Məhkəmə qərarları › İş №e-2(008)-2166/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2166/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2166/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "icarə obyektinin iddiaçıya təhvil verilməsi və cərimənin cavabdehdən tutulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "icarə obyektinin iddiaçıya təhvil verilməsi və cərimənin cavabdehdən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmə icraatına qəbul edilmiş və işin məhkəmə hazırlıq iclası 06 mart 2024-cü il tarixə saat 11:45-ə təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü ildə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərərək hesab edir ki, hazırki mülki işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair ərizə (vəsatət) verdiyindən, mülki iş məhkəmə baxışına təyin edilmədən, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "icarə obyektinin iddiaçıya təhvil verilməsi və cərimənin cavabdehdən tutulması" tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar