Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2374/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi vəkili Vəkil1, Cavabdeh nümayəndəsi vəkili Vəkil2 Əyyub oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri 06 fevral 2015-ci il tarixli müqavilə ilə və eyni tarixli 003 nömrəli Maliyyə Arayışı əsasında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 martəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı iki ədəd ümumilikdə 5 otaqlı (2 və 3 otaqlı) mənzil üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13 may 2024-cü il tarixdə İddiaçı nümayəndəsi vəkili Vəkil1 məhkəməyə iddia tələbinin həcminin artırılması ilə bağlı elektron qaydada ərizə ilə müraciət edərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri 06 fevral 2015-ci il tarixli müqavilə ilə və eyni tarixli 003 nömrəli Maliyyə Arayışı əsasında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 martəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı iki ədəd ümumilikdə 5 otaqlı (2 və 3 otaqlı) mənzillər üzərində, ½ hissəsinə; “Ford Transit” yük avtomobili ** XA *** dövlət qeydiyyat nömrəli, “Ford Transit” yük avtomobili ** HG *** dövlət qeydiyyat nömrəli, “Ford Transit” yük avtomobili ** TY *** dövlət qeydiyyat nömrəli yük avtomobilləri ½ hissəsinə” hazırda satılmış yük avtomolləri Ford Transit” yük avtomobili ** FF *** dövlət qeydiyyat nömrəli, Ford Transit” yük avtomobili ** BF *** dövlət qeydiyyat nömrəli, Ford Transit” yük avtomobili ** RC *** dövlət qeydiyyat nömrəli, Ford Transit” yük avtomobili ** BT *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələrinin satışından əldə olunmuş məbləğin ½ hissəsinə iddiaçının pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 24 iyul 2024-cü il tarixdə İddiaçı nümayəndəsi vəkili Vəkil1 məhkəməyə iddia tələbinin həcminin artırılması ilə bağlı elektron qaydada ərizə ilə müraciət edərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri 06 fevral 2015-ci il tarixli müqavilə ilə və eyni tarixli 003 nömrəli Maliyyə Arayışı əsasında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 martəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı iki ədəd ümumilikdə 5 otaqlı (2 və 3 otaqlı) mənzillər üzərində uşaqların iddiaçının yanında qalmasını nəzərə alaraq mənafelərinə uyğun 2/3 hissəsinə; “Ford Transit” yük avtomobili ** XA *** dövlət qeydiyyat nömrəli, “Ford Transit” yük avtomobili ** HG *** dövlət qeydiyyat nömrəli, “Ford Transit” yük avtomobili ** TY *** dövlət qeydiyyat nömrəli yük avtomobilləri ½ hissəsinə” hazırda satılmış yük avtomolləri Ford Transit” yük avtomobili ** FF *** dövlət qeydiyyat nömrəli, Ford Transit” yük avtomobili ** BF *** dövlət qeydiyyat nömrəli, Ford Transit” yük avtomobili ** RC *** dövlət qeydiyyat nömrəli, Ford Transit” yük avtomobili ** BT *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələrinin satışından əldə olunmuş məbləğin ½ hissəsinə pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 04 sentyabr 2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin həcminin azaldılması ilə bağlı elektron qaydada ərizə ilə müraciət edərək, tərəflərin Birgə nikah dövründə əldə etdikləri 06 fevral 2015-ci il tarixli müqavilə ilə və eyni tarixli 003 nömrəli Maliyyə Arayışı əsasında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 martəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı iki ədəd ümumilikdə 5 otaqlı (2 və 3 otaqlı) mənzillər üzərində uşaqların iddiaçının yanında qalmasını nəzərə alaraq mənafelərinə uyğun 2/3 hissəsinə; birgə nikah dövründə əldə etdiyimiz Ford Transit” yük avtomobili ** XA *** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 5000 manatın və “Ford Transit” yük avtomobili ** TY *** dövlət qeydiyyat nömrəli yük avtomobiliin satışından əldə olunmuş 6000 manatın ½ hissəsinə pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 04 sentyabr 2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş iddia tələbinin həcminin azaldılmasına dair ərizə mümkün hesab edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiçı ilə Cavabdeh arasında Sabunçu rayon qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmaqla nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X11 doğulmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1178/2022 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş və Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsində 1671 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X11 anaları İddiaçı yanında saxlanılmış, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2021-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulsun kimi qətnamə qəbul edilmişdir. Belə ki, birgə nikah dövründə keçmiş həyat yoldaşı Cavabdeh külli miqdarda pulunu X18 ələ keçirmişdir. İşin araşdırılması Azərbaycan Respublikasının DİN-in Müətəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ararşdırılmış və X8 vurduğu ziyan qarşlığında onun atası X19 ilə Cavabdeh arasında razılaşma əldə edilmişdir. Həmin razılığa əsasən 06 fevral 2015-ci il tarixli müqavilə ilə və eyni tarixli 003 nömrəli Maliyyə Arayışı əsasında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 martəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı iki ədəd ümumilikdə 5 otaqlı (2 və 3 otaqlı) mənzili Cavabdeh vermişdir. Halhazırda bina tam olaraq tiklimiş və yaşayış üçün təhvil verilmişdir. Bundan başqa birgə nikah dövründə əldə etdiyimiz “Ford Transit” yük avtomobili ** XA *** dövlət qeydiyyat nömrəli, “Ford Transit” yük avtomobili ** HG *** dövlət qeydiyyat nömrəli, “Ford Transit” yük avtomobili ** TY *** dövlət qeydiyyat nömrəli yük avtomobilləri hazırda Cavabdeh mülkiyyətindədir. Nikah pozulduqdan sonra isə cavadbehin adına olan avtomobillər iddiaçıdan xəbərsiz satılmış və onların satışından əldə olunmuş pulun ½ hissəsinə mülkiyyət hüququ tanınmalıdır. Belə ki, Ford Transit” yük avtomobili ** FF *** dövlət qeydiyyat nömrəli, Ford Transit” yük avtomobili ** BF *** dövlət qeydiyyat nömrəli, Ford Transit” yük avtomobili ** RC *** dövlət qeydiyyat nömrəli, Ford Transit” yük avtomobili ** BT *** dövlət qeydiyyat nömrəli, Belə ki, birgə nikah dövründə əmlak əldə edilib. Həmin əmlak birgə nikah dövründə əldə edildiyidən paylara ayrılmalı və payları qanunvericiliklə nəzərdə tutulan qaydada müəyyən edilməlidir. Bundan başqa kiçik qızı X15 uşaqlıqdan dil qüsuru xəstəliyi ilə anadan olmuşdur. Hazıra kimi danışmaqda çətinliklər çəkir. "xxxx" MMC-də psixoloq, Refleksoloq, Duyubütünləmə, Sensor xidmətləri mütəmadi olaraq alır. Bu səbəbdən hesab edir ki, birgə nikah dövründə əldə etdikləi daşınmaz əmlak üzərində paylar müəyyən edilərkən uşaqların mənafeyi üstün tutulmaqla iddiaçıya 2/3 hissədə pay ayrılmalıdır. Hazırda iddia tələbinin, daşınmaz əmlak hissəsində uşaqların mənafeyini nəzərə alaraq 2/3 hissə pay hüququnun tanınmasını istədiyindən iddia tələbinin həcmini azaldaraq iddianın daşınar əşyalar hissəsində beş avtomobildən imtina edərək yalnız Ford Transit” yük avtomobili ** XA *** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 5000 manatın və “Ford Transit” yük avtomobili ** TY *** dövlət qeydiyyat nömrəli yük avtomobiliin satışından əldə olunmuş 6000 manatın ½ hissəsinə pay hüququnun tanınmasını iddiaçı tələb edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Əyyub oğlu iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmiş və eyni zamanda bildirmişdir ki, sözügedən hər iki mənzillər cavabdehə borcun əvəzi olaraq MTK tərəfindən verilmişdir, yəni cavabdeh ilə MTK arasında bağlanmış alqı-satqı müqaviləsi formal xarakter daşımışdır. Tərəflərin arasında olan razılığa əsasən qeyd edilən borcun 300.000 manat olan hissəsi ödənmiş, yerdə qalan 45.000 manat olan hissəsi isə iddiaçının razılığı ilə cavabdehə ödəndikdən sonra, cavabdeh tərəflər arasında olan razılığa əsasən mənzilləri geri qaytaracağını bildirmişdir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1178/2022 nömrəli xx.xx.2022-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 1671 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X11 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Kooperativ Binada Mənzil Tikinti Haqqında xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 martəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı iki ədəd ümumilikdə 5 otaqlı (2 və 3 otaqlı) mənzili Cavabdeh 339000 manata satılmışdır. "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin sorğusuna ünvanladığı cavab məktubundan qeyd edilmişdir ki, "xxxx" MTK-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsi çərçivəsində Plot 039/040 ünvanda inşa edilən 1 bloklu, 20 mərtəbəli yaşayış binasında "xxxx" MTK-nın təsisçilərindən biri X8 atası X19 "xxxx" MTK-ya müraciət edərək oğlu X16 ilə Cavabdeh arasında borc mübahisəsi olduğundan onun binada götürdüyü işlər və təchiz etdiyi materiallar qarşılığında ona çatacaq 15-ci mərtəbədə 63 və 64 saylı mənzillər Cavabdeh adına rəsmiləşdirməyi xahiş etmişdir. xx.xx.2015-ci il tarixdə 0**-ER-*** saylı müqavilə ilə mənzillər Cavabdeh adına rəsmiləşdirilmişdir. Bu günədək həmin mənzillər Cavabdeh adınadır. "xxxx" MTK-nin cavabdehin vəkilinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 047-ER nömrəli məlumatından görünür ki, "xxxx" MTK-nə məxsus Bakı şəhəri Xətai rayonu Ağ şəhər layihəsi çərçivəsində Plot 039/040 ünvanda inşa edilən 1 bloklu 20 mərtəbəli yaşayış binasında "xxxx" MTK-nın təsisçilərindən biri X8 atası X19 "xxxx" MTK-nə müraciət edərək oğlu X16 ilə Cavabdeh arasında borc mübahisəsi olduğundan onun binada götürdüyü işlər və təchiz etdiyi materiallar qarşılığında ona çatacaq 15-ci mərtəbədə 63 və 64 saylı mənzillər Cavabdeh adına rəsmiləşdirməyi xahiş etmişdir. xx.xx.2015-ci il tarixdə 0**-ER-*** saylı müqavilə ilə mənzillər Cavabdeh adına rəsmiləşdirilmişdir. Bu günədək həmin mənzillər Cavabdeh adınadır. 20 iyun 2016-cı il tarixində Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin tərtib edilmiş zərərin ödənilməsi ilə razılıq protokolunu nəzərə alaraq X9 adından X1 Adil Sərvər oğluna xx.xx.2016-cı il tarixdə 300000 manat vəsait ödəmişdir. Tərəflər öz aralarında vəsaitin alınması barədə Akt tərtib etmişlər. Mənzillərin dəyərindən 45000 manat Cavabdeh ödənildikdən sonra həmin mənzillər X12 qaytarılmalıdır. 26 sentyabr 2016-cı il tarixli Tərəflərin qarşılıqlı razılaşma Prtokolundan görünür ki, "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsi çərçivəsində Plot 039/040 ünvanda inşa edilən 1 bloklu 20 mərtəbəli yaşayış binasında Cavabdeh adına rəsmiləşdirilmiş 63 və 64 saylı mənzillərdən Cavabdeh notarial qaydada imtina ərizəsi yazaraq imtina edəndən və mənzillər tam azad olandan sonra X20 və atası X9 qalıq borcu olan 45000 manat Cavabdeh ödəyəcəkdir. "xxxx" MTK-nın direktoru X5 öz öhdəsinə götürür ki, Cavabdeh adından notarial qaydada imtina ərizəsi daxil olana qədər 63 və 64 saylı mənzillər digər ada rəsmiləşdirilməyəcəkdir. Cavabdeh Səməd oğlu və X20 tərəfindən imzalanmış xx.xx.2016-ci il tarixli aktdan görünür ki, "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsi çərçivəsində Plot 039/040 ünvanda inşa edilən binadan iki ədə mənzilin tikintisi gecikdiyindən 345.000 manat puldan 300000 manat pulu X9 oğlu X6 qəbul etmişdir. Borc məbləğinin yerdə qalan 45000 manat ödənildiyi gün X7 qəbul etdiyi bocun təminatı kimi qəbul etdiyi mənzilə aid müqavilələri Ə.Əliyevə geri qaytarmağı öhdəsinə götürmüşdir. "xxxx" MMC-nin 23 iyul 2024-cü il tarixli arayışından görünür ki, X15 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də Psixoloq, Refleksoloq, Duyubütünləmə, Sensor xidmətləri almışdır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 19 iyun 2024-cü il tarixli kompüter çıxarışından görünür ki, “X31” markalı ** XA *** dövlət nömrə nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında 28 iyun 2018-ci ildə Cavabdeh mülkiyyətinə verilmişdir. xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “X31” markalı ** XA *** dövlət nömrə nişanlı avtomibil X4 5000 manata satmışdır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 19 iyun 2024-cü il tarixli kompüter çıxarışından görünür ki, X31” markalı ** TY *** dövlət nömrə nişanlı avtomibil gömrük vəsiqəsi vaistəsi ilə 28 sentyabr 2020-ci ildə Cavabdeh mülkiyyətinə verilmişdir. xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “X31” markalı ** TY *** dövlət nömrə nişanlı avtomibili X13 6000 manata satmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/14/2024-00089 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün müəyyən olunmuş 50 manat məbləğində mediasiya xərci və 10 manat poçt kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.5-ci maddəsinə əsasən Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə ilk öncə iddia tələbinin “X31” markalı ** XA *** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 5000 manatın və “X31” markalı ** TY *** dövlət qeydiyyat nömrəli avtomobiliin satışından əldə olunmuş 6000 manatın ½ hissəsinə pay hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd edir ki, iş matriallarından da məlum olur ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar, onlar birgə nikahda olduğları dövürdə yəni 28 iyun 2018-ci il tarixdə “X31” markalı ** XA *** dövlət nömrə nişanlı avtomobili və 28 sentyabr 2020-ci il tarixdə isə X31” markalı ** TY *** dövlət nömrə nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında əldə etmişlər. Lakin tərəflər arasında bağlanmış nikah Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1178/2023 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Məhz tərəflər arasında bağalnmış nikah pozulduğdan sonra cavabdeh birgə nikah dövründə əldə edilmiş avtomobilləri alqı satqı müqaviləsi əsasında üçüncü bir şəxslərə satmış və satışdan əldə edilmiş pul vəsaitindən iddiaçıya hər hansı bir məbləğ verilməsinə dair sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi avtomobillərin satışından əldə olunmuş vəsaitin bölünməsi hissəsində təmin edilməli, Cavabdeh X31” markalı ** XA *** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 5000 manatın 2500 manat olan hissəsi və “X31” markalı ** TY *** dövlət qeydiyyat nömrəli yük avtomobiliin satışından əldə olunmuş 6000 manatın 3000 manat olan hissəsi tutularaq İddiaçı ödənilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin 06 fevral 2015-ci il tarixli müqavilə ilə və eyni tarixli 003 nömrəli Maliyyə Arayışı əsasında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 martəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı iki ədəd ümumilikdə 5 otaqlı (2 və 3 otaqlı) mənzillər üzərində uşaqların iddiaçının yanında qalmasını nəzərə alaraq mənafelərinə uyğun 2/3 hissəsinə pay hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd edir ki, "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, sözügedən mənzillər tərəflərin birgə nikah dövüründə yəni xx.xx.2015-ci il tarixdə cavabdehin sözügedən MTK-da göstərmiş olduğu xidmətin qarşılığında ona ödənilməli olan pul məbləği qarşılığında verilmiş olduğu müəyyən edildiyində iddiaçının sözügedən əmlaka pay hüququ tanınmalıdır. Lakin iddiaçı məhkəməyə müraciət edərək sözügedən məzillərə tərəflərin birgə nikahından doğulmuş uşağların iddiaçının himayəsində saxlanılmasını və uşağlardan birinin nitqində hər hansı bir qüsurlu olmasını əsas gətirərək pay hüququnun 2/3 hissədə tanınmasını xahiş etsədə məhkəmə qeyd ki, sözügedən halların yetkinlik yaşına çatmayan uşaqların diqqətəlayiq mənafeyinə əsas olmadığında iddia tələbi bu hissədə qismən ½ hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəflərin birgə nikah dövründə əldə etdikləri “X31” markalı ** XA *** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunmuş 5000 manat pul vəsaitinin 2500 manat olan hissəsi və “X31” markalı ** TY *** dövlət qeydiyyat nömrəli yük avtomobiliin satışından əldə olunmuş 6000 manat pul vəsaitinin 3000 manat olan hissəsi tutularaq İddiaçı ödənilsin. İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etmiş olduğlar Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər layihəsində Park Rayonu, PD 039040 plotda inşa ediləcək 20 martəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226 kv/m olan 63 və 64 saylı mənzillərin ½ hissəsində İddiaçı pay hüququ tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2374/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2374/2024
09.09.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver