Məhkəmə qərarları › İş №e-2(008)-2165/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2165/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2165/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "X3 vərəsəsi olan cavabdehdən xx.xx.2022-ci il tarixli BPM**********15 nömrəli tam kart müqaviləsi üzrə 1400,29 manat əsas, 45,40 manat faiz, xx.xx.2023-cü il tarixli BPM**********15 nömrəli kredit müqaviləsi üzrə 6301,47 manat əsas, 0,01 manat faiz, cəmi 7747,17 manat borcun və ödənilmiş 97,98 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "X3 vərəsəsi olan cavabdehdən xx.xx.2022-ci il tarixli BPM**********15 nömrəli tam kart müqaviləsi üzrə 1400,29 manat əsas, 45,40 manat faiz, xx.xx.2023-cü il tarixli BPM**********15 nömrəli kredit müqaviləsi üzrə 6351,47 manat əsas, 0,01 manat faiz, cəmi 7797,17 manat borcun və ödənilmiş 97,98 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, X3 vərəsəsi olan cavabdehdən xx.xx.2022-ci il tarixli BPM**********15 nömrəli tam kart müqaviləsi üzrə 1400,29 manat əsas, 45,40 manat faiz, xx.xx.2023-cü il tarixli BPM**********15 nömrəli kredit müqaviləsi üzrə 6301,47 manat əsas, 0,01 manat faiz, cəmi 7747,17 manat borcun və ödənilmiş 97,98 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, X6 ilə bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********15 nömrəli tam kart müqaviləsi üzrə ona 36 ay müddətinə illik 24% olmaqla 300 manat, xx.xx.2023-cü il tarixli BPM**********15 nömrəli kredit müqaviləsi üzrə isə 36 ay müddətinə illik 23% olmaqla 6500 manat məbləğində kredit verilmişdir. Kredit limitinin məbləği xx.xx.2022-ci ildə 2000 manata qaldırılmışdır. X6 xx.xx.2023-cü ildə vəfat etmiş, onun vərəsəsi Cavabdeh olduğu məlum olmuşdur. Borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilməsi də, cavabdeh öhdəliyin icrası istiqamətində hər hansı tədbir görməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2025-cü ildə məhkəmə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə baxışı iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirildi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul edərək bildirdi ki, mərhum anası X6 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 6500 manat məbləğində kredit götürmüşdür. Anası vəfat etdikdən sonra vərəsə olaraq müəyyən olunmuşdur. Hazırda iddiaçıya ümumilikdə 7797,17 manat borcu var. Maddi imkanı olmadığından borcu ödəyə bilməmiş, lakin borcu ödəməkdən yayınmır. Cavabdeh xx.xx.2025-ci ildə bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli BPM**********15 nömrəli "Tam kart müqaviləsi"ndən görünür ki, "xxxx" ASC tərəfindən X4 36 ay müddətinə illik 24% ödəmək şərti ilə 300 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli "Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma"dan görünür ki, kredit limitinin məbləği 2000 manata qaldırılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli BPM**********15 nömrəli "Kredit müqaviləsi"ndən görünür ki, "xxxx" ASC tərəfindən X4 36 ay müddətinə illik 23% ödəmək şərti ilə 6500 manat məbləğində kredit verilmişdir. İşdə olan AZ-İİ seriyalı 368955 nömrəli Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X6 xx.xx.2023-cü ildə vəfat etmişdir. İşdə olan "Elektron notariat" avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X2 miras qalmış əmlakı 1718,34 manat orta əmək haqqı məbləğinin 3 misli qədəri müavinət və 212,97 manat məzuniyyət kompensasiyasından ibarətdir, vərəsəsi Cavabdehdur və ona xx.xx.2024-cü ildə 2V-383 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli "Maliyyə arayışı"ndan görünür ki, cavabdeh X3 iddiaçı "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli BPM**********15 nömrəli "Tam kart müqaviləsi" üzrə 1400,29 manat əsas, 45,40 manat faiz olmaqla, cəmi 1445,69 manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli "Maliyyə arayışı"ndan görünür ki, cavabdeh X3 iddiaçı "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli BPM**********15 nömrəli "Kredit müqaviləsi" üzrə 6301,47 manat əsas, 0,01 manat faiz olmaqla, cəmi 6301,48 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Müəyyən edilir ki, iddiaçı ilə X6 arasında xx.xx.2022-ci ildə bağlanmış tam kart müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 24% ödəmək şərti ilə 300 manat, xx.xx.2023-cü ildə bağlanmış kart müqaviləsinə əsasən isə 36 ay müddətinə illik 23% ödəmək şərti ilə 6500 manat məbləğində kredit verilmişdir. Tam kart müqaviləsi üzrə kredit limitinin məbləği 26.9.2022-ci ildə 2000 manata qaldırılmışdır. X6 xx.xx.2023-cü ildə vefat etmiş, vərəsəsi isə Cavabdehdur. Mərhumun iddiaçıya borcu xx.xx.2022-ci il tarixli tam kart müqaviləsi üzrə 1400,29 manat əsas, 45,40 manat faiz, xx.xx.2023-cü il tarixli kart müqaviləsi üzrə 6301,47 manat əsas, 0,01 manat faiz, cəmi 7747,17 manat təşkil edir. İddiaçının tələbi həmin məbləğin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı Cavabdeh həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcləri cavabdehə aid edilməli və iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 97,98 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********15 nömrəli tam kart müqaviləsi üzrə 1400,29 manat əsas, 45,40 manat faiz, xx.xx.2023-cü il tarixli BPM**********15 nömrəli kredit müqaviləsi üzrə 6301,47 manat əsas, 0,01 manat faiz borcun, ödənilmiş 97,98 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının, cəmi 7845,55 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X8.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar