Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2063/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə 9375,96 manat məbləğində zərərin və 113,76 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 9489,72 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2021-ci il tarixində AKX-0334272/10- 2021 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında 172,80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2656,80 manat; xx.xx.2021ci il tarixli ******* saylı akt əsasında 792 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 275,50 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4147,20 manat, cəmi 9491,50 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 172,80 manat zərərdən 132,14 manat ödəniş edilmişdir. Belə ki, cavabdehin 9359,36 (doqquz min üç yüz əlli doqquz manat 36 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Bildirir ki, cavabdehin ödənilməmiş uçotu pozulmuş qaz sərfinin 2022-ci ilin aprel ayı üzrə 16,60 manat sərfiyyat borcu qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin SALDO və Gazrep üzrə ümumi 9375,96 (doqquz min üç yüz yetmiş beş manat, 96 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o yalnız bir dəfə xx.xx.2020-cinil tarixdə kənar xəttə qanunsuz qoşulmuşdur. Elə məhz həmin aktın tərtib olunması zamanı çəkilmiş fotoşəkildəndə görünür ki, həmin ev onun evidir. Digər aktlardan onun məlumatı yoxdur. Cavabdeh eyni zamanda xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır və faktiki olaraq elə həmin ünvanda, ünvan 3anında yaşayır. ünvan 4nvanında nə evi olub, nə də ki, həmin ünvanda yaşamışdır. xx.xx.2012-ci il tarixdə İddiaçı İB tərəfindən ünvan 3anına onun iştirakı ilə küçədə G-4 İtron smart tipli, 1202AQ**********2 №-li sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana 1**********0000 № li abonent kodu verilmiş, lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" AKT tərtib edilməmiş və mənim ilə İddiaçı İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2012-ci il tarixdə sayğac quraşdırıldıqdan 40 gün sonra, isti yay günlərində onun hesab koduna 479,70 manat qeyri-qanuni borc yazılmışdır. Bundan əlavə, hər dəfə smart-kartı istifadə etdikdə, kart bloklanırdı və sayğacdan istifadə etmək olmurdu. Sevil adında nəzarətçi hər dəfə kartı aktiv edəndə 5 manat zəhmət haqqı alırdı. xx.xx.2015-ci il tarixdə, şənbə günü növbəti dəfə kart bloklandığı üçün, məcburiyyət qarşısında sayğacdan kənar qaz xəttinə qoşulmuş və 3 həftədən sonra, xx.xx.2015-ci il tarixdə Sevil adında nəzarətçi İddiaçı İB-nin əməkdaşları ilə birlikdə ünvan 3anında quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə onun iştirakı olmadan baxış keçirmiş, sayğacdan kənar təbii qaz xəttini aşkar etmiş, foto-şəkillər çəkilmiş və qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmışlar. Növbəti günü birliyə külli miqdarda ziyan vurduğuna görə, ona tətbiq olunmuş 200 manat cəriməni ödədikdən sonra Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8, ev 22 ünvanına qaz təchizatı bərpa olunmuşdur. Hadisədən 10 gün sonra, yəni xx.xx.2015-ci il tarixdə isə sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə 089817 № li AKT tərtib edilmiş, 1728 m3 itirilmiş qazın dəyəri 172.80 manat hesablanmış, lakin həmin AKT ona təqdim edilməmişdir. Qeyd etmək istəyir ki, bu hal yalnız bir dəfə baş vermişdir. Onun bir dəfə də olsun kənar xətdən istifadə etməyi, onun məsuliyyətini aradan qaldırmır. Belə ki, iddiaçı təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etmişdir. Lakin, iddiaçı "X2"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 № li qərarını nəzərə almamışdır. Həmin qərarın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoyulmuşdur. Lakin, iddiaçı qazın verilməsini dayandırmamışdır. Bu da o deməkdir ki, qaz xəttinə sayğacdan kənar qoşulma olmamış və iddiaçının qazın verilməsinin dayandırılması üçün heç bir əsas yox idi. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq İddiaçı tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan yenə də onun iştirakı olmadan M.Hüseynzadə küçəsi, döngə 8, ev 22 ünvanında quraşdırılmış 1202AQ**********2 nömrəli qaz sayğacına baxış keçirilmiş, heç bir nöqsan aşkar edilməmiş sayğacın istismar müddətinin bitməsinə baxmayaraq həmin sayğac yenidən quraşdırılmış, plomb vurulmuş, “Qaz sayğacının çıxaırlması, quraşdırılması, istismarı haqqında “AKT tərtib edilməmiş və onun ilə cavabdeh “Aəzriqaz” İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. xx.xx.2015-ci il tarixdə aşkar edilmiş sayğacdan kənar qaz xətti ləğv edildikdən sonra onun tərəfindən nə sayğaca, nə də ki, küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğac və qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə müdaxilə onun tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən İddiaçı İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə edilmiş müdaxilə onun tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən İddiaçı İB-nin əməkdaşları tərəfindən təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir və sayğaclarla elektron tablodakı göstəricilər İddiaçı İB-nin bazasına ötürülür. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış “ müdaxilə” inandırıcı deyildir. Küçədə qurşadırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Ümumiyyətlə, nə onun, nə də ki, ailə üzvlərinin həmin aktlardan xəbəri olmamışdır. Aktlar birtərəfli qaydada tərtib edilmiş, ona təqdim olunmamış və o həmin aktları imzalamışdır. Onun imzaladığı həmin aktlar əhəmiyyətli sübut sayılır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin aktlar ləğv edilməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. İddiaçı İB xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə qədər müəyyən vaxtlarda onun iştirakı və imzası olmadan təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmuş kənar xətti ləğv etdikdən sonra, yalnız qış aylarında 7 akt- xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli “təbii X2nın pozulması haqqında” aktlar tərtib edilmiş, həmin aktlarda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən xx.xx.2023-cü il tarixə qədər onun hesab koduna 9375.96 manat borc yaranmışdır. xx.xx.2021-ci il tarixdə yaşadığı ünvan 3anına Zenner G4T Smart tipli, **********002 nömrəli sayğac quraşdırılmış, plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması, istismarı” haqqında akt tərtib edilmiş, xx.xx.2021-ci il tarixdə onunla İddiaçı İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-03342xx/xx-2021 nömrəli müqavilə bağlanmış, lakin qanunsuz tərtib edilmiş aktlar barədə ona heç bir məlumat verilməmişdir. Həmçinin, qeyd etmək istəyir ki, İddiaçı İB-nin təqdim etdiyi foto- şəkillərdən yalnız biri xx.xx.2015-ci il tarixdə çəkilmiş foto-video şəkildir. Təqdim edilmiş digər şəkillər onun ünvanına aid deyildir. İddiaçı bu vasitə ilə ondan dəymiş zərərin əvəzini istəyir. Azəriqaz" İB-nin tərtib etdiyi - ******* № li, ******* № li, ******* № li, ******* № li, ******* № li, ******* № li və ******* N9 li AKTlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. İddiaçı İB qaz xəttinə məhz onun tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları belə ona təqdim etmir. Onun imzası olmayan həmin AKT 'lar isə qaz xəttinə müdaxilənin məhz onun tərəfindən edildiyini təsdiq etmir. O, "Azəriqaz" İB-nin balansında olan küçədəki qaz xəttinə özbaşına qoşulmamışdır. Qeyd etmək istəyir ki, təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz xəttində qaynaq izi qalır. Bu səbəbdən də müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranmışdır. Lakin, İddiaçı İB son illərdə üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlər tərəfindən kənar xəttdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq öz abonentlərinə kənar xətdən istifadə etmək üçün şərait yaratmaqla, AKTlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. Mübahisənin düzgün həlli üçün ilkin olaraq tələbin qanuni əsası tapılmalıdır. Hazırkı halda o, iddiaçıdan qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmanı sübut edən faktları tələb edir. Belə ki, məhkəməyə təqdim olunmuş - xx.xx.2020-ci il tarixli, ******* № li, xx.xx.2020ci il tarixli, ******* № li, xx.xx.2020-ci il tarixli, ******* № li, xx.xx.2021-ci il tarixli, ******* № li, xx.xx.2021-ci il tarixli, ******* № li, xx.xx.2021-ci il tarixli, ******* № li və xx.xx.2023-cü il tarixli, ******* № li AKTlardan görünür ki, həmin AKTlar birtərəfli qaydada tərtib edilmiş və o həmin AKTları imzalamamışdır. Onun tərəfindən imzalanmamış həmin AKTlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddiaçının tələbi təmin edilməməlidir. xx.xx.2023-cü il tarixli GASREPdən məlum olur ki, o sərfiyyata uyğun olaraq xx.xx.2021-ci ilə qədər hər ay ödənişlər etmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 6927 m3 qaz sərfiyyatına görə 1249.30 manat ödəniş etmiş və qeyri-qanuni yüklənmiş 479.70 manat borca görə ondan 691.92 manat pul tutmuşdur. İddiaçı İB-nin saxtakarlığı xx.xx.2023-cü il tarixli abonentin saldosunda öz əksini tapmışdır. Belə ki, abonentin saldosunda xx.xx.2023-cü il tarixə qədər borc 5213.16 manat qeyd edilsə də, iddiaçı ondan artıq pul almaq üçün tez-tələsik, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edərək iddia ərizəsində 9375.96 manat dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı İB vurulmuş ziyan SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən hesablanmışdır. Bu hesablama qanuni olmadığı üçün qəbul edilməməlidir. Socarın Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları” normativ hüquqi akt deyil. İddiaçı İB-nin dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi, İddiaçı İB tərəfindən tərtib edilmiş – xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlarının ləğv edilməsi, həmin aktlardan irəli gələn 9375.96 manat məbləğin onun hesab kodundan silinməsi,qeyri-qanuni borca görə tutulmuş 691.92 manatın ona qaytarılmasına dair qətnamə çıxarılması xahiş etmişdir. Cavabdehin etiraz ərizəsi ilə məhkəmə iclası zamanı vermiş olduğu izahat arasında etiraf etmiş olduğu aktın fərqli olmasının səbəbini izahat edərək bildirmişdir ki, etiraz ərizəsi onun tərəfindən tərtib edilməmişdir, o yalnız xx.xx.2020-ci il tarixdə olan aktın doğruluğunu etiraf edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli, AKX-03342xx/xx-2021 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, Cavabdeh 2023-cü ilin dekabr ayınadək 9375.96 manat məbləğində borcu var. - Təbii X2nın pozulması haqqında İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2656,80 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 792 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 275,50 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4147,20 manat, cəmi 9491,50 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuş, fotoşəkillər çəkilmişdir. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 113.76 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə ilk öncə idda tələbinin xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında 172,80 manat borcun cavabdehdən iddiaçınının xeyrinə tutulması hissəsinə müanisbət bildirərək qeyd edir ki, sözügedən akt mülki işin matriallarına əlavə edilmədiyindən iddia tələbi xx.xx.2015-ci il tarixli 089817 saylı aktə əsasən hesablanmış cərimənin tutulması hissəsində təmin edilə bilməz. Bundan başqa məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgünlüyünə şübhə yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent Cavabdeh təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız onun etirafına uyğun olaraq xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminın 7560 kubmetr olduğu müəyyyən olunmuşdur. 7560 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 756 manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 756 manat həcmində təmin edilməlidir. Bundan əlavə iddia ərizəsindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında yazılmış cərimə məbləğindən 132.14 manat ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsasısz yazılmış cəriməyə görə cavabdeh tərəfindən ödənilmiş pul məbləği xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış cərimədən silinməli yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (756-132.14 =623.86 manat) Bundan başqa məhkəmə iddia tələbi üzrə 16.60 manat sərfiyyat borcunun cavabdehdən iddiaçını xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən borcun yaranma əsasları mülki işin matriallarına əlavə edilmiş saldodan müəyyən edildiyindən idddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 113.76 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 623.86 (altı yüz iyirmi üç manat, səksən altı qəpik) manat dəymiş zərər, 16.60 (on altı manat, altmış qəpik) debitor borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 623.86 (altı yüz iyirmi üç manat, səksən altı qəpik) manat dəymiş zərər, 16.60 (on altı manat, altmış qəpik) manat debitor borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2063/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2063/2023
10.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver