Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-210/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı BOKT "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borcu 3276 (üç min iki yüz yetmiş altı) manat, cərimə borcu 491.4 (dörd yüz doxsan bir manat, qırx qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 58.07 (əli səkkiz manat, yeddi qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 3825.47 (üç min səkkiz yüz iyirmi beş manat, qırx yeddi qəpik) manat borcun BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 19 ay müddətinə qaytarılmaq şərti ilə 4 212.00 (dörd min iki yüz on iki manat 00 qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X1 arasında 31 yanvar 2022-ci il tarixli, 566-EKC-0021-22 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 31 yanvar 2022-ci il tarixli, 566-EKC-0021-22/A saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı "Embafinans” QSC qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 zamin durmuşdur. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə əsas borcu 3276.00 manat (üç min iki yüz yetmiş altı manat 00 qəpik), faiz borcu 0.00 manat (Sıfır manat 00 qəpik), cərimə borcu 491.40 manat (dörd yüz doxsan bir manat 40 qəpik) olmaqla ümumi borcu 3767.40 manat (üç min yeddi yüz altmış yeddi manat 40 qəpik) təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, götürülən borcun qaytarılması ilə bağlı cavabdehlər tərəfindən heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehlərə göndərilmiş xx.xx.2022-ci il tarixli, 3636/22 və 3637/22 saylı pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Göründüyü kimi cavadehlər müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "Embafinans” Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək borc tələbi Cavabdeh2 tərəfindən tam icra olunmasını nəzərə alaraq iddia tələbinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbinə” dair iddia ərizəsi üzrə mülki iş icraatdadır. Cavabdeh2 iddiaçı Bank Olmayan Kredit Təşkilatı “Embafinans" QSC qarşısında yaranmış borc öhdəliyini tam olaraq icra etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən e-2(008)-210/2024 saylı mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı BOKT "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.4-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı BOKT "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-210/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-210/2024
31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver