Məhkəmə qərarları › İş №e-2(008)-2188/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2188/2024

24.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2188/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı İB-nin xeyrinə tərtib olunmuş akt üzrə 12216,08 manat dəymiş zərərin, əvvəlki illər üzrə qalıq borcu 258,9 manat, cəmi 12474,98 manat, 127,42 manat ödənilmiş dövlət rüsumu əvəzinin və 400 manatı vəkil xərcinin tutularaq İddiaçı İB-nin (İBAN: AZ50İBAZ********************, SWİFT İBAZAZ2X, Alan bankın müxbir hesabı: AZ03NABZ********************, Alan bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeharasında 04/4268 №-li xx.xx.2023-cü il tarixli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4T İtron Diafraqma markalı 1602AZ**********34 №-li qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii X2 pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli ******* №-li akt əsasında 329 manat məbləğində; xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 1004 manat məbləğində; xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 307,40 manat məbləğində; xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 174,80 manat məbləğində; xx.xx.2018-ci tarixli ******* №-li akt əsasında 64,80 manat məbləğində; xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 115,20 manat məbləğində; xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 885,60 manat məbləğində; xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 792 manat məbləğində; xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 885,60 manat məbləğində; xx.xx.2021-ci tarixli ******* №-li akt əsasında 540 manat məbləğində; xx.xx.2021-ci tarixli ******* №-li akt əsasında 540 manat məbləğində; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 508,08 manat məbləğində; xx.xx.2022-ci tarixli ******* №-li akt əsasında 540 manat məbləğində; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 540 manat məbləğində; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 419,04 manat məbləğində; xx.xx.2022 il tarixli ******* №-li akt əsasında 298,08 manat məbləğində; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 298,08 manat məbləğində; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 1728 manat məbləğində; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 691,20 manat məbləğində; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 1555,20 manat məbləğində; cəmi cavabdeh tərəfindən İddiaçı İB-nə dəymiş ziyanın məbləği 12474,98 manat təşkil edir. Cavabdeh borcunun olması ilə bağlı şəxsən tanış edilmiş, v o, borcunu ödəyəcəyinin, əks halda onunla bağlanmış qazın alqı-satqı müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə etiraz etməyəcəyini bildirmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qısa bir vaxt ərzində sayğacı işlək vəziyyətində olmadığına görə kənar xəttdən istifadə etdiyini etiraf etdi, hesablanmış borcun azaldılmasını xahiş etdi. Eyni zamanda qeyd etdi ki, o, borcun etirafına dair hər-hansı bir ərizə imzalamamış, ona ödəniş üçün kartın verilməsi barədə ərizə imzalatdırmışdılar. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını təhqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında 04/4268 №li xx.xx.2023-cü il tarixli «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqavilədə istehlakçı tərəfindən aşağıdakı qaz qurğularından istifadə edilməsi nəzərdə tutulmuşdur - PQ-3, dəmir soba. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa kəndi, ünvan 2 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdehnın yaşadığı ünvana İddiaçı İB tərəfindən xx.xx.2023-ci il tarixdə Smart G-4T İtron Diafraqma markalı 1602AZ**********34 №-li qaz sayğacı quraşdırılmışdır. Cavabdeh barəsində kənar xətt aşar edildiyinə görə aşağıdakı aktlar tərtib edilmişdir: xx.xx.2017-ci il tarixli ******* №-li akt əsasında 329 manat məbləğində; xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 1004 manat məbləğində; xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 307,40 manat məbləğində; xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 174,80 manat məbləğində; xx.xx.2018-ci tarixli ******* №-li akt əsasında 64,80 manat məbləğində; xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 115,20 manat məbləğində; xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 885,60 manat məbləğində; xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 792 manat məbləğində; xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 885,60 manat məbləğində; xx.xx.2021-ci tarixli ******* №-li akt əsasında 540 manat məbləğində; xx.xx.2021-ci tarixli ******* №-li akt əsasında 540 manat məbləğində; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 508,08 manat məbləğində; xx.xx.2022-ci tarixli ******* №-li akt əsasında 540 manat məbləğində; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 540 manat məbləğində; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 419,04 manat məbləğində; xx.xx.2022 il tarixli ******* №-li akt əsasında 298,08 manat məbləğində; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 298,08 manat məbləğində; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 1728 manat məbləğində; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 691,20 manat məbləğində; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 1555,20 manat məbləğində. Hazırda iddiaçı Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş akt üzrə hesablanmış 12216,08 manat zərərin, əvvəlki illər üzrə qalıq borcu 258,9 manatın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni olduğu qənaətinə gəlmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddianın 12216,08 manat zərərin tutulması hissəsinə dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh məhkəməyə gəlmədiyinə, iddia ərizəsinə etiraz vermədiyinə, iddiaçı tərəfindən kənar xətti göstərən fotoşəkillər əlavə edlidiyinə görə məhkəmə kənar xəttin olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın akt tərtib edilən zaman qüvvədə olan 6.5ci bəndinə əsasən «Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir». Göründüyü kimi, iddiaçı həmin zaman qüvvədə olan Qaydaların 6.5-ci bəndində nəzərdə tutulan üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla ardıcıl 2017-cı ildə 1 akt, 2018-ci ildə 5 akt, 2020-ci ildə 1 akt, 2021-ci ildə 4 akt, 2022-ci ildə 7 akt, 2023-ci ildə 2 akt tərtib etmiş və zərər hesablamışdır. Odur ki, məhkəmə hesab edir ki, zərərin hesablanması yalnız hər ilin birinci aktı əsasında hesablanmalıdır. Lakin, xx.xx.2017-ci il tarixli ******* №-li akt üzrə sayğaca müdaxilə olduğundan nəzərə alınmamalı, belə ki iddia kənar xəttə dair verilmişdir, xx.xx.2018-ci il tarixli ******* №li akt nəzərdə tutulmayan üsulla hesablama aparıldığından nəzərə alınmamalı, 2022 və 2023-cü illər istisna olunmalı, belə ki, həmin illərin birinci aktları ötən ilin axırıncı aktından dərhal sonra tərtib edlilmişdir. Odur ki, hesablama aşağıdakı aktlar üzrə aparılmalıdır: xx.xx.2020-ci il tarixli ******* №-li, xx.xx.2021-ci il tarixli ******* №-li. xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 8856 kub metr qaza görə 885,60 manat məbləğində zərər səhv hesablanmışdır. Belə ki, cavabdehdə olmayan QSSQ üzrə hesablama aparılmış, digər qurğular üzrə 12 saat əvəzinə 24 saat götürülmüşdür. Məhkəmə hesab edir ki, PQ4 üçün: maksimal qaz sərfi 1,2 kub metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün götürülməklə 1296 kub metr qaz, dəmir soba üçün: maksimal qaz sərfi 1,4 kub metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün götürülməklə 1512 kub metr qaz, cəmi 2808 kub metr qaza görə (1296 + 1512) 280,8 manat zərər. xx.xx.2021-ci il tarixli ******* №-li akta əsasən 7920 kub metr qaza görə 792 manat məbləğində zərər eyni qaydada səhv hesablanmışdır. Məhkəmə hesab edir ki, PQ4 üçün: maksimal qaz sərfi 1,2 kub metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün götürülməklə 864 kub metr qaz, dəmir soba üçün: maksimal qaz sərfi 1,4 kub metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün götürülməklə 1008 kub metr qaz, cəmi 1872 kub metr qaza görə (864 + 1008) 187,2 manat zərər. Beləliklə, iki akt üzrə məhkəmə tərəfindən 468 manat məbləğində zərər müəyyən edilmişdir (280,8 + 187,2). Yəni, məhkəmə hesab edir ki, iddia zərər hissəsində qismənt təmin edilməklə, 468 manat məbləğində zərər tutulmalıdır. Belə ki, «Qazdan istifadə Qaydaları»nın xx.xx.2023-cü ildə edilən dyişklərə əsasən aşağıdakı bəndlər əlavə edilmişdir:https://e-qanun.az/framework/21691 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə hesab edir ki, aktlar tərtib edilən zaman Qaydalarda zərərin hesablanma qaydası nəzərdə tutulmadığından və iddia xx.xx.2023-cü ildən sonra verildiyindən (dəyişikliyin edildiyi), hesablama məhz Qaydaların 6.5-3-cü bəndinə əsasən hesablanmalıdır (İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır). Qaydalarda sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları əsasında hesablanmış məbləğ zərər kimi qiymətləndirildiyindən məhkəmə hesab edir ki, hazırki iddianın hüquqi əsasları aşağıdakılardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəktləri nəticəsində o, 468 manat məbləğdə əsassız varlanmış, iddiaçı isə bunun əsasında zərərə düşmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi əvvəlki illər üzrə qalıq borcu 258,9 manatın tutulması hissəsində rədd edilməlidir. Belə ki, həmin borcun yaranma mənbəyi barədə məhkəməyə sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən məhkəməyə iddiaçının adından imzalanmış ərizə təqdim edilmişdir. Həmin ərizənin standart hissəsi çap formasında tərtib edilmiş, istehlakçıya aid məlumatlar (ad, soyad, ata adı, telefon nömrəsi) tarix, abonentin kodu, icraçının adı və etiraf edilən məbləğ sonra əlyazma ilə əlavə edilmişdir. Ərizəyə əsasən cavabdeh 12475,33 manat borcunu etiraf etmiş və hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin ərizənin çap edilmiş hissəsində etiraf edilən borca aid hissə adi şriftlə, «quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm» hissəsi qalın şriftlə icra edilmişdir. Məhkəmə həmin ərizəyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, istehlakçının düşünülmüş şəkildə həmin ərizəyə imza atıb o məbləğdə borcu etiraf etməsi inandırıcı deyil, həmin ərizədəki əlyazmaların, eyni zamanda borcun məbləğinin əvvəlcədən, yəni imzaya qədər əlavə edilməsi sübut edilmir. Məhkəmə hesab edir ki, iddiaçının əməkdaşlarının niyyəti həmin ərizəyə imza atdıraraq abonentin qalın şriftlə icra edilmiş «quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm» hissəsinə diqqətini yönəltməkdən ibarət olmuşdur, çünki həmin hissəsinin digər hissələrdən ayrılmasının başqa açıqlaması yoxdur. Odur ki, məhkəmə həmir ərizəni borcun etirafı kimi qəbul etmir. Məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddi qismən təmin edilməli 468 manat məbləğində zərər tulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 115.0.5-ci maddəsinə əsasən nümayəndəyə ödənilmiş xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işin baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. İddiaçı 400 manat vəkil xərcinin cavabdehdən tutulmasını tələb etsə də, həmin məbləğin ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia 468 manat hissədə təmin edildiyindən 30 manat rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 97,42 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh aktl üzrə 468 manat məbləğində zərər və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi tutularaq İddiaçı İB-nin (İBAN: AZ50İBAZ********************, SWİFT İBAZAZ2X, Alan bankın müxbir hesabı: AZ03NABZ********************, Alan bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 97,42 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 400 manat xərcin tutulması barədə iddiaçının xahişi təmin edilməsini. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar