Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2333/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin alınması ilə bağlı maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomobilin alınması ilə bağlı maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.523 (on dörd min beş yüz iyirmi üç) manat 92 (doxsan iki) qəpik dəymiş ziyan tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin yanvar ayında Cavabdeh buraxılış ili 2016-ci il olan, "Mercedes E-200" markalı, ** NA *** dövlət qeydiyyat nişanı avtomobilin alınması üçün 44000 (qırx dörd min) manat məbləğində pul vesaiti ödəmişdir. Cavabdeh, X4 və ”Autostar Kaukasus GmbH Azərbaycan MMC” qabaqcadan əlbir olaraq tamah niyyəti ilə onun etibarından istifadə edərək pulunu mənimsəmişlər. Belə ki, nəqliyyət vasitəsi almaq üçün “Turbo-Az” saytına daxil olaraq, Mercedes Benz E-200 sedan markalı avtomobili seçmiş və sahibi ilə telefonla əlaqə yaratmış, nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdehlə birlikdə “Autostar Kaukasus GmbH Azərbaycan MMC” servisə yaxınlaşaraq nəqliyyat vasitəsini yoxlatmış və xx.xx.2024-cü il tarixli 401-00220 nömrəli, ilkin təmir sifarişi adlı sənəd onlara təqdim olunmuşdur. Həmin sənədə əsasən nəqliyyat vasitəsinin ümumilikdə 7096,95 xərcinin olduğunu bildirilmişdir. Onlar razılaşıb qeyd olunan xərci satış qiymətindən çıxmaqla alqı-satqı etmişlər. Nəqliyyat vasitəsini 15 gün istifadə edildikdən sonra, bəzi nasazlıqlar yaranmış, bu barədə Cavabdeh bildirmiş, sonuncu isə ona narahat olmamasını və Mersedes servisdə Samir adlı ustasının nasazlığı aradan qaldıra biləcəyini, yaranacaq xərcin isə yarısını onun özü tərəfindən ödəniləcəyini bildirmişdir. Nəqliyyat vasitəsi Mercedes servisə aparılmış, Samir motorun salniklərin və yağın dəyişməli olduğunu 1400 manat xərci olacağını bildirmişdir. Razılaşıb ödənişləri ederək, nəqliyyat vasitəni ustanın yanında qoyaraq getmiş, Samirin deməsinə görə maşını 2 həftəyə təmir edib verəcəkdi, 2 həftə sonra servisə gələn zaman maşının hələ də hazır olmadığını, 2 gün sonra gəlməli olduğunu, iki gün sonra geden zaman yenə ona iki gün sonra gəlməli olduğunu demişdir. İddiaçı bu dəfə başqa bir usta ilə Samirin yanında gələn zaman məlum olmuşdur ki, Samir Cəlilov motoru sökmək üçün maşının karobkasını açmış, bu zaman onun içərisində olan bublik adlanan hissəsini yararsız hala salmış və karobkanı zədələmişdir. O məcbur olub nəqliyyat vasitəsini evakuatorla başqa ustaya apararaq təmirə vermişdir. Mersedec Servisin ona verdiyi xx.xx.2024-cü il tarixli Z401- 00220 nömrəli, sənətdə nəqliyyat vasitəsinin motoru və korobkası barədə nazaslıqlar ona vaxtında bildirilsəydi o, həmin nəqliyyat vasitəsini almazdı. Bütün bunlarla bağlı həmin nəqliyyat vasitəsinin təmiri üçün ümimilikdə 15.000 manat ona ziyan dəymişdir. Cavabdeh və onun tanışı olan Samir adlı şəxsin qanunsuz hərəkətlərin nəticəsində dəymiş ziyanın tam ödənilməsi və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədiləsi ilə bağlı məsuliyyətinə cəlb olunması barədə şikayət ərizəsi ilə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət edilmiş, 2-12109/24 nömrəli xx.xx.2024-cü il tarixli məktub ilə müraciəti əsasında onların tərəfindən təhqiqat araşdırması aparılmış və toplanmış material üzrə cinayət işinin Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. Eyni zamanda, qəbul edilmiş qərarda iddianın mülki hüquq münasibətləri çərçivəsində həll edilməsi məqsədi ilə mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsi ona tövsiyə edilmişdir. Beləliklə, avtomobilin alındığı gündən avtomobilin təmiri və bərpasına Termostat 1 ədəd 425.09 manat, Hava xotumu ( yağayırıcı) 1 ədəd 170 manat, Akkumulyator (12V/80AH) 1 ədəd 843,37, Ötürücü (RDK) 4 ədəd 794.44 manat, Qapaq (mühərrik yağı) 1 ədəd 12.10 manat, Remennıy şkiv 1 ədəd 292.50 manat, Ön əyləc diski 2 ədəd 622.42 manat, Ön əyləc bəndi 1ədəd 284.15 manat, Ötürücü (əyləc bəndi) 2 ədəd 54.54 manat, Arxa əyləc diski 2 ədəd 567.00 manat, Arxa əyləc bəndi 1 ədəd 306.70 manat, Mühəmikin 1 ədəd 60.65 manat, Ön uzununa qol (sol) 1 ədəd 420.84 manat, Alt uzununa qol (sağ) 426.72 manat, Ön amortizator 2 ədəd 1738.54 manat, Mühərrikin alt qoruyucu örtüyü (ön/sağ) 1 ədəd 77.79 manat xərcləmişdir. Belə ki, avtomobili aldıqdan sonra onun ümumi təmirinə və bərpasına 8374,40 (səkkiz min üç yüz yetmiş dörd) manat 40 (qırx) qəpik xərcləmişdir. Yuxarıda göstərilən məbləğdən 7096,95 manat ehtiyat hissələri + 1 277,45 manat (EDV) ödənilmişdir. Avtomobili idarə edərkən avtomobilin bərpa olunması üçün 2024-cü ilin iyun ayında əlavə olaraq aşağıdakı pul vesaiti xərcləmişdir: 1. Elektron diaqnostika olunması üçün 69,83 manat, örtücü (RDK) 4 ədəd 794.44 manat, təmir dəsti (elektrohidravlik blok/ASQ) 1 ədəd 1 703,59 manat, hava xortumu (yağayrıcı) 1 ədəd 170.20 manat, 2024-cü ilin iyun ayında Mercedes servis “Autostar Kaukasus GmbH Azərbaycan MMC-də ehtiyyat hissələr üçün 2,668,23 manat + ƏDV üçün 480,28 man. = 3 148, 51 manat ödəmişdir. Lakin avtomobildə təmir-bərpa işlər iaparıldıqdan sonra bir çox başqa nasazlıqlar aşkarlanmışdır. Bundan sonra avtomobilin istismarı zamanı ehtiyat hissələri daim sıradan çıxıb və avtomobil yolda dayanmışdır. Dəfələrlə maşını təmirə göndərmək üçün evakuator çağırmağa məcbur olmuşdur. Evakuator çağırmaq üçün bir neçə dəfə əlavə pul ödəmişdir. 2024-cü ilin iyun ayından sonra əlavə olaraq avtomaşının təmiri üçün yenə də xeyli miqdarda pul ödəmişdir. Belə ki, hər avtomobil təmirindən sonra maşının yağını dəyişmiş, yağ dəyişikliyi üçün cəmi 12000 manat ödəmişdir. Bundan sonra avtomobilin istismarı zamanı dəyişmiş porşen və forsunka üçün əlavə olaraq 950, manat ödəmişdir. Bundan sonra avtomobilin istismarı zamanı dəyişmiş pompa 750 manat və ustanın işləri üçün 50 manat = 800 manat vermişdir. Cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın hazırda 14.523,92 (on dörd min beş yüz iyirmi üç manat, doxsan iki qəpik) hesablanmışdır. Beləliklə, Cavabdeh ona nasaz avtomobil satmışdır. Onun qanunsuz hərəkətlərinə görə iddiaçıya xeyli miqdarda maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs X5 nəqliyyat vasitəsini cavabdehdən nağd formada aldığını, daha sonra pula ehtiyyacı olduğu üçün "xxxx" ASC-yə 12000 manata lizinqə qoyduğunu, Cavabdeh nəqliyyat vasitəsini 50000 manata satışa qoysa da, endirim edildiyini, bu endirim nəqliyyat vasitəsinin təmiri üçün güzəşt edilmədiyini, 7096 manat Mercedes Servisdə ziyan müəyyən edilsə də, başqa servisdə daha uyğun qiymətə düzəldirilə biləcəyini, ”Autostar Kaukasus GmbH Azərbaycan MMC” aktda motorla bağlı zədə müəyyən edilmədiyini, 100-120 km sürüldükdən sonra maşın tüstüləndiyini, cavabdehə nəqliyyat vasitəsində problem olduğunu bildirən zaman başqa usta tanıdğını, orada daha uyğun qiymətə düzəldcəyini, həmin ustaya da 1600 manat pul verdiyini, nəqliyyat vasitəsini satın aldıqdan sonra 1-2 ay istifadə etmədiyini, biznes üçün maşını aldığını, bu qədər problem olduğu üçün istifadə edə bilmədiyini və bununla da ona xeyli miqdarda ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 27 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, ekspert rəyi ilə razı olduqlarını, nəqliyyat vasitəsinin bu günkü bazar qiyməti 43.000 manat təşkil etdiyini, üçüncü şəxs X5 nəqliyyat vasitəsini satmaq niyyətində oldyuğunu, əmlakın real satış qiymətinin 27.000 manat olduğunu, cavabdehin nəqliyyat vasitəsini 44.000 manata satdığını etiraf etdiyini, CD-disk daşıyıcıda olan görüntüləri sübut qismində məhkəməyə təqdim etdiyini, iddia ərizəsi tərtib ediləndən sonra daha çox təmir xərcinin çıxdığını bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 27 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, ustanı tapsa da, nəqliyyat vasitəsi X5 tərəfindən rəsmi servisdə yoxladıldığını, kömək məqsədilə ustaya yönəltdiyini, ustanın aldatmasında onun məsuliyyətinin olmadığını, kömək məqsədilə 700 manat pul göndərdiyini, nəqliyyat vasitəsini "turbo.az" saytında 51000 manata satışa qoyduğunu, Mercedes servisdə yoxlatdıqdan sonra nasazlıqların aradan qaldırılması barədə nəzərdə tutulmuş məbləğin güzəşt edərək, 44.000 manata satdığını, tərəfin nəqliyyat vasitəsini servisdə yoxlatdırdıqdan sonra maşının pulunu ona verdiyini, maşında yağ azalması olduğunu, X1 tanışı ilə danışan zaman da bunu bildirdiyini, tərəfin bunu bilib qəbul etdiyini, nəqliyyat vaistəsində sonradan yaranan problemlərə görə onun məsuliyyət daşımadığını, bu qədər müddət sonra ondan ziyan tələb edilməsini əsassız olduğunu və iddia tələbinin rədd edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə olunan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 may 2024-cü il tarixli qərarından görünür ki, vətəndaş X1 Azərbaycan Respublikası DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Hadisəni törətmiş Samir adlı şəxsin barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 noyabr 2024-cü il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yaşayan vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə X5 ilə, “X7 Kredit Təşkilatı” arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsi Merkuri BOKT-un mülkiyyətinə keçmişdir. xx.xx.2024-cü il tarixdə “Merkuri” BOKT təşkilatı ilə, İddiaçı arasında bağlanmış lizinq müqaviləsinə əsasən nəqliyyat vasitəsi 12.000 manat müqabilində lizinqə verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-Təslim Aktına əsasən nəqliyyat vasitəsi satıcı tərəfindən lizing verən "xxxx" təhvil verilən zaman lizinq obyekti üzrə qüsur və çatışmazlıqlar müəyyən olunmamış və tam, saz, işlək və sifariş edilmiş xususiyyətlərə uyğun olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə Lizing müqaviləsi üzrə öhdəlik yerinə yetirildiyindən, nəqliyyat vasitəsi İddiaçı mülkiyyətinə keçmiş və xx.xx.2024-cü il tarixdə İddiaçı nəqliyyat vasitəsi ilə bağlı 1 illik müddətinə Şəms Quliyevanın adına etibarnamə vermişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində qeydiyyata alınmış “Mercedes Benz E-200 minik" markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətinə keçmiş, Cavabdeh həmin nəqliyyat vasitəsini etibarnamə əsasında (nəqliyyat vasitəsindən istifadə hüququ xx.xx.2024 - xx.xx.2025-ci il tarixinə qədər) X2 vermişdir. xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında nəqliyyat vasitəsi “X7 Kredit Təşkilatı” ASC-nin mülkiyyəttinə və xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı nəqliyyat vasitəsini etibarnamə əsasında istifadə hüququ ilə, X3 və etibarnamə əsasında nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ ilə X2 vermişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 33 nömrəli rəyindən görünür ki, 2016-cı il buraxılışlı “Mercedes E-200” markalı, əvvəlki ** NA ***, nömrəli, hazırda ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar dəyəri 43000 (qırx üç min) manat təşkil etdiyi, 2016-cı il buraxılışlı “Mercedes E-200” markalı əvvəlki ** NA *** nömrəli, hazırda ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün İddiaçı tərəfindən çəkilmiş xərcin (zəhmət haqqı və materialların qiyməti birlikdə) dəyəri 14.265 (on dörd min iki yüz altmış beş) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin məlumatına əsasən “Mersedec E-200 markalı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən Cavabdeh mülkiyyətində olmuş, xx.xx.2024-cü il tarixdə Mersedec servisdə edilmiş yoxlamanın nəticəsi olaraq nəqliyyat vasitəsində olan nasazlıqların aradan qaldırılması üçün ƏDV daxil olmaqla 8300 manat xərc tələb olunduğu, Şəms Quliyeva göstərilən çatışmazlıqları nəzərə alaraq Cavabdehlə nəqliyyat vasitəsinin 44.000 manata alınması barədə razılığa gəlmişdir. İlkin olaraq 40000 mant daha sonra isə 4000 manat Cavabdeh verildikdən sonra xx.xx.2024-cü il tarixdə Quliyeva Şəmsin adına nəqliyyat vasitəsinə sərəncam verilmək səlahiyyətini verən 1 illik etibarnamə verilmişdir. xx.xx.2024-cü il tarixdə X5 ilə, “X7 Kredit Təşkilatı” arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsi Merkuri BOKT-un mülkiyyətinə keçmişdir. xx.xx.2024-cü il tarixdə “Merkuri” BOKT təşkilatı ilə, İddiaçı arasında bağlanmış lizinq müqaviləsinə əsasən nəqliyyat vasitəsi 12.000 manat müqabilində lizinqə verilmişdir. xx.xx.2024-cü il tarixdə Lizing müqaviləsi üzrə öhdəlik yerinə yetirildiyindən nəqliyyat vasitəsi İddiaçı mülkiyyətinə keçmiş və xx.xx.2024-cü il tarixdə İddiaçı qeyd olunan nəqliyyat vasitəsi ilə bağlı 1 illik müddətinə Şəms Quliyevanın adına etibarnamə vermişdir. Hazırda İddiaçı məhkəməyə nəqliyyat vasitəsinin qüsurlu olması ilə bağlı müraciət edərək, Cavabdeh nəqliyyat vasitəsinin təmirinə çəkilmiş 15.000 manat xərcin tutularaq ona qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olmadığından rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi ilə bağlı Cavabdehlə bütün danışıqlar, razılaşmalar Şəms Quliyeva arasında aparılmış, nəqliyyat vasitəsi Mersedec servisdə yoxlanıldıqdan sonra, qüsurların aradan qaldırılması üçün ƏDV daxil 8300 manat xərc tələb olunduğu bildirilmiş, həmçinin daha sonra müxtəlif vaxtlarda nəqliyyat vasitəsi müxtəlif avto servislərdə Quliyeva Şəms tərəfindən sökülərək düzəldilməyə çalışılmış hətta sonuncu bu barədə Suraxanı Rayon Polis İdarəsinə də ustaların səhlənkarlığı nəticəsində ona dəymiş ziyanla bağlı müraciətlər etmişdir. Nəqliyyat vasitəsi Şəms Quliyeva tərəfindən xx.xx.2024-cü il tarixdə “Merkuri” BOKT satılan zaman tərəflər arasında Təhvil-Təslim aktı imzalanmış, akta əsasən lizing obyektində qüsur və çatışmazlıqların aşkar olmadığı qeyd edilmiş, aktı X8, Lizing verən “Merkuri” BOKT və Lizing alan İddiaçı öz imzaları ilə təstiq etmişlər. Məhkəmə hesab edir ki, hazırda İddiaçı tərəfindən 2024-cü ilin yanvar ayında edilmiş alqı-satqı nəticəsində dəymiş ziyan tələbinə dair Cavabdeh qarşı iddia irəli sürməkdə subyektiv hüquqa malik deyildir. Belə ki, maşın əgər qüsurlu vəziyyətdə İddiaçı verilmişdirsə də, o belə bir tələblə Cavabdeh qarşı deyil, maşını lizinqə götürdüyü "xxxx" lizinq təşkilatına qarşı irəli sürə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə hər hansı pul verilməsini təsdiq edən tutarlı sübut gətirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə iddianın dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Beləliklə məhkəmə hesab edir ki, iddiaçı avtomobilin alınması ilə bağlı ona dəymiş ziyan məbləğinin tutulamsı əsası ilə, Cavabdeh qarşı hazırki tələbi irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Yəni 2024-cü ilin yanvar ayında Şəms Quliyeva ilə Cavabdeh arasında nəqliyyat vasitəsinin qüsurlu vəziyyətdə satılmasını mübahisələndirmək üçün İddiaçı heç bir hüquqa malik olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomobilin alınması ilə bağlı maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-2333/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2333/2025
06.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver