sonra guya həmin sayğac yoxlamadan keçirilmiş və guya sayğacda müəyyən qüsurların olduğu aşkar edilmişdir. Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə 21 avqust 2023-cü il tarixli, 14-2-2/3-5- 8287/Q002 nömrəli aktda qeyd edilmişdir ki, 13240114 nömrəli plomb kəsilərək G-4 SM/0850 saylı qutu açılmış, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və ya yuvasının ətrafında əzik cızıq izlərinin olması, xətaların normadan artıq olması, sayğacın normal sərfiyatda 100% xətayla işləməsi, hesablama mexanizmi minimal sərfıyatdan keçən qazın həcmini qeyd etməməsi, kamera ilə sayğacın daxilinə baxış keçirildiyi, kənar təsir izləri aşkar edilmədiyi, sayğacın istismara yararsız olması qeyd olunmuşdur. Bununla bağlı İddiaçı tərəfindən ******* saylı AKT tərtib edilmişdir Aktda aşkar olunmuş nöqsan kimi “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomların üzərində və ya yuvasının ətrafında əzik cızıq izlərinin olması qeyd edilmişdir. 30 sentyabr 2023-cü il tarixli tələbnamə ilə isə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 6480 m3 qaz sərfiyyatınm dəyərinin ödənilməsi tələb olunmuşdur. Bu isəəsassız olaraq hesablanmış 777.60 manat pul vəsaiti deməkdir. Çünki həmin akt etibarsızdır. Bu səbəbdən 6480 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, onun evinə quraşdırılmış sayğac evindən kənarda, yəni küçədə quraşdırılmışdır. O, isə sayğaca heç bir müdaxilə etməmişdir. Bu isə o deməkdir ki, o, sayğacın təhlükəsizliyinə, onun toxunulmazılığına cavabdeh şəxs ola bilməz. Küçədən keçən istənilən bir şəxs həmin sayğaca müdaxilə edə bilər, hətta bilərəkdən onu zədələyə bilər. Bu səbəbdən aktda qeyd olunan və guya aşkar edilmiş həmin qüsurlara görə o, bir vətəndaş olaraq məsuliyyət daşımamalıdır. Qaz İstismarı İdarəsi guya sayğaca müdaxilə nəticəsində artıq qaz sərfiyyatından istifadə edildiyini qeyd edir. Halbuki idarənin əməkdaşları hər ay qaz sayğacına baxaraq işlədilmiş qazın bildirişini vermiş, o, da bildiriş əsasında istifadəyə görə borcunu dövlətə ödəmişdir. Əgər sayğaca müdaxilə edilmiş olsa idi sahə nəzarətçisi bunun dərhal aradan qaldırılması üçün tədbirlər görməli idi. Göründüyü kimi əslində heç bir müdaxilə olmadığı halda işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmiş və 777.60 manat borc sərfiyyatı hesablanmışdır. Odur ki, tərtib olunmuş akt etibarsız hesab edilməli və əsassız hesablanmış 777.60 manat sərfiyyat silinməlidir. Məhkəmə iclasında iştirak edən ilk iiddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi ilk iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini, qarşılqılı iddianın isə rədd edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabeh, qarşılqılı iddia üzrə iddiaçı teleqram vaistəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəmə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmadan baxılaraq ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə ilk iddia üzrə cavabeh, qarşılqılı iddia üzrə iddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023 il tarixli, AKX-05645xx/xx-2023 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - 1**********0001 nömrəli abonent saldosundan görünür ki, Cavabdeh 2023-ci ilin sentyabr ayı üçün qalıq və aktlar üzrə 777,60 manat məbləğində borc hesablanmışdır. - İddiaçı tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomların üzərində və ya yuvasının ətrafında əzik cızıq izləri var. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 6480 m3 dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə “Azərqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan məlum olur ki, 1**********0001 nömrəli abonent yazılmış cərimə sayğacda yaranan nasazlıq ilə əlaqədar olmuşdur. Məhkəmə araşdırması zamanı məhz istehlakçı Cavabdeh tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. . Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və ilk iddianın təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi hissəsində də təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin. İddiaçı İB tərəfindən tərtib edilmiş təbii X2nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 1**********0001 saylı abonent Cavabdeh qanunsuz olaraq hesablanmış 777,60 manat borc silinsin. İlk iddia üzrə ödənilmiş dövlər rüsumu ilk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdehə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2048/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2048/2024
02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver