Məhkəmə qərarları › İş №e-2(008)-2062/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2062/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2062/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4382.42 ABŞ dolları-bundan 1696.53 ABŞ dolları əsas, 419.37 ABŞ dolları faiz, 2060.36 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 206.16 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4382.42 ABŞ dolları və iş üzrə ödənilmiş 94.51 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.6-cı maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, onlara Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 262.4-cü maddəsinin tələbləri izah edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 90005276 nömrəli Kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə saziş üzrə yaranmış borc məbləğinin cavabdehdən tutulması tələbinə dair mübahisə haqqında xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə görə,

1. Tərəflər təsdiq edirlər ki, cavabdehin xx.xx.2015-ci il tarixli, 90005276 nömrəli Kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə saziş üzrə xx.xx.2024-cü il tarixinə BƏS-də 1696.53 ABŞ dolları əsas, 419.37 ABŞ dolları faiz, 1847,86 ABŞ dolları köçürülmüş faiz borcu, 212.50 ABŞ dolları cərimə olmaqla icra edilməmiş borc öhdəliyi mövcuddur.

2. Tərəflər razılaşırlar ki, xx.xx.2015-ci il tarixli, 90005276 nömrəli Kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə saziş üzrə 500 manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 2700 manat məbləğində borcun 6 (altı) ay müddətinə, yəni 2024-cü ilin iyun ayından başlayaraq, hər ay 450 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür.

3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 6 (altı) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür .

4. Hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir.

5. Barışıq sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bəndində göstərilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir.

6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 14.3-cü maddəsinə əsasən, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 191, 191.1-191.2-ci maddələrinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-262.5-ci maddələrinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ:

İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdehin xx.xx.2015-ci il tarixli, 90005276 nömrəli Kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə saziş üzrə xx.xx.2024-cü il tarixinə BƏS-də 1696.53 ABŞ dolları əsas, 419.37 ABŞ dolları faiz, 1847,86 ABŞ dolları köçürülmüş faiz borcu, 212.50 ABŞ dolları cərimə olmaqla icra edilməmiş borc öhdəliyini tərəflər təsdiq edir.

2. xx.xx.2015-ci il tarixli, 90005276 nömrəli Kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə saziş üzrə 500 manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 2700 manat məbləğində borcun 6 (altı) ay müddətinə, yəni 2024-cü ilin iyun ayından başlayaraq, hər ay 450 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürməyə razılıq verir.

3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 6 (altı) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür.

4. Hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir.

5. Barışıq sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bəndində göstərilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir.

6. Sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürməyə razılıq verir.

Hazırkı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar