Məhkəmə qərarları › İş №e-2(008)-2461/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2461/2024

05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2461/2024 05.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə və Cavabdeh2 qarşı "dəymiş zərərin ödənilməsi" tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə və Cavabdeh2 qarşı "dəymiş zərərin ödənilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "Mersedes Benz C240" minik markalı 10OH520 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8316,60 manat məbləğində maddi zərərin, 300 manat məbləğində vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xidmət haqqının, 19,75 manat məbləğində etibarnamənin alınması üçün ödənilmiş haqqın, avtodayanacaq üçün ödənilmiş 39 manat xidmət haqqının və 107 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 8782,35 manat məbləğində pul vəsaitinin cavabdehlər Bakı Şəhər MənzilKommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi və Cavabdeh2 birgə tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində avtomobili yolun sağ kənarında saxladığı vaxt yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi "Ford Transit" markalı 99JR432 dövlət qeydiyyat nişanlı üzərinə "Toplan" X1 Mərkəzi yazılmış Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin sürücüsü Cavabdeh2 tərəfindən törədilmişdir. O, yol hərəkəti qaydasını pozaraq ara məsafəsi gözləmədən qarşıda hərəkətdə olan "Passat" markalı avtomaşını arxadan vuraraq idarəetməni itirmiş və bundan sonra yolun sağ kənarında dayanmış iddaçının avtomaşınını arxadan vurmuşdur, o isə qarşıda dayanmış "Ford" markalı avtomaşına çırpılmışdır. Hadisə vaxtı "Ford Transit" markalı avtomaşında cavabdeh özü olmuşdur. Hadisə nəticəsində iddaçının avtomaşınının arxa və qabaq buferi, baqajı, kapotu, işıqlar (fara), ön sağ qanad, arxa sol qanad, arxa sol qapı, su radiatoru, kondisioner radiatoru və s. olmaqla yararsız hala düşmüşdür, arxa deformasiyaya uğramışdır. İddiaçıya məxsus avtomaşında isə Maraqlı şəxs olmuşdur, onun sağlamlığına yüngül dərəcədə xəsarət dəymişdir. Baş vermiş hadisədən sonra X3 əməkdaşı hadisə yerinə gələrək yol nəqliyyat hadisəsinin sxemini çəkmiş, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun olaraq izahatı alınaraq barəsində inzibati qaydada icraata başlanılaraq təhqiqat araşdırması başlanılmışdır. Hadisədən sonra sığorta şirkətinə zəng olunmuş, sığorta şirkətinin mütəxəsissi hadisə yerinə gələrək avtomaşınların şəkillərini çəkərək sənədləşmə işlərini aparmışlar. Daha sonra iki dəfə iddiaçının avtomobili sığorta şirkəti tərəfindən dəymiş zərərin qiymətləndirilməsi üçün avtodayanacaqdan götürülərək avtoservisə aparılmış və yenidən geri qaytarılmışdır. Sığorta şirkətinin apardığı araşdırma nəticəsində iddiaçının avtomobilinə son olaraq 7100 manat məbləğində zərər vurulduğunu və digər avtomobillərə dəymiş ziyan nəzərə alınmaqla cəmi 3313,40 manat sığorta ödənişi verilmişdir. xx.xx.2023-cü il tarixdə "URUD" firmasının avtomobillər üzrə mütəxəsissləri iddaçının avtomobilinə dəymiş real ziyanı qiymətləndirmiş və texniki baxış aktı çıxararaq "Mersedes Benz C240" minik markalı 10OH520 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ehtiyat hissələri və işçilik haqqı olmaqla ümumilikdə 11630 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra avtomobil tam yarasız halda olduğundan "xxxx" MMC-yə məxsus avtodayanacaqda saxlanılır. Dayanacaq xidmət haqqı günə bir manat olmaqla hesablanır və indiyə kimi 39 manat ödəniş olunmuşdur. AR DİN BDYP idarəsinin verdiyi AC 603683 nömrəli xx.xx.2015-ci il tarixli texniki pasporta əsasən WDB2020261A746141 BAN №li, 1999-cu il buraxılışlı 10OH520 dövlət qeydiyyat nişanlı, "Mersedes Benz C240" minik markalı avtomaşın İddiaçı məxsusdur. xx.xx.2015-ci il tarixli etibarnaməyə əsasən həmin nəqliyyat vasitəsi 9 il 21 gün müddətinə - xx.xx.2024-cü il tarixinə kimi Maraqlı şəxs idarə etmək səlahiyyəti verilmişdir. Yuxarıda qeyd etdiyi kimi, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə ziyan dəymişdir. Həmin ziyan "Ford Transit" markalı 99JR432 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tərəfindən vurulmuşdur. Ona görə də hazırkı iddia ərizəsində cavabdeh kimi qeyd olunmuşdur. Həmçinin bildirir ki, Cavabdeh2 Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin "Toplan" X2 Mərkəzində sürücü vəzifəsində işləyir və onun həmin müəssisə ilə bağladığı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi hazırda qüvvədədir. Cavabdeh2 əmək vəzifəsini yerinə yetirərkən, yəni əvvəlcədən müəyyən marşrut üzrə iş vaxtı işəgötürənin tapşırığı ilə hərəkət edən zaman bu hadisəni törətmişdir. Həmçinin tərəfindən verilmiş sorğuya rəsmi cavabdan görünür ki, sözügedən nəqliyyat vasitəsi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin mülkiyyətindədir və hadisə baş verən vaxtı Cavabdeh2 həmin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Ona görə də, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi öz işçisinin hüquqazid hərəkətinə görə məsuliyyət daşıdığı üçün cavabdehlik daşıyır və işçisinin törətdiyi əmələ görə delikt öhdəliyi vardır. Yəni, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi məsliyyəti deliktə əsaslanır. Belə ki, təqsirkar sürücünün törətdiyi, sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi mülki hüquqi müstəvidə delikt hesab olunur. Cavabdeh delikt törətməyib, lakin o, delikt törətmiş şəxsin (təqsirkar sürücünün) idarə etdiyi "Ford Transit" markalı 99JR432 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin üzərinə zərərin əvəzini ödəmək vəzifəsi qoyulub. Cavabdeh həmin avtomobilin mülkiyyətçisi olduğuna görə, o, iddiaçının qarşısında Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənəbəyininin sahibi kimi məsuliyyət daşıyır. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə xx.xx.2024cü ildə iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "Mersedes Benz C240" minik markalı 100H520 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8316,60 manat məbləğində maddi zərərin, 300 manat məbləğində vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xidmət haqqının, 19,75 manat məbləğində etibarnamənin alınması üçün ödənilmiş haqqın, avtodayanacaq üçün ödənilmiş 134 manat xidmət haqqının və 107 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 8877,35 manat məbləğində pul vəsaitinin cavabdehlər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi və Cavabdeh2 birgə tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin artırılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə xx.xx.2024-cü ildə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə baxışında iştirak edə bilməyəcək. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, hər iki cavabdehdən 8877,35 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Hadisə zamanı qüsur aktı tərtib edilməmişdir. İnzibati xəta haqqında qərar ilə cavabdeh cərimə edilmişdir. Ziyanın bir hissəsi sığorta tərəfindən ödənilmişdir. Cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nemayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsində sürücü işləyirdi, bu hadisədən sonra nəqliyyat vasitəsini idarə etmək hüququna məhdudiyyət qoyulmuşdur, ondan sonra işdən çıxmışdır. Maddi ziyan çox hesablanıb, amma ekspertiza keçirilməsini tələb etmir. İş materiallarında olan Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin "Əmək və məşğulluq" altsistemindən çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2020-ci ildən "Toplan" X2 Mərkəzində sürücü vəzifəsində işləyir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-11356/2024 nömrəli məktubundan görünür ki, X3 İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdiyiniz "X5" markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci ildən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin adında qeydiyyatdadır, "X5" markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə hər hansı şəxsin istifadəsinə verilməsi barədə DİN Baş X3 İdarəsinin mərkəzi informasiya sistemində mövcud deyildir. - xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Maraqlı şəxs "Mersedes Benz C240" minik markalı 10OH520 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. - "URUD" firmasının xx.xx.2023-cü il tarixli "Texniki baxış aktı"ndan görünür ki, baxış zamanı avtomobildə qəza hadisəsi nəticəsində 11630 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, Mersedes Benz C240" minik markalı 10OH520 dövlət qeydiyyat nişanlı avtomobilinin arxa və qabaq buferi, baqajı, kapotu, işıqlar (fara), ön sağ qanad, arxa sol qanad, arxa sol qapı və s. olmaqla yararsız hala düşmüşdür, arxa deformasiyaya uğramışdır. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)-1518/2024 nömrəli qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8-c maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin xx.xx.2024-cü il tarixli 153 nömrəli məktubundan görünür ki, Cavabdeh2 26/02 k/ş nömrəli əmrlə xx.xx.2024-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. - Təqdim edilmiş qəbzlərdən görünür ki, xx.xx.2024-cü ildə 750 manat, xx.xx.2024-cü ildə isə 3313,40 manat məbləğində ödəniş edilmişdir. - Təqdim edilmiş qəbzlərdən görünür ki, 134 manat məbləğində pul vəsaiti avtodayanacağa ödənilmişdir. - DİN Baş X4 İdarəsinin mərkəzi informasiya sistemindən çıxarışdan görünür ki, "X5" markalı 99JR432 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsidir. Müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2023-cü ildə törətdiyi avtoqəza nəticəsində "Mersedes Benz C240 minik" markalı 10OH520 dövlət qeydiyyat nişanlı avtomobilə və həmin avtomobilin sürücüsü Maraqlı şəxs sağlamlığına ziyan dəymişdir. Qəza törədildiyi zaman o, "Toplan" X2 Mərkəzində sürücü vəzifəsində işləyirdi. "Mersedes Benz C240 minik" markalı 10OH520 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir və etibarnamə əsasında onu idarə etmək səlahiyyətini Maraqlı şəxs həvalə etmişdir. Hadisə zamanı "Mersedes Benz C240 minik" markalı 10OH520 dövlət qeydiyyat nişanlı avtomobili Maraqlı şəxs idarə edirdi. Sığorta tərəfindən 3313,40 manat məbləğində ödəniş edilmişdir. Hal-hazırda "Mersedes Benz C240 minik" markalı 10OH520 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı hadisə nəticəsində avtomobilinə dəyən zərərin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərinə və zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərər vuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Konstituisya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında göstərilir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Müraciətdə qaldırılan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Mülki Məcəllənin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Sadalanan normalara uyğun olaraq məhkəmə hesab edir ki, cavabdehlər arasında əmək münasibətləri olduğundan, Cavabdeh2 hadisə zamanı "X5" markalı nəqliyyat vasitəsini əmək vəzifələrinin icrası ilə əlaqədar olaraq idarə edərkən iddiaçıya maddi zərər vurduğundan iddia tələbi qismən təmin edilməli, həmin zərər işəgötürən, yəni Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın ödənilmiş 300 manat məbləğində vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xidmət haqqının, 19,75 manat məbləğində etibarnamənin alınması üçün ödənilmiş haqqın və 107 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, məhkəmə xərcləri 560,75 manat təşkil edir. Bundan 107 manat dövlət rüsumunun ödənilməsi xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə, 300 vəkilin xidmət haqqının ödənilməsi xx.xx.2024-cü il tarixli 3651 nömrəli qəbzlə, 19,75 manat məbləğində etibarnamənin verilməsi üçün xidmət haqqının ödənilməsi xx.xx.2024-cü il tarixli **********81 nömrəli qəbzlə, avtodayanacaq üçün ödənilmiş 134 manat xidmət haqqı təqdim edilmiş qəbzlərlə təsdiq olunur. Məhkəmə hesab edir ki, həmin məbləğ Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsindən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsindən yol nəqliyyat hadisəsi nəticəsində "Mersedes Benz C240" minik markalı 10OH520 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8316,60 manat məbləğində maddi zərərin, 300 manat məbləğində vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xidmət haqqının, 19,75 manat məbləğində etibarnamənin alınması üçün ödənilmiş haqqın, avtodayanacaq üçün ödənilmiş 134 manat xidmət haqqının və 107 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 8877 (səkkiz min səkkiz yüz yetmiş yeddi) manat, 35 (otuz beş) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar