Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-249/2025 01.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4, Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 1660 manatın və Cavabdeh vurulmuş 6620 manat maddi zərərin və əldən çıxmış faydanın, vəkilə ödənmiş 320 manatın və dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdeh X6 arasında İddiaçı məxsus Daewoo Gentra markalı 10MA634 dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsi ilə bağlı razılaşmışlar. Razılaşmanın şərtlərini cavabdeh X6 öz əl yazısı və imzası ilə təstiqləmişdir. Cavabdeh X6 və İddiaçı Daewoo Gentra markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin ödəniş olaraq 700 manat ödəmişdir və qarşılıqlı razılaşmaya əsasən Mehrəliyev Turqut günü 25 manatdan 26 aylıq icarə haqqını ödədiyi təqdirdə avtomobil onun mülkiyyətinə keçəcəkdi. Həmçinin avtomobilin mühərrikinə İddiaçı tərəfindən zəmanət verilmişdir (Mehrəliyev Turqut tərəfindən qəsdən zərər vurulmadığı hallarda). Cavabdeh X6 avtomobili həftədə 1 dəfə yəni 5 gündə bir olmaq şərti ilə iddiaçının servisində texniki baxışdan keçirmək üçün gətirməyi, avtomobilin mühərrikinin yağını hər 5000 km-dən bir dəyişməyi öz üzərinə götürmüşdür. Bununla yanaşı mühərrikin yağının vaxtında dəyişilməsə, vaxtında texniki baxışa gətirilməsə, başqa servislərə təmir üçün aparsa o zaman iddiaçı tərəfindən verilmiş zəmanət ləğv edilir. Belə ki, avtomobilin X2 başqa hər hansısa bir şəxs tərəfindən idarə edilməsi razılaşmaya əsasən qəti qadağan hesab olunmuşdur. Avtomobilin gündəlik ödənişi 4 gün geciksə avtomobil icarəyə götürəndən geri alına, əlavə 2 gün gözləndikdən sonra digər şəxsə verilə bilərdi. Əgər avtomobil icarəyə götürən tərəfindən hər hansısa səbəbdən geri qaytarılmaq istənərsə və ya hansısa şərtlərin pozulması nəticəsində X2 alınarsa bu zaman ödədiyi ilkin ödəniş və gündəlik ödədikləri şəxsə heç bir halda qaytarılmır. Avtomobilin hər hansısa bir səbəbdən təmirə saxlanılmasının gündəlik ödənişin ödənilməməsi üçün səbəb deyil. Avtomobilin yanlız icbari sığortası olduğuna görə avtomobilə dəyən yüngül və ağır qəza ilə bağlı məsuliyyəti X6 öz üzərinə götürmüşdür. Avtomobilə konstruksiya dəyişikliyinin edilməsi qadağandır lakin belə hallar baş versə avtomobilə vurulmuş zərər Turqut tərəfindən dərhal qarşılanmalıdır və xx.xx.2021-ci il 19:00-dan etibarən avtomobilə yazılan cərimələrə məsuliyyət daşıyır. Turqut öz adına gələn qərarlı və qərarsız cərimələri 10 gün müddətində ödəməli əks halda iddiaçı tərəfindən növbəti ay üçün etibarnamə verilmir. Qeyd edilən şərtlər X6 tərəfindən yazılmış və şərtlərlə bağlı razılığını və doğruluğunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-cü il tarixində cavabdeh X3 dostu Cavabdeh dostunun icazəsi olmadan həmin avtomaşını idarə edərkən yol nəqliyyat hadisəsi nəticəsində piyadanı öldürmüş, avtomobilə isə xeyli maddi zərər vurulmuşdur. Belə ki, təqdim olunmuş "xxxx" MMC tərəfindən verilən 19 aprel 2021-ci il tarixli № 03 nöqsan aktından da göründüyü kimi 10MA634 dövlət qeydiyyat nişanlı, DAEWOO CENTRA minik markalı avtomobildə görülən dəmirçi, rəngsaz, armatur və bamper işləri üçün zəhmət haqqı ümumilikdə 1285 manat, qabaq qanad, fara şüşəsi, alın şüşəsi və dumannı faranın qiyməti ümumilikdə 375 manat olmuşdur. İşçilərin zəhmət haqqı və ehtiyat hissələri 1285 və 375 manat ümumilikdə avtomobilə 1660 manat məbləğində ziyan dəymişdir. Sonradan digər cavabdeh X6 avtomobili götürmüş və təmir etmək üçün servisə aparmış və sonradan avtomobili servisdən götürərkən avtomobili darvazaya çırparaq qəza törətmiş, nəticədə avtomobili tam yararsız hala salmışdır. Bununla da avtomobilə 6620 manat maddi zərər vurmuşdur. Dəfələrlə cavabdehlərdən vurulmuş zərərin tələb edilməsinə və barələrində cinayət işi açılmasına çalışsa da, heç bir nəticə əldə edə bilmədi. Onların əməlləri sayəsində o, həm xx.xx.2022-ci ildən indiyədək keçən 28 ay müddətində (840gün*25manat) 21000 manat gəlirimdən məhrum olmuş, həm də avtomobilimə vurulmuş ümumilikdə (1660+6620) 8280 manat maddi zərəra uğramış ki, hazırda o qədər vəsaiti olmadığından avtomobilimi də düzəldə bilmir. Artıq hadisədən 28 aya yaxın bir müddət keçməsinə baxmayaraq, nə dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir addım atılmış, nə də avtomobilin icarəsindən qazanacağı vəsait ödənməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəməyə müraciət etmə qaydasını və maddi zərərin əvəzinin alınması üçün hansı addım atmalı olduğunu bilmədiyindən vəkilə müraciət edərək ona köməklik göstərilməsini xahiş etmişdir. Həmin xidmətin göstərilməsi üçün xidmət müqaviləsi bağlanmış və bu xidmətə görə ödəniş etməli olmuşdur ki, bu xərc də cavabdehlərdən tutulmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə iddia tələbinə dəqiqləşmə ərizəsi verərək, iddia tələbinin xahiş edirəm hissəsindəki "əldən çıxmış fayda" hissəsinə dəqiqləşmə verilənədək nəzərə alınmamasını, iddia ərizəsinin xahiş edirəm hissəsinin “cavabdehlər X2 1660 manatın və Cavabdeh vurulmuş 6620 manat maddi zərərin, vəkilə ödənmiş 320 manatın və dövlət rüsumunun əvəzinin tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarasınız” kimi oxunmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə iddia tələbinə dəqiqləşmə ərizəsi verərək, Daewoo Gentra markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 mülkiyyətinə verilməklə cavabdeh X2 müqavilə üzrə ödənməli məbləğ kimi 19500 manatın və əldən çıxmış fayda kimi 3750 manatın, Cavabdeh vurulmuş 6620 manat maddi zərərin, cavabdehlərdən müştərək qaydada vəkilə ödənmiş 320 manatın və dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edildiyi kimi X6 ilə İddiaçı Daewoo Gentra markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsi ilə bağlı razılaşmışlar. Razılaşmanın şərtlərini cavabdeh X6 günü 25 manatdan 26 aylıq icarə haqqını ödədiyi təqdirdə avtomobil onun mülkiyyətinə keçəcəkdi. Avtomobilin gündəlik ödənişi 4 gün geciksə avtomobil icarəyə götürəndən geri alına, əlavə 2 gün gözləndikdən sonra digər şəxsə verilə bilərdi. Avtomobil icarəyə götürən tərəfindən hər hansısa səbəbdən geri qaytarılmaq istənərsə və ya hansısa şərtlərin pozulması nəticəsində X2 alınarsa bu zaman ödədiyi ilkin ödəniş və gündəlik ödədikləri şəxsə heç bir halda qaytarılmır. Avtomobilin hər hansısa bir səbəbdən təmirə saxlanılmasının gündəlik ödənişin ödənilməməsi üçün səbəb deyil. Avtomobilin yanlız icbari sığortası olduğuna görə avtomobilə dəyən yüngül və ağır qəza ilə bağlı məsuliyyəti X6 öz üzərinə götürmüşdür. Avtomobilə konstruksiya dəyişikliyinin edilməsi qadağandır lakin belə hallar baş versə avtomobilə vurulmuş zərər Turqut tərəfindən dərhal qarşılanmalıdır və xx.xx.2021-ci il 19:00-dan etibarən avtomobilə yazılan cərimələrə məsuliyyət daşıyır. Turqut öz adına gələn qərarlı və qərarsız cərimələri 10 gün müddətində ödəməli əks halda iddiaçı tərəfindən növbəti ay üçün etibarnamə verilmir. Qeyd edilən şərtlər X6 tərəfindən yazılmış və şərtlərlə bağlı razılığını və doğruluğunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh dostu X3 icazəsi olmadan həmin avtomaşını idarə edərkən yol nəqliyyat hadisəsi nəticəsində piyadanı öldürmüş, avtomobilə isə 1660 manat məbləğində ziyan dəymişdir. Sonradan digər cavabdeh X6 avtomobili götürmüş və təmir etmək üçün servisə aparmış və sonradan avtomobili servisdən götürərkən avtomobili darvazaya çırparaq qəza törətmiş, nəticədə avtomobili tam yararsız hala salmışdır. Bununla da avtomobilə 6620 manat maddi zərər vurmuşdur. Dəfələrlə cavabdehlərdən vurulmuş zərərin tələb edilməsinə və barələrində cinayət işi açılmasına çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. Onların əməlləri sayəsində o, həm xx.xx.2022-ci ildən indiyədək keçən 32 ay müddətində (960gün*25manat) 24000 manat gəlirindən məhrum olmuş, həm də avtomobilinə vurulmuş ümumilikdə (1660+6620) 8280 manat maddi zərəra uğramış ki, hazırda o qədər vəsaiti olmadığından avtomobilini də düzəldə bilmir. İlk iddia ərizəsinin əsaslandırma hissəsində vurulan zərəri əsaslandıraraq qeyd etsə də, iddia ərizəsinin xahiş edirəm hissəsində həmin zərərin tələb edilmədiyindən dəqiqləşmə verməli olmuşdur. Bununla yanaşı qeyd edir ki, cavabdehlərin əməlləri mülki iş üzrə təqdim edilmiş sübutlarla tam sübut edildiyindən, cavabdehlərdən birinin məhkəmə iclasında tam etiraf etdiyindən iddia tam sübut edilmişdir ki, hesab edir ki, bu səbəbdən iddia tələbində tam haqlıydır. Belə ki, cavabdehlərin avtomobilə vurduğu zərər bütün hallarda tam sübut edilmiş, cavabdeh tərəfindən etiraf edildiyi və mübahisələndirilmədiyi halda hakim tərəfindən istiqamət verilərək mübahisələndirilməyə çalışsa da, mübahisə edilmədiyindən hazırda həmin hissədə hər hansı bir əlavə sübuta ehtiyac yoxdur. Bununla yanaşı cavabdehlərdən X3 İddiaçı məxsus Daewoo Gentra markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin günü 25 manatdan 26 aylıq icarə haqqını ödədiyi təqdirdə avtomobil onun mülkiyyətinə keçəcəyini nəzərə alaraq avtomobili onun mülkiyyətinə verməklə (26ay*30gün*25manat=) 19500 manatın və müqavilə üzrə razılaşdırılmış gündən (xx.xx.2022- xx.xx.2024=26ay) sonrakı 5 aya görə əldən çıxmış fayda kimi (5ay*30gün*25manat=) 3750 manat alınaraq iddiaçıya ödənməlidir. Beləliklə hesab edir ki, cavabdehlər X2 19500 manatın müqavilə üzrə ödənməli məbləğ və 3750 manat əldən çıxmış fayda və Cavabdeh vurulmuş 6620 manat maddi zərərin, vəkilə ödənmiş 320 manatın və dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh X6 xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddia tələblərinin rədd edilməsi və avtomobilə dəyən zərərin qiymətləndirilməsi üçün məhkəmə ekspertizasının keçirilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sözügedən avtomobil qəzasından sonra ona iddiaçı verdiyi etibarnaməni ləğv etdirmiş və faktiki olaraq qəza nəticəsində avtomobilə dəyən ziyanın ödənilməsi üçün hər hansı imkan verməmişdir. Əsassız olaraq avtomobilin tam qiymətini ondan tələb etmişdir. Əlavə olaraq hər keçən gün üçün 25 manat olmaqla mənafeyi naminə ona təzyiqlər etməyə başlamışdır. Halbuki, onun həmin dövrdə qəza nəticəsində ayağı qırılmış və müxtəlif bədən xəsarətləri alaraq, stasionar və ev şəraitində müalicə almış, əməliyyat olunmuş və hal-hazırda bu müalicə davam edir. Bununla bağlı tibbi arayış və epikrizləri var. İddiaçı özünün əsasız tələbini ilkin olaraq tələb etdiyi əldən çıxmış faydanı yeniləyərək sonradan avtomobilin onda qalmasını özünə və məhkəməyə sübut kimi təqdim etməyə çalışır. Əslində isə hər iki halda iddiaçı əldən çıxmış fayda kimi tələb etdiyi məbləğ iddiçıdan tələb edilməlidir. Çünki, iddia etdiyi avtomobil onun mülkiyyətində və sərəncamındadır, etibarnaməni ləğv etdirib və onun avtomobil üzərində hər hansı sərəncam verməyi mümkün deyildir. Avtomobilin təmiri üçün heç bir şərait yaratmayıb. Digər tərəfdən, iddiaçı ilkin məhkəmədə cavabdeh kimi onun qəza nəticəsində avtomobilə dəyən zərərin ödənilməsi üçün razılaşmanı qəbul etdiyi konteksindən çıxış edərək, hətta bu faktı digər tələblərinə də şamil edir. Eyni zamanda, avtomobilə dəyən zərərin miqdarı iddiaçının tələb etdiyi məbləğ ilə deyil, dəyən zərərin məhkəmə ekspertizası tərəfindən müəyyən edilməsi zəruri və ədalətlidir. Beləliklə, iddiaçının tələb etdiyi əsassız iddialar və uydurma qazanc, fayda kimi tələbetmələr, ona qarşı təzyiqlərin məhkəmə davamından başqa bir şey olmamağına dair onda əsaslı təəssürat oyadır. Bununla belə o, dəymiş ziyanın (avtomobilə) ödənilməsinə heç vaxt etiraz etməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən cavabdeh X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-249/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardad ilə İddiaçı cavabdehlər X4, Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi və pul” tələbinə dair mülki işin “Daewoo Gentra” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə cavabdeh X2 müqavilə üzrə ödənməli məbləğ kimi 19500 manatın və əldən çıxmış fayda kimi 3750 manatın tutulması” hissəsinin ayrıca icraata ayrılması, İddiaçı cavabdehlər X4, Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi və pul” tələbinə dair mülki işin “Cavabdeh vurulmuş 6620 manat maddi zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair hissəsinin e-2(008)-249/2025 nömrəli mülki iş üzrə davam etdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə bildirmişlər ki, tərəflər arasında icarə müqaviləsi bağlanmamışdır. Sadəcə olaraq Turqut tərəfindən yazılı razılaşma əsasında maşın onun istifadəsinə verilmişdir. Elvinlə isə aralarında heç bir müqavilə olmayıb. Elvin qəza törətdikdən sonra maşını özü təmir edəcəyini bildirdiyi üçün maşın ona verilmişdir. Turqut həmin yerdən onun icazəsi olmadan maşını götürüb aparmışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh X6 izahatında bildirmişdir ki, Cavabdeh dostudur. Günü 25 manat olmaq şərtilə maşını İddiaçı götürmüş, bunu hər hansı notarial qaydada etməmiş, öz aralarında video çəkiliş əsasında, adi yazı əsasında bunu etmiş, hər hansı müqavilə bağlamamışlar. Şəbnəm xanımdan axşam saatları maşını götürəndə onun yazılı şəkildə tərtib etdiyi sənədi oxumadan imzalamış və maşını ondan götürmüşdür. Günü 25 manatdan əvvəlcədən 700 manat verməklə Şəbnəm xanıma 8 ay pul ödəmişdir. Dostu maşınla qəza törədəndən sonra Şəbnəm xanıma çox zəng etsə də, açmadı, maşına ona verə bilmədi. Hansı ki həmin vəziyyətdə dostu Elvin həm hadisəni törətdiyi maşını təmir edə, həm də Şəbnəm xanıma günlük 25 manatdan ödənişlər etməkdə davam edə bilməzdi, belə bir şey heç bir yerdə görülməyib. Belə bir vəziyyətdə belə, Elvin o maşını təmir etdirirdi, başına gələn bu çətin vəziyyətlə bağlı ona intihar etmək istədiyini də deyirdi. Həmin hadisədən sonra dostu ev adamları ilə notarial qaydada barışıq sənədi bağladı. Şəbnəm xanım belə bir vəziyyətdə Elvindən günlük olaraq 25 manat ödəməsini məcbur edir. Şəbnəm xanım həmin maşını idarə etmək üçün Elvinə yox, sadəcə ona etibarnamə vermişdi. Hadisə olan gecə o, polisə zəng edərək maşının oğurlanması barədə məlumat vermişdir. Elvinə etibarnamə verməmiş, özbaşına maşını götürmüşdür. Şəbnəm xanım, o və Elvin bir yerdə olanda Şəbnəm xanım Elvindən həmin gecə ərzində 500 manat verməsini tələb etdi, əgər bir insanın o qədər pulu yoxdursa, onu bir gecə ərzində verə bilməz. İddiaçı tərəfin tələbində göstərilən dəymiş maddi zərərlə razıdır, amma bu barədə ətraflı düşünmək istəyir. Növbəti iclas dəqiq fikrini deyəcəkdir. Amma nəzərdə tutduqları əldən çıxmış faydanı qəbul etmir, onu ödəyə bilməyəcəkdir. Dəymiş ziyanı qəbul edir, maşına ziyan vurulub. Zərərdən boyun qaçırmır. Dəymiş ziyanı ödəmək istəyir, amma iddiaçı yeni maşın almaqlarını istəyir. Heç bir sənəddə onun imzası yoxdur. Maşın da hazırda onda deyil, harda olduğunu bilmir. O, Şəbnəm xanıma 8 ayın ödənişini etmiş, həmin çekləri də ona göndərmişdir. Həmin qəbzlər indi onda qalmayıb, amma özünə o vaxtlar göndərmişdir. Qabaqcadan Şəbnəm xanıma 700 manat ödəmişdir. Elvin hadisə törətdikdən sonra 1 ay yarıma qədər vaxt ərzində də Şəbnəm xanım günlük 25 manatdan ödənişlərini onlardan alıb. İkinci nəqliyyat hadisəsindən sonra maşını onlardan aldı, amma olmayan maşın üçün ödənişlər istədi. Maşın onda 8 ay qaldı. Bu 8 ay ərzində dediyi kimi günlük ödənişləri ödədi, həmin 8 aydan sonra Elvin maşınla hadisə törətdi. Elvin maşını ondan oğurladı, o bu barədə polisə məlumat verdi. Maşının onda olan müddəti ərzində ödədiyi ödənişləri barədə sübutu yoxdur. Maşınla hadisənin törədilmə vaxtı yadında deyildir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, maşın vurulan vaxt iddiaçı yanında bir kişi ilə gəlmişdi. Onlar dedi ki, maşına dəymiş zərər hər nədirsə, həll edəcək, maşını düzəltdirəcəklər. Amma iddiaçı bu təkliflə razılaşmadı, onlara yeni maşın almaqlarını bildirdi. Buna gücü çatmayacağını dedi. Maşınla qəza edən o idi və maşın ustada qala-qala İddiaçı hər gün maşının günlük icarə haqqını ondan alırdı. Evində son 150 manatını da ona verməli oldu. Maşına o zərər vurmuşdu, dəymiş zərəri ödəmək istəyirdi, amma iddiaçı qəbul etmirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Elektron məhkəmə” informasiya sisteminə əsasən müəyyən olunur ki, “Daewoo Gentra” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - xx.xx.2021-ci il tarixli razılaşmanın məzmununa görə: X1 Şəbnəm Rəhim qızından “Daewoo Gentra” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin ödəniş 700 manat ödəmişdir. Avtomobili günü 25 manat olmaqla, 26 aylıq icarə yolu ilə avtomobil sonunda ona qalmaq şərti ilə razılaşmış, avtomobili götürmüş, onun mühərrikinə Şəbnəm tərəfindən 26 ay zəmanət verilmiş (mühərrikə qəsdən zərər vermədiyi halda), avtomobili həftədə bir dəfə (beş gündən bir) Şəbnəmin servisinə texniki baxışa gətirməlidir, onun mühərrikinin yağını 5000 km-dən bir dəyişməlidir. Şəbnəmin servisində avtomobilin mühərrikinin yağını vaxtında və ünvanında dəyişməsə, vaxtında texniki baxışa gətirmədiyi təqdirdə, başqa servislərə avtomobili təmirə aparsa, o zaman avtomobilin mühərrikinə verilmiş zəmanət ləğv edilir. Avtomobili ondan başqa şəxsin idarə etməyi qəti qadağandır. Belə hal aşkar edilərsə, avtomobil ondan dərhal geri alınır və geri qaytarılmır. Avtomobilin gündəlik ödənişi 4 gün gecikərsə, avtomobil ondan geri alına bilər. Bundan 2 gün gözlədikdən sonra digər şəxsə verilə bilər. Avtomobili hər hansı bir səbəbdən geri qaytarmaq istəyərsə və ya hansısa şərtlərin pozulması nəticəsində ondan geri alınarsa o zaman ödədiyi ilkin ödəniş və gündəlik ödədikləri ona heç bir halda geri qaytarılmır. Belə halda avtomobili kiməsə yönlədirə bilməz. Avtomobili hər hansı bir səbəbdən təmirdə saxlayarsa, bunun gündəlik ödənişə heç bir aidiyyəti yoxdur. Avtomobilin üzərində icbari sığortası vardır, kasko sığortası yoxdur, texniki baxışdan keçirilmişdir, avtomobildə kasko sığorta olmadığına görə onda hər hansı yüngül və ağır qəza edərsə, məsuliyyəti özü daşıyacaqdır. Avtomobildə konstruksiya dəyişikliyi etmək qəti qadağandır. Belə hallar baş verərsə, avtomobilə vurduğu zərəri o qarşılamalıdır (konstruksiya dəyişikliyi və qəza zərəri). Avtomobilin xx.xx.2021-ci il tarixdən saat 19:00 radələrində etibarən cərimələrinə məsuliyyət daşıyır. Adına gələn qərarlı və qərarsız cərimələrini 10 gün müddətində ödəməlidir. Əks halda növbəti aya etibarnamə verilməyəcəkdir. Belə olan halda etibarnaməsiz idarə etmək qadağandır. Avtomobil saxlanılır və gündəlik hesablanır. - xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu RPŞ-nin İstintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, cinayət işinin başlanmasının rədd edilmiş və İddiaçı tələbi ilə əlaqədar mülki məsələlərin həlli üzrə aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardan müəyyən olunur ki, təhqiqat araşdırması zamanı X7 izahat verərək bildirmişdir ki, təxminən 2021-ci ilin dekabr aylarında İddiaçı tap.az saytında yerləşdirdiyi elan vasitəsilə zəng edərək ondan “Daewoo Gentra” markalı **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını ondan gündəlik icarəyə götürmək məqsədilə görüşərək aralarında razılığa gələrək günü 25 manat ödəməklə götürmüşdür. Turqutun dostu Elvin yol nəqliyyat hadisəsini törətdiyinə görə Şəbnəm etibarnamənin vaxtını uzatmamış və hadisə ilə bağlı Elvindən şikayətçi olmamasına görə ona məxsus servisdə təmirə qoymuşlar. T.Mehrəliyev Kürdəxanı qəsəbəsi, BİO marketlə üzbəüz olan sözügedən servisə gedərək sexdən açarı götürüb avtomaşını sürərək getdikdən sonra Kürdəxanı qəsəbəsi X.Əzimov küçəsində hərəkətdə olan zaman göy rəngli darvazaya dəyərək qəza hadisəsi törətmiş və evakuator vasitəsilə dostu Fuadın qapısına düşürdüyünü bildirmişdir. Həmçinin, təhqiqat araşdırması zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, dostu Turqut Mehrəliyevin idarə etdiyi **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının işi olduğu üçün götürmüş və hadisə nəticəsində avtomaşına ziyan dəymişdir. Elvin avtomaşını işlədiyi servisə gətirərək Turqutla görüşərək sözügedən avtomaşını təmir etdiyini söz vermişdir. Həmin vaxt Turqutun yanında özünü Şəbnəm kimi təqdim edən və maşının sahibi olduğunu deyən xanım maşının təmiri qurtardıqdan sonra ona təhvil verəcəyini bildirib maşın hazır olduqdan sonra İddiaçı dəfələrlə zəng etsə də, telefonunu açmadığını bildirmişdir. Turqut xx.xx.2022-ci il tarixdə sözügedən iş yerinə gələrək onunla mübahisə edərək açarı təmir sexindən götürüb getdikdən sonra xx.xx.2022-ci il tarixdə Tuqutun həmin avtomaşınla qəza törətdiyini bilmişdir. - xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu RPŞ-nin İstintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, cinayət işinin başlanmasının rədd edilmiş və İddiaçı tələbi ilə əlaqədar mülki məsələlərin həlli üzrə aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək hüququnun olması izah edilmişdir (eyni izahatlar). - xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu RPŞ-nin İstintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, cinayət işinin başlanmasının rədd edilmiş və İddiaçı tələbi ilə əlaqədar mülki məsələlərin həlli üzrə aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək hüququnun olması izah edilmişdir (eyni izahatlar). - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 6(008)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu RPŞ-nin İstintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və İddiaçı şikayətində və məhkəmənin qərarında göstərilmiş xüsusatlarla bağlı əlavə araşdırmanın aparılması qərara alınmışdır. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 6(008)-58/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu RPŞ-nin İstintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və qərarın təsviri hissəsində göstərilən halların araşdırılaraq müvafiq qərar qəbul olunmasının təmin olunması məqsədi ilə İddiaçı müraciəti əsasında toplanmış materialın Sabunçu rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli 03 nömrəli qüsur aktından görünür ki, “Daewoo Gentra” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün material və xidmət haqqı cəmi 1660 manat təşkil edir. - Avangard avto servis tərəfindən tərtib edilmiş dəymiş ziyanın müəyyən edilməsinə dair aktdan görünür ki, “Daewoo Gentra” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün material və xidmət haqqı cəmi 6620 manat təşkil edir. - Bakı şəhəri Arbitrium vəkil bürosunda İddiaçı ilə vəkil Nümayəndə arasında xx.xx.2024-cü il tarixdə hüquqi xidmətin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı tərəfindən 200 və 120 manat olmaqla xidmət haqqı ödənilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 31/83 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ********* saylı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 73.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iddia ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 683.1. Kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. 683.3. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş 6620 manat məbləğində maddi zərərin əvəzinin tutulması barədə iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Daewoo Gentra” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 istifadəsində olmuş, sonuncu həmin nəqliyyat vasitəsini dostu Cavabdeh istifadə üçün vermiş, Elvin isə istifadə zamanı maşına zərər vurmuşdur. Bu hal Elvinin etirafedici izahatı ilə təsdiq olunur. X6 xx.xx.2021-ci il tarixli razılaşma ilə bu məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, üçüncü şəxsin istifadəsi zamanı əmələ gələn təqsiri üçün kirayəçi məsuliyyət daşıdığından, Cavabdeh vurulmuş 6620 manat məbləğində maddi zərərin əvəzinin tutulması barədə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, İddiaçı tərəfindən hazırkı iş üzrə 320 manat hüquqi xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 160 manat xərc və 86.20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən,
QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “6620 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 86.20 manat dövlət rüsumu və 160 manat vəkil xərci İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Şəbnur Qədirova