Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2075/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Möhsün oğlu və Cavabdeh1 5334 manat məbləğində verilmiş sığorta ödənişinin və 73,74 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 18 mart 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin tam sığortası üzrə sığortalanmış "Chevrolet Cruze" markalı 99PZ803 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 09 iyun 2022-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 Möhsün oğlu tərəfindən idarə olunan “Dacia Logan” markalı 77CK715 dövlət qeydiyyat nişanlı avtomobilin manevr etməsi nəticəsində aşaraq zədələnmişdir. Sabunçu DYPŞ-nin qərarı ilə Cavabdeh2 Möhsün oğlu qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Sığortalanmış avtomobilinin zədələnməsi ilə əlaqədar 6440 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərvuranın sığortaçısı olan "xxxx" ASC tərəfindən 1106 manat "xxxx" ASC-yə ödənilmişdir. İddiaçı "xxxx" ASC -nin nümayəndəsi Salmanlı Hikmət ərizə ilə məhkəməyə yazılı müraciət edərək, işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər gəlməmələrinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İş materiallarında olan MİG-0125/22 saylı, xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, “Chevrolet Cruze” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır. Sığortalanmış “Dacia Logan” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 8776 manat təşkil etmişdir. Dəymiş zərər 6440 manat sığorta ödənişi "xxxx" ASC-nin hesabına köçürülmüşdür. - xx.xx.2014-cü il tarixli qüsur aktından görünür ki, "Mazda 6" markalı 90RE588 dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın məbləği cəmi 1116.02 manat olduğu müəyyən edilmişdir. -Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin İnzibati xəta haqqında ******* saylı protokulunun surətindən görünür ki, Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrinə əsasən təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. -xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 1106 manat məbləğində pul vəsaiti "xxxx" ASC hesabına “Günay Bank” tərəfindən ödənilmişdir. -xx.xx.2022-ci il tarixli avtomobil nəqliyyat vasitəsinin qiymətləndirilməsi üzrə ekspert rəyinin surətindən görünür ki, avtomobilin qəzadan dərhal əvvəlki orta bazar dəyəri 11600 manat və qəzadan sonrakı vəziyyətdə qalıqlarının orta bazar dəyəri 4000 manat təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 idarə etdiyi “Dacia Dogan” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Chevrolet Cruze" markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vurması və bunun nəticəsində Cavabdeh2 təqsiri ucbatından sığortalanmış avtomobilə zərər dəyməsi İnzibati Tənbeh vermə haqqında TP seriyalı ******* saylı protokolla və işin digər materialları ilə sübut olunur. Sığortalanmış "Chevrolet Cruze" markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Dacia Dogan” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə həmçinin cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi Cavabdeh1 məxsus olsa da, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil Cavabdeh2 tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə Cavabdeh2 tərəfindən vurulduğundan, vurulmuş ziyan yalnız Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Avtomobilin Cavabdeh1 sahibliyindən qanuni əsaslarla Cavabdeh2 verilməsinə dair etibarnamə məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanundan görünür ki, hazırkı vəziyyətdə mülkiyyətçi məsuliyyət daşımır. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu qanuni əsaslarla idarə etmiş olan Cavabdeh2 daşımalı, Cavabdeh1 münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 73,34 manat dövlət rüsumu cavabdehlərdən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh2 5334 (beş min üç yüz otuz dörd) manat sığorta ödənişi və 73 (yetmiş üç) manat, 74 (yetmiş dörd) qəpik ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-2075/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2075/2023
23.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver