Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2359/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi (atası) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il tarixdə doğulmuş - X1 üçün yetkinlik yaşına çatana qədər tutulan alimentin məbləği hər ay gəlirinin 1/4 hissəsi və sabit pul məbləğində olmaqla artırılaraq hər ay 235 manat məbləğin və yığılmış və bu günə kımı ödənilməmiş cəmi 13099 manat məbləğində aliment borcunun iddiaçı Yusifova (Babayeva) Könül Cabar qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-5046/2015 №-li qətnaməsi ilə iddiaçı - Yusifova (Babayeva) Könül Cabar qızı və Cavabdeh arasındakı nikah pozulmuş və uşağın anada saxlanması ilə yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqadarında aliment tutlaraq iddiaçı Yusifova (Babayeva) Könül Cabar qızına ödənilməsi qət edilmişdir. Lakin həmin vaxtdan başlayaraq X1 üçün Cavabdeh zəruri olan maddi köməyi göstərməmişdir. Hal-hazırda X4 10 yaşı var. Təyin olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Həmçinin də Cavabdeh hal-hazırda hardasa işləməsi və hər-hansı gəlirinin olub-olmaması barədə heç bir məlumat mövcud deyil. Alimentin ödənilməməsi ilə bağlı dəfələrlə AR ƏN İcra baş İdarəsinə şikayətlər etsə də, bunun heç bir müsbət nəticəsi olmamışdır. Belə olan halda isə AR AM-nin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin cavabdehin hal-hazırda olduğu yer mənə məlum deyildir və o, birdən birə yoxa çıxaraq ölkəni tərk etmişdir. Ümumiləşdirilmiş məhkəmə praktikasına əsasən aliment tələbinə dair işlərə baxılarkən sabit pul məbləği kimi yaşayış minimumu əsas götürülür. Alimentin məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun təyin edilir. Belə ki, aliment təyin edilərkən uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu nəzərə alınmalı və ondan aşağı məbləğ təyin edilməməlidir. Azərbaycan Respublikasında yaşayış minimumu haqqında Qanunların uşaqlar üçün 2018-ci il üzrə - 154 manat, 2019-cu il üzrə - 160 manat, 2020-cu il üzrə - 170 manat, 2021-ci il üzrə - 175 manat, 2022-cı ıl üzrə - 193 manat, 2023-cü il üzrə - 220 manat və 2024-cu il üzrə - 235 manat məbləğini təşkil edir. Beləliklədə müvafiq olaraq 2018-ci il üzrə - 1 848 manat, 2019-cu il üzrə - 1 920 manat. 2020-cu il üzrə - 2 040 manat, 2021-ci il üzrə - 2 100 manat, 2022-ci il üzrə - 2 316 manat, 2023-cü il üzrə - 2 640 manat və 2024-cu il üzrə - 235 manat məbləğini (təkcə 2024-cü ilin yanvar ayı üçün) təşkil edir. Ümumilikdə isə Cavabdeh 2024-cü ilin yanvar ayıda daxil olmaqla bu günə cəmi aliment borcu 13 099 manat məbləğini təşkil edir. Başqa sözlə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir.Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh cəmi 3 ay ödəmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı və iddiaçının atası (uşağın babası) çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (atası) X5 iddianı 235 manat hissədə qəbul etdi və qalan hissədərə rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2013-cü il tarixdə doğulmuş X7 (Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 167188 №-li doğum haqqında şəhadətnamə). Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-5046/2015 №-li qətnaməsi ilə tərəflərin arasındakı nikahın pozulması, uşağın ananın yanında saxlanması və yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqadarında aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İddiaçı musiqi müəllimi işləyir və 834,39 manat məbləğində əmək haqqı alr. Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə çıxmış və halhazıradək ölkəyə qayıtmamışdır. Cavabdehin iş yeri barədə elektron məhkəmə sistemində məlumat yoxdur. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur: Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.1-ci bəndinə əsasən Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndinə əsasən Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. 8.6-cı bəndinə əsasən Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin rəsmi iş yeri və ya sahibkarlıq fəaliyyəti olmadığından, onun olmayan qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulması anlamsızdır. Odur ki, məhkəmə hesab edir ki, təyin edilmiş aliment dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə xx.xx.2013-cü il tarixdə doğulmuş X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, uşaqlar üçün yaşayış minimumunun ildən ilə artması avtomatik olaraq alimentin artırılmasına əsas vermədiyindən və iddiaçı alimentin artırılması barədə iddia qaldırmadığından iddia 13099 manat məbləğində aliment borcunun tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il tarixdə doğulmuş X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il tarixdə doğulmuş X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-2359/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2359/2024
15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver