Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2124/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinəİddiaçı İB-nə dəymiş ziyanın məbləği aktlar üzrə 17239,8 manat, debutor borcu üzrə 10,50 manat,əvvəlki illər üzrə qalıq borcu 356,30 manat olmaqla,cəmi 17609,10 (on yeddimin altı yüz doqquz manat 10 qəpik) manat, 142,80 (yüz qırx ikimanat səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 400 (dörd yüz) manat vəkil xərcinin tutularaq, İddiaçı (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeharasında bağlanmış xx.xx.2023-cü il tarixli 04/4178 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********0000 nömrəliabonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********259 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. xx.xx.2018 il tarixli ******* saylıakt əsasında 229,60 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 658,80 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 109,80 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 109,80 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 252 manat, xx.xx.2020 il tarixli ******* saylıakt əsasında 252 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020 il tarixli ******* saylıakt əsasında 184,80 manat, xx.xx.2020 il tarixli ******* saylıakt əsasında 583 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020 il tarixli ******* saylıakt əsasında 252 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 309,6 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 309,6 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 792 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 309,6 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 194,4 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 194,4 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 194,4 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 489,6 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 309,6 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 436,32 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 604,8 manat, xx.xx.2022 il tarixli ******* saylıakt əsasında 501,12 manat, xx.xx.2022 il tarixli ******* saylıakt əsasında 540 manat, xx.xx.2022 il tarixli ******* saylıakt əsasında 2177,29 manat, xx.xx.2022 il tarixli 03357628 saylıakt əsasında 362,88 manat, xx.xx.2022 il tarixli ******* saylıakt əsasında 362,88 manat, xx.xx.2022 il tarixli 03359509 saylıakt əsasında 298,08 manat, xx.xx.2022 il tarixli 03368833 saylıakt əsasında 855,36 manat, xx.xx.2023 il tarixli ******* saylıakt əsasında 734,40 manat, xx.xx.2023 il tarixli ******* saylıakt əsasında 734,40 manat, xx.xx.2023 il tarixli ******* saylıakt əsasında 734,40 manat, xx.xx.2023 il tarixli ******* saylıakt əsasında 734,40 manat, xx.xx.2023 il tarixli ******* saylıakt əsasında 362,88 manatdır. Bundan başqa, cavabdeh (abonent) Cavabdeh təbii qazdan istifadəyə (sərfiyyat borcu) görə 10,50 manat borcu vardır. Cavabdeh tərəfindən İddiaçı İB-nə dəymiş ziyanın məbləği aktlar üzrə 17239,8 manat, debutor borcu üzrə 10,50 manat, əvvəlki illər üzrə qalıq borcu 356,30 manat olmaqla,cəmi 17609,10 manat təşkil edir. İddiaçının nümayəndəsinin və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçı məhkəməyə ərizə yazaraq iddianı müdafiə etdiklərini və işə onların nümayəndəsinin iştirakı olmadan baxılaraq təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04/4178 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Abonent saldosundan görünür ki, 1**********00000 abonent kodu olan Əzimov Adil adlı abonentə qazdan istifadə nəticəsində 17239,8 manat məbləğində borc hesablanmışdır. Bundan 9933,2 manatı debitor borcu mövcuddur. İş materiallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş, xx.xx.2018 il tarixli ******* saylıakt əsasında 229,60 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 658,80 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 109,80 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 109,80 manat, xx.xx.2019 il tarixli ******* saylıakt əsasında 252 manat, xx.xx.2020 il tarixli ******* saylıakt əsasında 252 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020 il tarixli ******* saylıakt əsasında 184,80 manat, xx.xx.2020 il tarixli ******* saylıakt əsasında 583 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020 il tarixli ******* saylıakt əsasında 252 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 309,6 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 309,6 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 792 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 309,6 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 194,4 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 194,4 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 194,4 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 489,6 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 309,6 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 436,32 manat, xx.xx.2021 il tarixli ******* saylıakt əsasında 604,8 manat, xx.xx.2022 il tarixli ******* saylıakt əsasında 501,12 manat, xx.xx.2022 il tarixli ******* saylıakt əsasında 540 manat, xx.xx.2022 il tarixli ******* saylıakt əsasında 2177,29 manat, xx.xx.2022 il tarixli 03357628 saylıakt əsasında 362,88 manat, xx.xx.2022 il tarixli ******* saylıakt əsasında 362,88 manat, xx.xx.2022 il tarixli 03359509 saylıakt əsasında 298,08 manat, xx.xx.2022 il tarixli 03368833 saylıakt əsasında 855,36 manat, xx.xx.2023 il tarixli ******* saylıakt əsasında 734,40 manat, xx.xx.2023 il tarixli ******* saylıakt əsasında 734,40 manat, xx.xx.2023 il tarixli ******* saylıakt əsasında 734,40 manat, xx.xx.2023 il tarixli ******* saylıakt əsasında 734,40 manat, xx.xx.2023 il tarixli ******* saylıakt əsasında 362,88 manat, cəmi 15825,01 manat dəymiş zərər hesablanmış, fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2020 il tarixli ******* saylı, xx.xx.2020 il tarixli ******* saylı, xx.xx.2020 il tarixli ******* saylı, xx.xx.2020 il tarixli ******* saylı, xx.xx.2020 il tarixli ******* saylı, xx.xx.2020 il tarixli ******* saylı, xx.xx.2021 il tarixli ******* saylı, xx.xx.2021 il tarixli ******* saylı, xx.xx.2021 il tarixli ******* saylı, xx.xx.2021 il tarixli ******* saylı, xx.xx.2021 il tarixli ******* saylı, xx.xx.2021 il tarixli ******* saylı, xx.xx.2021 il tarixli ******* saylı, xx.xx.2021 il tarixli ******* saylı, xx.xx.2021 il tarixli ******* saylı, xx.xx.2021 il tarixli ******* saylı, xx.xx.2021 il tarixli ******* saylı, xx.xx.2022 il tarixli ******* saylı, xx.xx.2022 il tarixli ******* saylı, xx.xx.2022 il tarixli ******* saylı, xx.xx.2022 il tarixli 03357628 saylı, xx.xx.2022 il tarixli ******* saylı, xx.xx.2022 il tarixli 03359509 saylı, xx.xx.2022 il tarixli 03368833 saylı, xx.xx.2023 il tarixli ******* saylı, xx.xx.2023 il tarixli ******* saylı, xx.xx.2023 il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə cəmi 157692 m3 hesablanmışdır. Bakı şəhəri Sabunçu Rayon İHB-nın Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəslinin xx.xx.2023-cü il taxili 5-18-2/2-67/2023 nömrəli arayışının surətindən görünür ki, Cavabdeh ondan ötrü ki, onun istifadəsində olan Balaxanı qəsəbəsi, Musavat küçəsi ev 56 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1955-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanda PQ-4 (dörd gözlü plitə) quraşdırılmışdır. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 17246,22 manat borcu olduğunu etiraf etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, **********100000 nömrəli abonent kodu olan sayğac Zamin Mehralıyev adlı şəxsdən Son Əzimovanın adına keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə ilk növbədə xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən 6220,80 manat abonentə hesablanmış borcun tutulması hissəsində da hesab edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı xx.xx.2018-ci il tarixli ******* nömrəli aktla müəyyən olunmuş sayğacın çıxış plastmas borusunda da yaranan deşiklə əlaqədar hesablanmış cərimə hissəsinə də münasibət bildirərək göstərir ki, sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissəsədə təmin oluna bilməz. Belə olan halda məhkəmə iddia tələbinin tərtib edilmiş aktlara əsasən hesablanmış cərimənin tutulması hissəsində yalnız cavabdehin etiraf etmiş olduğu xx.xx.2022-ci il tarixli ******* saylı akta münasibətdə əsaslı hesab etsədə, sözügedən aktda cavabdehə hesablanmış cərimənin şişirdilmiş olduğu qənaitinə gelir. Belə ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti 90 gün deyil, 30 gün hesablanmalıdır. (2x12x30=720) 720 kubmetr, (3x12x30=1080) 1080 kubmetr, (3x1.4x12x30=1512) 1512 kub metrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.12 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 397,44 manat, edir. Bunları nəzərə alaraq məhkəmə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 397,44 manat həcmində təmin edir. Bundan başqa məhkəmə iddia tələbinin 397,44 manat sərfiyyat borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edilir ki, cavabdehə məxsus saldodan görünür ki, icavabdehin 2010-cu ilin sonu üçün 91,60 manat sərfiyyat borcu, 2011-ci ilin sonu üçün 26,20 manat sərfiyyat borcudur (91,60+26,20=117,8 manat) manat sərfiyyat borcu mövcuddur. Qeyd edilən borcdan isə cəmi 2010-ci ildə 20 manat və 2011-ci ildə 10 manat ödənilmişdir. 397,44-20-10=367,44 Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin 117,8 manat debitor borcun və 397,44 manat isə akt üzrə borc cəmi 515,24 manatborcu mövcud olmuş olsada, məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin məzmunundanda görünür ki, cavabdeh tərəfindən əassız yazılmış aktlara görə 192 manat məbləğində ödəniş olmuşdur. Belə olan halda əsassız aktlara əsasən ödənmiş 192 manat məbləğində pul vəsaiti ümumi borc məbləğindən çıxılmalı yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 1627.75-192=1435.75 Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 142,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 142,80 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 362,88 manat borc, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinətutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 362,88 (üç yüz altmış iki manat səksən səkkiz qəpik) manat debitor borcu və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2124/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2124/2024
11.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver