Məhkəmə qərarları › İş №e-2(008)-2477/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2477/2023

16.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2477/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı İB-nin cavabdeh X2 qarşı “dəymiş maddi zərərin əvəzin və debitor borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB cavabdeh X2 qarşı “dəymiş maddi zərərin əvəzin və debitor borcunun ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8229.60 manat məbləğində dəymiş zərər, 244.18 manat debitor borcu və ödənilmiş 104.74 manat dövlət rüsumu, ümumilikdə isə 8578.52 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent X3 arasında xx.xx.2022ci il tarixli, AKX-04495xx/xx-2022 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında X2 məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğaca qanunsuz olaraq müdaxilə etmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təstiqləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 885,60 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 885,60 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 583,20 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 4406,40 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat İddiaçı İB-nə zərər dəymişdir. Azəriqaz İB-yə 8829,60 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 244,18 manat debitor borcu qalmışdır. Hazırda cavabdehin “Azərqaz” İB-yə ödənilməli borc məbləği abonentin saldo üzrə 8473,78 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək,tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X3 arasında xx.xx.2022-ci il tarixli, AKX- 04495xx/xx-2022 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Abonent saldosundan görünür ki, **********00000 nömrəli abonent kodu olan X2 qazdan istifadə nəticəsində 8229,60 manat məbləğində borc hesablanmışdır. İş materiallarından görünür ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 885,60 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 885,60 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 583,20 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 4406,40 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat dəymiş zərər hesablanmışdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X3 2607,16 manat borcu ödəməsi barədə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixində 2607,16 manat borcu olduğunu ödəyəcəyi barədə üzərinə öhdəlik götürməsi işin mübahisəsiz halı kimi qiymətləndirilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən maksimal saatlıq qaz sərfi 1,2 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 180 gün olan 1 ədəd PQ4, maksimal saatlıq qaz sərfi 3 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 180 gün olan 1 ədəd QSSQ, maksimal saatlıq qaz sərfi 1,4 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 180 gün olan 2 ədəd Dəmir soba və maksimal saatlıq qaz sərfi 1,5 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 180 gün olan 1 ədəd İran sobası olduğu qəbul edilərək, 36720 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən maksimal saatlıq qaz sərfi 1,2 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 30 gün olan 1 ədəd PQ4, maksimal saatlıq qaz sərfi 3 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 30 gün olan 1 ədəd QSSQ, maksimal saatlıq qaz sərfi 1,4 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 30 gün olan 2 ədəd Dəmir soba və maksimal saatlıq qaz sərfi 1,5 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 30 gün olan 1 ədəd İran sobası olduğu qəbul edilərək, 6120 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən maksimal saatlıq qaz sərfi 1,2 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 30 gün olan 1 ədəd PQ4, maksimal saatlıq qaz sərfi 3 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 30 gün olan 1 ədəd QSSQ, maksimal saatlıq qaz sərfi 1,4 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 30 gün olan 2 ədəd Dəmir soba və maksimal saatlıq qaz sərfi 1,5 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 30 gün olan 1 ədəd İran sobası olduğu qəbul edilərək, 6120 m3 hesablanmışdır. Məhkəmə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli aktlar əsasında hesablanmış ziyan məbləğini qanuni hesab etmir. Belə ki, abonent saldosundan da görünür ki, ünvan 1 ünvanında 1 ədəd PQ 4, 1 ədəd dəmir soba olduğu müəyyən olunur. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədə 1 ədəd PQ-4 üçün otra günlük iş rejmi 24 saat deyil, 6 saat hesabat müddəti isə 180 gün deyil 30 gün, 1 ədəd QSSQ üçün orta günlük iş rejmi 24 saat deyil, 12 saat hesabat müddəti isə 180 gün deyil 30 gün, 1 ədəd Dəmir soba üçün orta günlük iş rejmi 24 saat deyil, 12 saat hesabat müddəti isə 180 gün deyil 30 gün kimi qəbul edir. Habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmadan, orta günlük iş rejmi 24 saat, hesabat müddəti isə 180 gün kimi qəbul edilmişdir. Məhkəmə hesabat müddətinin 180 gün deyil 30 gün kimi nəzərə alınması ilə bağlı bildirir ki, iş materiallarında Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli borcun etirafı barədə ərizə olduğundan yəni iddiaçı Azəriqaz İB tərəfindən xx.xx.2022-ci il tarixində cavabdehə borcun etirafı barədə ərizə imzalandığından 1 ay sonra xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt əsasında vurulmuş ziyanın 180 günə hesablanmasını əsaslı hesab etmir. Məhkəmə dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədə 1 ədəd PQ-4 üçün otra günlük iş rejmi 24 saat deyil, 6 saat, hesabat müddəti isə 30 gün, 1 ədəd QSSQ üçün orta günlük iş rejmi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 30 gün, 1 ədəd Dəmir soba üçün orta günlük iş rejmi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 30 gün kimi qəbul edir. Məhkəmə dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədə 1 ədəd PQ-4 üçün otra günlük iş rejmi 24 saat deyil, 6 saat hesabat müddəti isə 30 gün, 1 ədəd QSSQ üçün orta günlük iş rejmi 24 saat deyil, 12 saat hesabat müddəti isə 30 gün, 1 ədəd Dəmir soba üçün orta günlük iş rejmi 24 saat deyil, 12 saat hesabat müddəti isə 30 gün kimi qəbul edir. Belə olan halda itirilmiş qazın bərpası 1 ədəd PQ-4 üçün 1,2 x 6 x 30 = 216 m3, 1 ədəd QSSQ üçün 3 x 12 x 30 = 1080 m3, 1 ədəd Dəmir soba üçün 1,4 x 12 x 30 = 504 m3, cəmi 1800 m3 hesablanmalı və alınan rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0,12 (on iki qəpik) manata vurulmalıdır. İddiaçıya dəymiş zərər 1800 x 0.12= 216 manat məbləğində olması müəyyən edilir. İş üzrə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli aktlar üzrə cəmi ziyan 216 x 3= 648 manat müəyyən edilir. Vurulmuş ziyanın hesablanması ilə bağlı cavabdeh xx.xx.2022-ci il tarixində 2607,16 manat borcu olduğunu etiraf etmiş, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli aktlar üzrə 648 manat ziyan müəyyən edilir. Belə olan halda cavabdehdən 2607,16 + 648 = 3255.16 manat dəymiş ziyan tutularaq iddiaçı Azəriqaz İB-nə ödənilməlidir. Bundan başqa 244,18 manat debitor borcu olması işin mübahisəsiz halıdır. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qanun tələbindən də göründüyü kimi, yoxlayıcı tərəfindən qanusuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda olunmamışdır. İddia 104.74 manat dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilməli, 55 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı İB-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3255,16 (üç min iki yüz əlli beş manat on altı qəpik) manat məbləğində dəymiş zərər, 244,18 (iki yüz qırx dörd manat, on səkkiz qəpik) manat məbləğində debitor borcu və ödənilmiş 55 (əlli beş manat) manat dövlət rüsum İddiaçı İB-nin xeyrinə tutulmalı, tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 3255.16 (üç min iki yüz əlli beş manat, on altı qəpik) manat məbləğində dəymiş ziyan, 244.18 (iki yüz qırx dörd manat, on səkkiz qəpik) manat debitor borcu və ödənilmiş 55 (əlli beş manat) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar