Məhkəmə qərarları › İş №e-2(008)-242/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-242/2025

23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-242/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 3901.70 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2753.30 manat və 86.55 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6741.55 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 04/7027 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 172,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 982,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 127,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 116,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 40,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 50,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 43,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 43,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 43,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 43,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 138,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 78,70 manat; cəmi 3901,70 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin apreldekabr ayları üzrə 206,60 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 861,75 manat sərfiyyat borcu və limitdən əlavə 30 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 500,36 manat sərfiyyat borcu və limitdən əlavə 36,89 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-noyabr ayları üzrə 262,88 manat sərfiyyat borcu və limitdən əlavə 0,32 manat sərfiyyat borcu, cəmi 1898,80 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Azəriqaz İB-nin əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixdə istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 11137 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 905,40 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Həmçinin, 2020-ci il aprel ayından sayğac dəyişikliyindən sonra isə abonentin 1,10 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (905,40+1,10+1898,80=2805,30). 2017-ci ilin aprel ayından 2024-cü ilin fevral ayına qədər cavabdeh cəmi 52 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2753,30 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-nə ödənilməli borc məbləği hazırda abonentin saldosu və Gazrep üzrə ümumi 6655 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, həmin gün işlərinin həddindən artıq çox olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, tək onlara deyil, bir çox qonşularına da borc hesablanmışdır. Anası ona borca dair bildirişləri göndərmiş, bir dəfə 3000 manatdan, bir dəfə də 6000 manatdan çox borcun hesablandığını görmüşdür. Qonşularla maraqlandıqda onlara da bu cür məbləğlərdə borcların hesablandığını demişlər. İddiaçı İB-nin əməkdaşları sayğacı dəyişib smart tipli sayğac quraşdırmış, sonra yenidən sayğacı dəyişdirmişlər. Sayğac dəyişdirilən vaxt anası qaz idarəsinin əməkdaşlardan həmin sayğac üzrə hansısa borcun olub-olmamasını soruşanda onlar borcun olmadığını demişlər. O, keçən il Sabunçu rayon Qaz İstismar İdarəsinə gedəndə sözügedən borca dair ona sənəd təqdim etmişlər. O isə bu qədər borcu ödəyə bilməyəcəyini dedikdə, əməkdaşlar borcun müəyyən hissəsini siləcəklərini və ona üç min yeddi yüz nə qədərsə miqdarda borca dair çek vermişlər. Bu gün də hər dəfə qazdan istifadəyə görə ödənişlər etdikdə ödənişlər borca silinir. Ödənişləri kartla həyata keçirir. Məhkəməyə təqdim edilmiş şəkillərdəki ev ona məxsusdur, lakin qaz borularını tanımır. O, qazdan qanunsuz istifadə etməmişdir. Həmin evdə anası yaşayır. Qonşunun hasarı onunla yaxındır, qonşunun şəkillərini çəkib onun sayğacına hesablayıblar. Həmin şlanq çəkilən şəkil qonşu Aynurun evinə gedirdi, onun iki dənə talassemiyalı uşağı var deyə qazın əməkdaşları da buna göz yumurdular. Onlara o ev uşaqlar xəstə olduğuna görə verilmişdi, onlar yaşayırdı, hazırda yaşamırlar, köçüb gediblər. Qonşu Aynurun qazında problem olmuşdu, yoldaşı gəlib şlanq qoşmuşdu ki, uşaqları soyuqda qalmasın. Bunu kənd camaatı da bilirdi. Akt tərtib edəndə heç bir zaman xəbərdarlıq etməyib məlumat verməmişlər. Elə gəlib qapıya qoyub gediblər. Aktla yazılan borcları qəbul etmir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli 04/7027 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, cavabdehin ünvanında quraşdırılmış sayğac çıxarılmışdır. Sayğacın çıxarılmasına səbəb klapanın rezininin yerindən oynaması göstərilmişdir. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar xətlə qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə qalıq və aktlar bölməsində 2017-ci ilin oktyabr ayında 172.80 manat, 2018-ci ilin yanvar ayında 982.80 manat, fevral ayında 127.20 manat, mart ayında 116.60 manat, aprel ayında 40.40 manat, may ayında 50.40 manat, iyun ayında 43.20 manat, iyul ayında 43.20 manat, avqust ayında 43.20 manat, sentyabr ayında 43.20 manat, oktyabr ayında 21.60 manat, noyabr ayında 21.60 manat, dekabr ayında 97.20 manat, 2019-cu ilin yanvar ayında 142.20 manat, fevral ayında 97.20 manat, mart ayında 138.60 manat, aprel ayında 133.20 manat, may ayında 32.40 manat, iyun ayında 32.40 manat, iyul ayında 32.40 manat, avqust ayında 32.40 manat, sentyabr ayında 32.40 manat, oktyabr ayında 32.40 manat, noyabr ayında 133.20 manat, dekabr ayında 295.20 manat, 2020-ci ilin yanvar ayında 295.20 manat, fevral ayında 295.20 manat, mart ayında 295.20 manat, aprel ayında 78.70 manat zərər hesablanmışdır. Beləliklə, işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “X1”nın tələblərinə əməl etməlidir. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən bu Qaydaların tələbləri kobud surətdə pozulmuş, qaz sayğacından kənar qeyriqanuni təbii qazdan istifadə olunmaqla, iddiaçıya 2017-ci ilin oktyabr ayında 172.80 manat, 2018-ci ilin yanvar ayında 982.80 manat, fevral ayında 127.20 manat, mart ayında 116.60 manat, aprel ayında 40.40 manat, may ayında 50.40 manat, iyun ayında 43.20 manat, iyul ayında 43.20 manat, avqust ayında 43.20 manat, sentyabr ayında 43.20 manat, oktyabr ayında 21.60 manat, noyabr ayında 21.60 manat, dekabr ayında 97.20 manat, 2019-cu ilin yanvar ayında 142.20 manat, fevral ayında 97.20 manat, mart ayında 138.60 manat, aprel ayında 133.20 manat, may ayında 32.40 manat, iyun ayında 32.40 manat, iyul ayında 32.40 manat, avqust ayında 32.40 manat, sentyabr ayında 32.40 manat, oktyabr ayında 32.40 manat, noyabr ayında 133.20 manat, dekabr ayında 295.20 manat, 2020-ci ilin yanvar ayında 295.20 manat, fevral ayında 295.20 manat, mart ayında 295.20 manat, aprel ayında 78.70 manat məbləğində zərər vurulmuşdur. Bundan başqa, cavabdehin debitor borcu 2753.30 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlarla (fotoşəkillərlə) Cavabdeh qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə etməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, həmin fotoşəkillərlə cavabdehin evinə gedən qaz xəttinə qanunsuz qoşulma halını və abonentin təqsirini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçı tərtib olunmuş aktlar üzrə tələb olunan 3901.70 manat borc məbləğinin cavabdehin hüquqazidd hərəkətləri nəticəsində yaranmasını sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, aktlar üzrə hesablanmış cəmi 3901.70 manat məbləğində zərərin tutulması hissəsində iddia rədd edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, cavabdehin faktiki istehlak etdiyi, lakin dəyərini ödəməyi təbii qaza görə iddiaçıya 2753.30 manat debitor borcu vardır və cavabdeh həmin borcu ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən – 2753.30 manat debitor borcun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 86.55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 86.55 manat məbləğində dövlət rüsumunun 47.53 manatı Cavabdeh alınıb İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2753.30 manat debitor borc və 47.53 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar