Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-247/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh “qarşı kredit borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış “borcun tutulması və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 012NFFK nömrəli kredit müqaviləsi üzrə cəmi 9023.21 (doqquz min iyirmi üç manat, iyirmi bir qəp) manat, bundan 6346.88 (altı min üç yüz qırx altı manat, səksən səkkiz qəpik) manat əsas, 1788.26 (bir min yeddi yüz səksən səkkiz manat iyirmi altı qəpik) manat faiz, 820.43 (səkkiz yüz iyirmi manat, qırx üç qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.64 (altmış yeddi manat, altmış dörd qəpik) manat faiz borcu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun (xidmət haqqı) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 0,0388 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 140.6 kv.m olan 45D nömrəli fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh LPO "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Nərmanov” rayon filalı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 012NFFK nömrəli kredit müqaviləsinə əsasən 24 (iyirmi dörd) ay müddətinə illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 0,0388 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 140.6 kv.m olan 45D nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə, Cavabdeh arasında 14 iyun 2019-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Bakı şəhəri 21 nömrəli Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-ci il tarixli 33920 nömrəli Çıxarış verilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddiaçı Əmanətlərin Sığortalanması Fondu xx.xx.2021-ci il tarixli **********207 nömrəli ərizə ilə məhkəməyə müraciət edərək, təqdim edilmiş iddia ərizəsində və maliyyə arayışlarında xx.xx.2019-cu il tarixli, 012NFF nömrəli kredit müqaviləsi üzrə 30 avqust 2021-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 9023.21 (doqquz min iyirmi üç manat, iyirmi bir qəpik) manat təşkil etdiyini, bundan 6346.88 (altı min üç yüz qırx altı manat, səksən səkkiz qəpik) manat əsas, 1788.26 (bir min yeddi yüz səksən səkkiz manat, iyirmi altı qəpiik) manat faiz, 820.43 (səkkiz yüz iyirmi manat, qırx üç qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.64 (altmış yeddi manat, altmış dörd qəpik) manat faiz borcu təşkil etdiyini bildirmişdir. Ərizə qanunvericiliyin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mümükün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, əsas borcu qəbul etdiyini, lakin 1788,26 manat faiz, 820,43 manat cərimə, və 67,64 manat faiz borcu olan hissəni məhkəmədən təmin etməməyi xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblətinə əsasən cavabdeh iştirakı olmadan davam etdirilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" ASC-nin “Nərimanov” rayon filialı ilə, Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 012NFFK nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh illik faiz dərəcəsi 21 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" ASC-nin “Nərimanov” rayon filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 012NFFK nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh öhdəliklərin taminatı kimi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 140.6 kv.m sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 140.6 kv.m sahədən ibarət fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X2 daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli **********41-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 140.6 kv.m sahədən ibarət fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli 012NFFK nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 012NFFK nömrəli Cavabdeh götürdüyü kredit borcuna görə 6346,88 manat məbləğində əsas borcu, 1788,26 manat məbləğində faiz borcu və 820,43 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 67,64 manat faiz məbləği olmaqla, ümumilikdə 9023,21 manat məbləğində borcu var. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 012NFFK nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh öhdəliklərini yerinə yetirməməsi səbəbindən hesablanmış qalıq borcun ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanılması barədə xəbərdar edilmişdir. "xxxx" Açık Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 140.6 kv.m sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh xx.xx.2021-ci il tarixdə bildiriş göndərilməsi nəzərə alınmaqla tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinin məzmunundan görünür ki, Cavabdeh məxsus və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında ümumi sahəsi 250.9 kv.m olan fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş həmin təşkilatda qeydə alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialının tərəflərə ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, xx.xx.2019-cu il tarixli 012NFFK nömrəli kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. Bu halda onlar, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişlər; İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 04 nömrəli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 140.6 kv.m sahədən ibarət fərdi yaşayış evin dəyərinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, əmlakın bazar qiyməti 80000 (səksən min) manat, likvid dəyəri 76000 (yetmiş altı min) manat dəyərləndirilmişdir. Aparılmış tədqiqatın dəyəri 200 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli 012NFFK nömrəli əsas kredit müqaviləsinə əsasən 24 (iyirmi dörd) ay müddətinə 21 faiz şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri vaxtı vaxtında banka qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Məhkəmə iddianın əsas borca hesablanmış 820,43 manat məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğlərinə mütənasib olmadığından endirilməli, 82 manat müəyyən edilməli, həmin məbləğ Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019 il tarixli, 012NFFK nömrəli əsas kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 0,0388 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 140.6 kv.m olan 45D nömrəli fərdi yaşayış evi iddiaçı "xxxx" ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 0,0388 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 140.6 kv.m olan 45D nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. İpoteka haqqında qanunun 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 04 nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 0,0388 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 140.6 kv.m olan 45D ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti qiyməti 76000 (yetmiş altı min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat xidmət haqqı və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin Tərəqqi MMC-yə ödənilmiş 200 manat pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, 200 manat Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan əlavə İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 0,0388 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 140.6 kv.m olan 45D ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər çıxarılmaqla yaşayış sahəsi boşaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6346.88 (altı min üç yüz qırx altı manat, səksən səkkiz qəpik) manat əsas borc, 1788.26 ( min yeddi yüz səksən səkkiz manat, iyirmi altı qəpik) manat faiz borcu, 82 (səksən iki) manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 67.64 (altmış yeddi manat, altmış dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 8217.14 (səkkiz min iki yüz on yeddi manat, on dörd qəpik) manat borc pul, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum və 30 (otuz) manat dövlət rüsumu iddiaçı Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. Cavabdeh tutulmalı olan məbləğ - 8217.14 (səkkiz min iki yüz on yeddi manat, on dörd qəpik) manat borc öhdəliyinin təminatı kimi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 0,0388 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 140.6 kv.m olan 45D nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi açıq hərrac yolu ilə realizə edilsin. Həmin yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 0,0388 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 140.6 kv.m olan 45D nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 76.000 (yetmiş altı min) manat məbləğində müəyyən olunsun. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 0,0388 ha torpaq sahəsinə və onun üzərində yerləşən 140.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdeh çıxarılmaqla yaşayış sahəsi boşaldılsın. İpoteka predmeti olan əmlakın qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyərinin əvəzi olan 200 (iki yüz) manat xidmət haqqı Cavabdeh tutularaq, "xxxx" MMCnin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-247/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-247/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver