Məhkəmə qərarları › İş №e-2(008)-2057/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2057/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2057/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri 16 saylı Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhəri 16 saylı Notariat Ofisinə, maraqlı şəxs X9 qarşı “icra qeydinin ləğv edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Vəkil iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək, X11 texniki səhv olaraq maraqlı şəxs qismində göstərildiyindən, X6 üçüncü şəxs qismində göstərilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onnla X11 arasında xx.xx.2019-cu ildə kredit müqaviləsi bağlanmış, ona əsasən 12480 manat borc verilmişdir. Həmin borc məbləğini ödəmiş, ödəniş qəbzləri mövcuddur. X6 tapşırığı ilə ödənilməli pul məbləği onun və qohumlarının hesabına ödənilmiş və həmin qəbzlər iddia ərizəsinə qoşma edilib. Buna baxmayaraq Bakı Şəhəri 16 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən xx.xx.2023-cü ildə icra qeydi icra edilməsi üçün Sabunçu Rayon İcra Şöbəsinə göndərmişdir. Həmin icra qeydi əsassızdır. Belə ki, həmin kredit müqaviləsi üzrə ödənişlər edilmişdir. İcra qeydi barəsində Sabunçu Rayon İcra Şöbəsinə çağırıldığı vaxtı məlumat almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü ilədək 12480 manat borc qaytarılmışdır, lakin ödənişlər edilsə də, notariat orqanı tərəfindən icra qeydi verilmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iddianı qismən qəbul edərək bildirmişdir ki, 12480 manatlıq müqaviləyə əsasən 5000 manat borc qalmışdır, tam ödəniş edilməmişdir. İddiaçının etdiyi ödənişlər başqa razılaşmaya görə olub. Belə ki, onun tərəfindən iddiaçıya icarəyə avtomobil verilmişdi, həmin icarəyə görə də iddiaçı tərəfindən ödəniş olunurdu. Lakin, həmin icarə müqaviləsinə görə aralarında icarə müqaviləsi olmayıb, razılaşma şifahi olub. İdiaçı gündəlik ödəniş edirdi, bütün pulları çeklə hesabına göndərirdi. 2018-ci ildən tanıyır iddiaçını, etibarını qazanmışdır, ona görə borca pul vermişdir. X12 bildirmişdir ki, iddiaçı tərəfindən hesabına ödənişlər olunan Musayeva Turanə onun arvadıdır. İddianın rədd edilməsini xahiş etdi. Bakı Şəhəri 16 saylı Notariat Ofisi xx.xx.2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı mülki iş üzrə təyin edilmiş bütün məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini xahiş emişdir. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmilşdir. İş materiallarında olan Bakı Şəhəri 8 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2019-cu ildə reyestrdə 3M-377 nömrəli qeydlə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli “Kredit müqqaviləsi”ndən görünür ki, X11 (borc verən) və İddiaçı (borc alan) aşağıdakı şərtlərlə kredit müqaviləsi bağlanmışdır:

1. "Borc verən" "borc alana" 12480 manat 00 qəpik (on iki min dörd yüz səksən manat sıfır qəpik) məbləğində pul borc verir.

2. "Borc alan" borc aldığı 12480 (on iki min dörd yüz səksən manat sıfır qəpik) manat krediti xx/xx/2021 (dörd noyabr iki min iyirmi birinci il) tarixədək ayda 520 (beş yüz iyirmi) manat olmaqla "Borc veranə" qaytarmağı öhdəsinə götürür.

3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər.

4. Kredit müqavilesindən irəi gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir.

5. "Borc alan" kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər.

6. "Borc verən" müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir.

7. Ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahlsəsiz qaydada alınır.

8. "Borc alan“ müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır.

9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur.

10. Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.

11. Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini "Borc alan" çəkir.

12. Bu müqavilə üç nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan biri notariat ofisində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir. - 20.12.2022-ci il tarixli X11 tərəfindən İddiaçı ünvanlandığı “Bildiriş”dən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixli “Kredit müqqaviləsi” üzrə yaranmış 5000 manat borcun ödənilməsi təklif edilmiş, əks təqdirdə notarius tərəfindən icra qeydi aparalacağı bildirilmişdir. - Bakı Şəhəri 16 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-139 nömrə ilə reyestrdə qeyd edilmiş icra qeydindən görünür ki, X6 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 5000 manatın tutulması barədə icra qeydi verilmişdir. - İddiaçı tərəfindən təqdim olunan qəbzlərdən görünür ki, müxtəlif vaxtlarda Şirinov X3 Yusif Eldar oğluna və ya Musayeva Turanəyə cəmi 13260 manat məbləğində ödənişlər etmişdir. Məhkəmə iclasında müəyyən olunmuş işin mübahisəsiz halları onlardan ibarətdir ki, X11 tərəfindən iddiaçıya Bakı Şəhəri 16 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2019cu il tarixli “Kredit müqaviləsi”nə əsasən 12480 manat məbləğində kredit verilmişdir. İddiaçı vaxtaşırı olaraq Musayev Yusif və Musayeva Təranənin hesabına cəmi 13260 manat məbləğində ödənişlər etmişdir. Müəyyən edilmişdir ki, Musayeva X1 arvadıdır. Musayev Yusifin iradə ifadəsi əsasında ödənişlər bəzən onun arvadının hesabına göndərilirdi. Bakı Şəhəri 16 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən xx.xx.2023-cü ildə 8İ-139 nömrə ilə reyestrdə qeyd edilmiş X6 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 5000 manatın tutulması barədə icra qeydi verilmişdir. İşin mübahisəli halı iddiaçı tərəfindən edilən ödənişlərin sözügedən kredit müqaviləsi üzrə ödənişlər olub-olmamasından ibarətdir. Belə ki, Musayev Yusif edilmiş ödənişlərin aralarında ayrı bir razılaşmaya əsasən aparıldığını, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə aid olmadığına istinad edir. Dəlilini isə kreit müqaviləsinin 6-ci bəndi ilə əsaslandırır. ("Borc verən" müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir). Məhkəmə işin hallarını nəzərdən keçirərək, işin mübahisəli hallarına qiymət verərək onu vurğulayır ki, Musayev Yusif iddiaçı ilə aralarında ayrı bir razılaşma olduğunu və ödənişlərin də həmin razılaşmaya görə edildiyini iddia etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Onların aralarında şifahi razılaşmaya əsasən icarə müqaviləsi bağlandığı dəlilinə də məhkəmə şübhə ilə yanaşır. Belə ki, pulun verilməsi zamanı notarial qaydada müqavilə bağlayan şəxsin icarə müqaviləsinin də yazılı şəkildə bağlanmalı olduğunu bilməli olması gərəkli idi. Bundan başqa, Musayevin kredit müqaviləsininin 6-cı bəndinə istinad etməsini də məhkəmə əsaslı saymır. Belə ki, icra qeydində ödənilməli məbləğin 5000 manat olması artıq onu göstərir ki, iddiaçı tərəfindən ödənişlərin müqavilədə heç bir qeyd aparılmadan edildiyini Musayev qəbul edir. Çünki əks təqdirdə elə icra qeydində 12480 manat məbləğ tələb olunması qeyd olunardı. Bu fakt isə tərəflərin həmin bəndin şərtlərinə əməl etmədiklərini göstərir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bеlə hеsab еdir ki, icra qеydi əsassız olaraq verilmişdir. Belə ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Sadalanan normalarının təhlilindən görünür ki, icra qeydi borcun olduğu mübahisəsiz olaraq təsdiq edildikdə verilir. Məhkəmə araşdırması ilə isə müəyyən olunmuşdur ki, icra qеydi verilən tarixədək iddiaçı ödənişlər etmişdir, bu faktı da təqdim etdiyi qəbzlərlə sübuta yetirmişdir. Buna baxmayaraq, yəni borcun olmasını şübhə altına qoyan hallar nəzərə alınmadan, (bəlkə də notariusa bu barədə məlumat verilmədiyinə görə) notarius tərəfindən icra qeydi verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü ildə ********** nömrəli qəbzlə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı Şəhəri 16 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş X6 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 5000 manatın tutulması barədə xx.xx.2023-cü il tarixli 8İ-139 nömrə ilə reyestrdə qeyd edilmiş icra qeydi ləğv olunsun. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar