Məhkəmə qərarları › İş №e-2(008)-2380/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2380/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2380/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********79 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 2107.36 manat əsas borc, vəfat etdiyi tarixə 24.32 manat faiz borcu olmaqla, cəmi 2131.68 manat məbləğində kredit borcu, BPM**********79 nömrəli xx.xx.2021-ci il tarixli X6 müqaviləsinə əsasən verilmiş kredit (kredit xətti) üzrə isə 221 manat əsas borc, 11.60 manat faiz borcu olmaqla, cəmi 232.60 manat borcun və ödənilmiş 43.65 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə X4 arasında bağlanmış BPM**********79 nömrəli xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən X3 illik 24 faizlə 48 ay müddətinə 3800 manat məbləğində kredit verilmişdir. Eyni zamanda "xxxx" ASC-nin Sabunçu filialı ilə X4 arasında bağlanmış BPM**********79 nömrəli xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən X3 illik 24 faizlə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti ayrılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Elektron informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən X4 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 2457 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 vərəsəsi kimi tanınmışdır və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışlarından da göründüyü kimi, borc alanın Banka BPM**********79 nömrəli xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 2107.36 manat əsas borc, vəfat etdiyi tarixə 24.32 manat faiz borcu olmaqla, cəmi 2131.68 manat məbləğində kredit borcu, BPM**********79 nömrəli xx.xx.2021-ci il tarixli X6 Müqaviləsinə əsasən verilmiş kredit (kredit xətti) üzrə isə 221 manat əsas borc, 11.60 manat faiz borcu olmaqla, cəmi 232.60 manat məbləğində kredit borcu təşkil edir. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 43.65 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6- 2-22/2-47272/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə X4 arasında bağlanmış BPM**********79 nömrəli xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən X3 illik 24 faizlə 48 ay müddətinə 3800 manat məbləğində kredit verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sabunçu filialı ilə X4 arasında bağlanmış BPM**********79 nömrəli xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən X3 illik 24 faizlə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti ayrılmışdır. Elektron informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən X4 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 2457 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 vərəsəsi kimi tanınmışdır və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. iddia ərizəsinə əlavə edilən maliyyə arayışlarından da göründüyü kimi, borc alanın Banka BPM**********79 nömrəli xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 2107.36 manat əsas borc, vəfat etdiyi tarixə 24.32 manat faiz borcu olmaqla, cəmi 2131.68 manat məbləğində kredit borcu, BPM**********79 nömrəli xx.xx.2021-ci il tarixli X6 Müqaviləsinə əsasən verilmiş kredit (kredit xətti) üzrə isə 221 manat əsas borc, 11.60 manat faiz borcu olmaqla, cəmi 232.60 manat məbləğində kredit borcu vardır. mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2- 22/2-47272/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli Plenum Qərarına əsasən Plenum hesab edir ki, kreditorun borcun ipoteka predmetinə yönəldilməsini tələb edə bilməsi üçün, ilk öncə, borclunun, onun ölümü halında isə vərəsələrinin icra vaxtı çatmış öhdəliyi pozması, yəni öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Bu baş verdiyi halda ipoteka qoyana qarşı ipoteka müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh BPM**********79 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 2107.36 manat əsas borc, 24.32 manat faiz borcu olmaqla, cəmi 2131.68 manat məbləğində kredit borcu; BPM**********79 nömrəli xx.xx.2021-ci il tarixli X6 müqaviləsinə əsasən verilmiş kredit (kredit xətti) üzrə isə 221 manat əsas borc, 11.60 manat faiz borcu olmaqla, cəmi 232.60 manat borc, o cümlədən 43.65 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i məbləğində dövlət rüsumu tutulur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh BPM**********79 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 2107.36 manat əsas borc, 24.32 manat faiz borcu olmaqla, cəmi 2131.68 manat məbləğində kredit borcu; BPM**********79 nömrəli xx.xx.2021-ci il tarixli X6 müqaviləsinə əsasən verilmiş kredit (kredit xətti) üzrə isə 221 manat əsas borc, 11.60 manat faiz borcu olmaqla, cəmi 232.60 manat borc, ödənilmiş 43.65 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar