Məhkəmə qərarları › İş №e-2(008)-2071/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2071/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2071/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı “Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh Maraqlı şəxs nümayəndəsi Vəkil Nazim oğlunun iştirakı ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Maraqlı şəxs və Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun tutulamsı və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Maraqlı şəxs və Cavabdeh tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, 97255,34 manat məbləğində əsas borcu, 53395.15 manat məbləğində faiz borcu və 91215.41 manat manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 241865 manat 90 qəpik məbləğində borcun və ödənilmiş 531,87 manat məbləğində dövlət rüsumunun Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 8-ci mərtəbə 84.3 kv.m ümumi 50.1 kv.m yaşayış 34.2 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə ərizə ilə müraciət edərək idda ərizəsinin baxılmamış saxlanaraq geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etirazı olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Maraqlı şəxs və Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun tutulamsı və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş 532,80 (beş yüz otuz iki manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu büdcədən Əmanətlərin Sığortalanması Fonduna geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzaliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar