Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-256/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 8026,84 (səkkiz min iyirmi altı ABŞ dolları səksən dörd sent) ABŞ dolları - bundan 2325,53 (iki min üç yüz iyirmi beş ABŞ dolları əlli üç sent) ABŞ dolları əsas, 1102,93 (bir min bir yüz iki ABŞ dolları doxsan üç sent) ABŞ dolları faiz, 4425,90 (dörd min dörd yüz iyirmi beş ABŞ dolları doxsan sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 172,48 (bir yüz yetmiş iki ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 130.94 (bir yüz otuz manat doxsan dörd qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə, Cavabdeh1 arasında bağlanmış 08 dekabr 2014-cü il tarixli 956447 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borc alanın Kreditor qarşısındaki kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 8588,39 (səkkiz min beş yüz səksən səkkiz ABŞ dolları otuz doqquz sent) ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındaki kredit öhdəliyinin qalığının tərkibini 4408,34 (dörd min dörd yüz səkkiz ABŞ dolları otuz dörd sent) ABŞ dolları əsas borc, 2784,05 (iki min yeddi yüz səksən dörd ABŞ dolları beş sent) ABŞ dolları faiz borcu və 1396 (bir min üç yüz doxsan altı) ABŞ dolları cərimə borcu təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********127 nömrəli xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarılsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 8026,84 (səkkiz min iyirmi altı ABŞ dolları səksən dörd sent) ABŞ dolları təşkil edir. Bundan 2325,53 (iki min üç yüz iyirmi beş ABŞ dolları əlli üç sent) ABŞ dolları əsas, 1102,93 (bir min bir yüz iki ABŞ dolları doxsan üç sent) ABŞ dolları faiz, 4425,90 (dörd min dörd yüz iyirmi beş ABŞ dolları doxsan sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 172,48 (bir yüz yetmiş iki ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları faiz borcu təşkil edir. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, e-2(008)- 256/2025 nömrəli mülki işi ilə bağlı iddiaçı LPO İddiaçı ASC tərəfindən “kredit borcunun qaytarılması barədə” iddia ərizəsinə cavabdeh qismində cəlb olunmuş zamin Cavabdeh2 ilə bağlı olan hissədə iddia müddəti tətbiq edilməklə müddət tətbiq edilərək, ona aid hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.iddia müddəti tətbiq edilməklə iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi 08 dekabr 2014-cü il tarixli 956447 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanılaraq, borc alanın Kreditor qarşısındaki kredit öhdəliyinin qalığı “restrukturizasiya edilərək, kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmış və Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi müqavilə müddəti başa çatdığı xx.xx.2022-ci il tarixdən 1 il müddətində yəni, xx.xx.2023-cü il tarixə kimi zaminlik müqaviləsi bağlanmış Cavabdeh2 qarşı tələb irəli sürülməli olduğu halda xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət olunduğundan, qanunun tələbinə əsasən zaminliyə xitam verilməlidir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinə Cavabdeh2 ilə bağlı olan hissədə rədd edilməlidir. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Hikmət Həsənli xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasını nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 dekabr 2014-cü il tarixli 956447 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borc alanın Kreditor qarşısındaki kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 8588,39 (səkkiz min beş yüz səksən səkkiz ABŞ dolları otuz doqquz sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. - Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 8026,84 (səkkiz min iyirmi altı ABŞ dolları səksən dörd sent) ABŞ dolları təşkil edir. Bundan 2325,53 (iki min üç yüz iyirmi beş ABŞ dolları əlli üç sent) ABŞ dolları əsas, 1102,93 (bir min bir yüz iki ABŞ dolları doxsan üç sent) ABŞ dolları faiz, 4425,90 (dörd min dörd yüz iyirmi beş ABŞ dolları doxsan sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 172,48 (bir yüz yetmiş iki ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları faiz borcu təşkil edir. - bildirişlərin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədikləri təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışlar. İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 130,94 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9077 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavə sazişinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2023-cü il (maliyyə arayışında göstərilən) tarixə olan borcu aşağıdakı kimi müəyyən edilir: - əsas borc üzrə 2129,65 ABŞ dolları; - faiz borcu üzrə 1004,71 ABŞ dolları; - 5 % ilə hesablanmış faiz borcu üzrə 154,70 ABŞ dolları. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsivə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilirki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş olmasına baxmayaraq, Cavabdeh1 tərəfindən üzərinə düşən öhdəliklər lazımı qaydada icra olunmamışdır. Bununla da kreditor müqavilə bağlanılması zamanı nəzərdə tutulmuş ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İddiaçı tərəf bildiriş göndərərək cavabdehlərdən müqavilələr üzrə öhdəliyini icrasını tələb etmiş, edilmədiyi təqdirdə öhdəliyin məcburi icrası üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Lakin bildirişin cavabdehə təqdim edildiyi tarixdən Cavabdeh1 tərəfindən hər hansı bir cavab verilməmişdir. Göründüyü kimi cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. 08 dekabr 2014-cü il tarixli 956447 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 01 nömrəli Əlavə saziş üzrə üzrə iddia tələbinin 2325,53 ABŞ dolları əsas borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı məhkəmə hesab edir ki, əsas borcu ekspert rəyinə əsasən (2129,65 ABŞ dolları) hesablanmış əsas borcu həcmində təmin edilməlidir. İddia tələbinin 1102,93 ABŞ dolları faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı məhkəmə hesab edir ki, faiz borcu ekspert rəyinə əsasən (1004,71ABŞ dolları) hesablanmış faiz borcu həcmində təmin edilməlidir. İddia tələbinin kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 172,48 (bir yüz yetmiş iki ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı məhkəmə hesab edir ki, faiz borcu ekspert rəyinə əsasən 5 % ilə hesablanmış faiz borcu üzrə 154,70 ABŞ dolları həcmində təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 08 dekabr 2014-cü il tarixli 956447 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 01 nömrəli Əlavə sazişə əsasən 442 (dörd yüz qırx iki) ABŞ dolları dəbbə pulu tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 2129,65 (iki min yüz iyirmi doqquz ABŞ dolları altmış beş sent) ABŞ dolları əsas, 1004,71 (bir min dörd ABŞ dolları yetmiş bir sent) ABŞ dolları faiz, 442 (dörd yüz qırx iki) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 154,70 (bir yüz əlli dörd ABŞ dolları yetmiş sent) ABŞ dolları faiz borcu, cəmi 3730,36 (üç min yeddi yüz otuz ABŞ dolları otuz altı sent) ABŞ dolları borc pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) tutularaq, LPO İddiaçı ASC-nin hesabına ödənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 83,41 manat hissəsi cavabdehdən tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2129,65 (iki min yüz iyirmi doqquz ABŞ dolları altmış beş sent) ABŞ dolları əsas, 1004,71 (bir min dörd ABŞ dolları yetmiş bir sent) ABŞ dolları faiz, 442 (dörd yüz qırx iki) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 154,70 (bir yüz əlli dörd ABŞ dolları yetmiş sent) ABŞ dolları faiz borcu, cəmi 3730,36 (üç min yeddi yüz otuz ABŞ dolları otuz altı sent) ABŞ dolları borc pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manat) və 83,41 (səksən üç manat, qırx bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinə Cavabdeh2 ilə bağlı olan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №e-2(008)-256/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-256/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver