Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-243/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 4200 manat məbləğində maddi zərərin və ödənilmiş 62 dövlət rüsumunun əvəzinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində “Toyota Prius” markalı, 57CJ403 dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobili xx.xx.2022-ci il tarixində etibarnamə əsasında Cavabdeh vermişdir. Etibarnamənin xx.xx.2023-cü ilədək etibarlılıq müddəti vardır. Etibarnamə verildikdən sonra “Toyota Prius” markalı, 57CJ403 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində olmuşdur. Etibarnamənin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2022-ci il tarixində Cavabdeh ona məxsus “Toyota Prius” markalı, 57CJ403 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri ərazisində “Vaz 2106” markalı, 99RN476 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Sabunçu rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. Hadisə nəticəsində ona məxsus “Toyota Prius” markalı, 57CJ403 dövlət qeydiyyat nişanlı avtomobil sürmək üçün yarasız hala düşmüşdür. Avtoservisdə avtomobilə baxış keçirildikdən sonra dəymiş zərərin hesablanmasına dair tərtib edilmiş akta əsasən avtomobilə dəymiş zərərin ümumi məbləği 4200 manat təşkil etmişdir. Dəymiş zərərin ödənilməsi barədə Cavabdeh dəfələrlə müraciət etməsinə baxmayaraq, o, avtomobilə dəymiş zərərin əvəzin ödəməkdən imtina etmişdir. Hətta dəymiş zərərin 3-4 dəfəyə hissə-hissə ödənilməsi təklifini etsə də, Cavabdeh hər dəfə ödəniş etməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən, İddiaçı ona məxsus “Toyota Prius” markalı, 57CJ403 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh xx.xx.2023-cü il tarixədək qüvvədə olan etibarnamə vermişdir. - xx.xx.2023-cü il tarixli dəymiş ziyanın hesablanmasına dair akta əsasən, “Toyota Prius” markalı, 57CJ403 dövlət qeydiyyat nişanlı avtomobilin təmir və ehtiyat hissələrinə 4200 manat xərc tələb olunmuşdur. İşin mübahisəsiz halı bundan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində Cavabdeh etibarnamə əsasında idarə etdiyi, iddiaçıya məxsus Toyota Prius” markalı, 57CJ403 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri ərazisində “Vaz 2106” markalı, 99RN476 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisəyə görə, cavabdeh İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbindən, barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlər işdə olan TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, inzibati xəta haqqında İXP ******* nömrəli protokol və digər sənədlərlə təsdiqlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) “Toyota Prius” markalı, 57CJ403 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh tərəfindən törədilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6201 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə işdə olan fiziki şəxs X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı qeyd edilənlərə əsasən 2008-ci il buraxılışlı “Toyota Prius” markalı, 57CJ403 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış xx.xx.2023-cü il tarixli ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan 3400 manat məbləğində qiymətləndirilməklə, iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı vurulmuş 3400 manat maddi ziyanın məbləği sonuncunun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 62 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun 54 manat hissəsi cavabdehə aid edilməli və ondan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli ekspert təqdiqatının dəyəri 60 manat təşkil edir və həmin məbləğ də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 3400 (üç min dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54 (əlli dörd) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə çəkilmiş 60 (altmış) manat ekspertiza xərci cavabdehlərə aid edilməklə, ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-243/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-243/2024
16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver