Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2585/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24.887 (iyirmi dörd min səkkiz yüz səksən yeddi) manat məbləğində pulun, həmçinin ödənilmiş 165 (bir yüz altmış beş) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Astara rayon sakini olmaqla orada fəaliyyət göstərmiş “Asel kredit” BOKT-da filial müdiri vəzifəsində işləmişdir. Fəaliyyət göstərdiyi müddətdə çoxlu şəxslərlə tanış olmuşdur. Onlardan ikisi də cavabdehlər ər-arvad Cavabdeh1 və Cavabdeh2 olmuşlar. Həmin şəxslər İddiaçı etibarına girmiş, aralarında yaxşı münasibət yaranmış və Ruslanın onlara etibarı yaranmışdır. 2021-ci ilin sentyabr ayında Aygünün xahişinə əsasən Ruslan 3000 (üç min) manat məbləğində pulu heç bir sənədləşmə aparmadan sonuncuya vermişdir. Daha sonra cavabdehlərin müraciətinə əsasən İddiaçı tərəfindən onlara 4240 (dörd min iki yüz qırx) manat məbləğində borc pul verilmişdir. Bununla bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixli qəbz yazılmış və həmin pulun 10 fevral 2022-ci il tarixinə qədər qaytarılacağı bildirilmişdir. 10 fevral 2022-ci il tarixi gəlib çatsa da cavabdehlər borclarını qaytarmamışlar. Bundan sonra aralarında olan dost münasibətinə görə Ruslan bir müddət cavabdehlərə heç bir söz deməmişdir. xx.xx.2022ci il tarixində Ruslan tərəfindən Cavabdeh2 və Cavabdeh1 müraciət olunmuş və ondan aldıqları ümumilikdə 7240 manat məbləğində pulu qaytarmalarını xahiş etmişdir. Cavabdehlər hazırda imkanları olmadıqlarını, iyul ayında imkanlarının normallaşacağını borclarını da həmin ayda qaytaracaqlarını bildirmişlər. Bundan sonra əvvəlki 3000 manat məbləğindəki borcun verilməsi ilə bağlı heç bir sənəd olmadığından xx.xx.2022-ci il tarixdə Cavabdeh2 tərəfindən həmin borcun olmasını təsdiq etmək üçün də qəbz yazılmışdır. 2022-ci ilin may ayında Cavabdeh1 və Cavabdeh2 İddiaçı müraciət edərək "xxxx" QSC-də olan borclarını bağlamaq üçün onlara köməklik etmələrini xahiş etmişlər. Cavabdehlərin "xxxx" QSC-də yüksək faiz dərəcəsi ilə, aylıq ödənişi də yüksək olan kredit borcları olmuşdur. Həmin borcu götürmək üçün girov kimi qızıl qoymuşlar. İddiaçı müraciət etməkdə məqsəd də ondan ibarət olmuşdur ki, "xxxx" QSC-də olan borcu bağlamaq üçün Ruslan onlara pul versin. Həmin borcu bağlayıb, qızılları götürüb Ruslanın müdir kimi işlədiyi “Asel kredit” BOKT-da qoyaraq aşağı faiz dərəcəsi ilə, müddəti də çox olmaqla yeni kredit götürsünlər. Bu yolla həm Ruslana olan 7240 manat borcu qaytaracaqlar, həm də ki, kredit faizləri aşağı düşəcəkdir. İddiaçı filial müdiri kimi rəhbərlik tərəfindən müştəri cəlbinə görə xüsusi səlahiyyət verilmişdir. Həmin səlahiyyət ondan ibarət olmuşdur ki, “Asel kredit” BOKT müştəri cəlbinə xüsusi pul ayırmışdır. Həmin pul filial rəhbəri tərəfindən cavabdeh olmaqla müştəri cəlbinə istifadə edilə bilərdi. Ruslan da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çoxlu xahişindən sonra, həmçinin Cavabdeh1 Dövlət Gömrük Komitəsinin Astara Gömrük Postunun əməkdaşı olması səbəbindən (vəzifəli şəxs tərəfindən ona zərər gəlmə ehtimalının olmadığını fikirləşmiş) onların təklifini qəbul etmişdir. Bundan sonra İddiaçı tərəfindən 17647 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 verilmişdir. Həmin məbləğin 7647 manat hissəsi Cavabdeh2 bank kartına, 10.000 manat hissəsi isə xx.xx.2022-ci il tarixində X6 vasitəsilə Bakı şəhərində Cavabdeh1 və Cavabdeh2 verilmişdir. Pulun verilməsində məqsəd ondan ibarət olmuşdur ki, cavabdehlər həmin pul ilə "xxxx" QSC-də olan borclarını bağlayıb, qızılları götürüb üzərinə də Cavabdeh2 anasından götürdüyü 25 qram qızılı əlavə edəcək və Ruslanın müdir olduğu “Asel kredit” BOKT-dan yeni kredit götürəcəklər. Bununla da Ruslana olan 7240 manat borclarını da qaytaracaqlar. İddiaçı pulu verdikdən sonra cavabdehlərdən Cavabdeh2 ilə mütəmadi olaraq əlaqə saxlamış, qızılları gətirməsini bildirmişdir. Lakin Cavabdeh2 ona bildirmişdir ki, "xxxx" QSC-də olan qızılları tam şəkildə ona qaytarılmadığından qızılları gətirə bilmir. Bu proses bir neçə gün davam etmişdir. Hətta "xxxx" QSC-dən fotoşəkillər də çəkib Ruslana göndərmişdir ki, həqiqətən də bu işlə məşğuldur. İddiaçı sonradan şəxsi əlaqələri vasitəsilə öyrənmişdir ki, onun verdiyi pul ilə kredit bağlanmış və həmin qızıllar "xxxx" QSCdən götürülmüşdür. Lakin onun işlədiyi kredit təşkilatına gətirilməmişdir. Beləliklə də İddiaçı aldadıldığını başa düşmüşdür. Bundan sonra Ruslan tərəfindən cavabdehlərin ünvanına rəsmi məktubla müraciət olunmuşdur. Məktub cavabdehlərə çatdıqdan sonra Ruslan ilə aralarındakı münasibəti korlamışlar. Ruslana məktub göndərməli olmadıqlarını, onlara etibar etməli olmalarını bildirmişlər. Bütün bunlara baxmayaraq nə qızılları, nə də ki, pulu gətirməmişlər. İddiaçı da əlavə olaraq borca salmışlar. “Asel kredit” BOKT-un rəhbərliyi bu söhbətdən xəbərdar olduqdan sonra Ruslandan həmin pula cavabdeh olduğu üçün və Ruslan tərəfindən cavabdehlərə etibar edildiyindən işi qaydasına qoyması, əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət olunacağı bildirilmişdir. Bu səbəbdən İddiaçı kredit cəlbi üçün götürdüyü 17647 manat məbləğində pulu yerinə qoymaq üçün yaşadığı mənzili ipotekaya qoyub kredit götürərərk həmin məbləği bağlamışdır. Cavabdehlərin ucbatından həm yüklü miqdarda borca düşmüş, həm də işindən olmuşdur. Ona görə də hazırda İddiaçı borcunu almaq üçün məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 məhkəməyə xx.xx.2025-ci il tarixdə teleqram ilə müraciət edərək məhkəmə prosesində səhəti ilə əlaqədar iştirak edə bilmədiyini bildirərək iclasın təxirə salınmasını xahiş etmiş, digər cavabdeh X11 isə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məluamt verməmişdir Məhkəmə mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh2 tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, Cavabdeh2 sentyabr ayında İddiaçı Baləmməd oğlundan 3000 manat pul vəsaitini iyul ayının sonunadək qaytarmaq şərti ilə götürmüşdür. Bunun müqabilində əri Cavabdeh1 əmək haqqı kartını girov qismində qoymuşdur. X25 X qızının və X2 iştirakı ilə yazılmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 və yoldaşı Cavabdeh2 dostları X5 onları tanış etdiyi Asel Kredit BOKT Astara filialının müdiri İddiaçı iş əsasında fərqli vaxtlarda ondan götürdükləri 4240 manat pulu 10 fevral 2022-ci il tarixdə qaytarmağı onunla razılaşdırmışlar. İş materiallarında olan 20 may 2022-ci il tarixli kassa mədaxil orderi qəbzinin surətindən görünür ki, Cavabdeh2 "xxxx" QSC-dən götürdüyü krediti 20 may 2022-ci ildə 12230 manat ödəməklə tam şəkildə ödəmişdir. İş materiallarında olan 20 may 2022-ci il tarixli kassa mədaxil orderi qəbzinin surətindən görünür ki, Cavabdeh2 "xxxx" QSC-dən götürdüyü kreditdən 803 manat ödəniş etmişdir. 16 sentyabr 2022-ci il tarixli EM/99484/87/16 nömrəli Kredit Müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, borcalan X3 of Baku ASC-dən 48 ay müddətinə illik 21.5 faiz ödəmək şərti ilə 30.000 manat məbləğində kredit götürmüşdür. 14 sentyabr 2022-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, İsmayılov Balamməd Mirzəli oğlu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində 2 mərtəbəli 3 otaqlı 63,8 kv. m yaşayış, 134,1 yardımçı sahədən ibarət fərdi yaşayış evini borcalan X12 ilə Bank of Baku ASC-arasında bağlanımış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi "xxxx" ASC-də ipoteka ilə yüklü etmişdir.. “ASEL” kredit BOKT tərəfində Cavabdeh1 göndərilmiş 18 iyun 2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, сavabdehə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə qanuna müvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. İş materiallarında olan “Wotsapp” Sosial şəbəkə yazışmalarından, həmçinin iddiaçı tərəfindən təqdim edilən disk formasında olan səs yazılarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı borcu vardır. İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 165 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X4 izahat verərək bildirmişdir ki, o, Astara rayon sakini olmaqla orada fəaliyyət göstərmiş “Asel kredit” BOKT-də işləyir. İddiaçı həmin kredit təşkilatının Astara rayon filyalının müdürü olmuşdur. İddiaçı Astara rayon filyalının müdrü olduğu dövürdə Zeynalov Aygün və Zeynalova Şamil filyala tez tez gəlmiş, kredit təşkilatında bir neçə dəfə kredit götürmüş və sonrada bağlamışdırlar. Zeynalov Aygün və Zeynalova Şamil filyal müdürünün tanışları olduğunu o anlamışdır. İddiaçı kredit təşkilatı tərəfindən 17000 manat pul ayırılmışdır. İddiaçı həmin pulu götürmüş və onun 7647 manat olan hissəsini ona vermişdirki, Cavabdeh2 kart hesabına göndərmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X16 izahat verərək bildirmişdir ki, o Astara rayon sakini olmaqla həmin rayonda yaşayır. O Astara-Bakı yolu üzrə taksi fəaliyyəti ilə məşğuldur. İddiaçıda rayon ərazisindən tanıdığını bildirdi. Zeynalov Aygün və Zeynalova Şamili isə tanımadığını bildirdi. İddiaçı təxminən 3 il bundan əvvəl ona onda biraz pul olduğunu, Bakı şəhərində bir qadına çatdırılmalı olduğunu bildirmiş, pulu və qadının mobil nömrəsini ona vermişdir. Bakı şəhərinə çatdığında həmin xanıma zəng etmiş, Nərimanov ərazisində həmin pulu qadına vaerdi. Pulu Ruslan ona verərəkən o saymış pulun məbləğinin 10.000 manat olduğu ona məlum olmuşdur. Lakin o nə qadının adını bilmiş, nədə mobil nömrəsi onda qalmışdır. İddiaçı tərəfindən təqdim edilən ödəniş qəbzindən görünür ki, 05.2022-ci il tarixdə X13 məxsus 416974......0300 nömrəli kart hesabına 47 manat məbləğində pul göndərilmişdir. İddiaçı tərəfindən təqdim edilən ödəniş qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixdə X13 məxsus 416974......0300 nömrəli kart hesabına 4600 manat məbləğində pul göndərilmişdir. İddiaçı tərəfindən təqdim edilən ödəniş qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixdə X13 məxsus 416974......0300 nömrəli kart hesabına 3000 manat məbləğində pul göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə məhkəmə ilk öncə iddia tələbinin xx.xx.2021-ci il tarixdə cavabdehlərə verilmiş 4240 manat borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən imzalanmış qəbzdəndə müəyyən edilirki, həqiqətən cavabandeh Cavabdeh1 xx.xx.2021-ci il tarixdə İddiaçı 4240 manat məbləğində pulu 2022-ci ilin 10 fevral tarixinədək arvadı Cavabdeh2 ilə birlikdə qaytarmaq şərti ilə borca almış olduğu müəyyən edilir. Lakin sözügedən qəbzdə digər Cavabdeh2 tərəfindən deyildə yalnız Cavabdeh1 tərəfindən imzlanmış olduğundan iddia tələbi bu hissədə yalnız Cavabdeh1 münasibətdə təmin edilə bilər. Bundan sonra məhkəmə iddia tələbinin 2021-ci sentyabr ayında cavabdehlərə verilmiş 3000 manat borcun tutulması hissəsinə münasibət bildirərk qeyd edir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 tərəfindən tərtib edilən qəbzdən görünür ki, Cavabdeh2 2021-ci ilin sentyabr ayında İddiaçıdan 3000 manat pulu 2022-ci ilin iyul ayındək qaytarmaq şərti ilə borca almış oduğunu etiraf edir. Sözügedən qəbz yalnız Cavabdeh2 tərəfindən imzalandığında iddia tələbi bu hissədə yalnız Cavabdeh2 münasibıtdə təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin 7647 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matraillarına əlavə edilmiş terminal vaistəsi ilə X7 bank hesabına pul göndərilməsinə dair xx.xx.2022-ci il tarixli iki qəbzdən və xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, həqiqətəndə iddiaçı tərəfindən cavabdeh X1 tarixlərdə 7647 manat məbləğində pul vəsaiti göndərilmişdir. Hazıra iddiaçı məhkəməyə müraciət edərək sözügedən vəsaiti cavabdeh tərəfindən ona qaytarılmadığı bildirmiş, cavabdelər isə məhkəmə iclaslarına dəfələrlə çaxırılmış olsalarda gəlməmiş, opul məbləğinin iddiaçıya geri qaytarmiş olduğunu təsdiq edən hər hansı bir sübüt məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı sözügedən pul məbləğini X17 ilə müştərək digər Cavabdeh1 da tutularaq ona ödənilməsini xahiş etsədə, iddiaçı həmin pula münasibətdə digər cavabdeh olan Cavabdeh1 hansı qaydada öhdəlik daşıdığını məhkəməyə əsas təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də yalnız X14 münasibətdə təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin taksi sürücüsü X16 vaistəsi ilə cavabdehlərə göndərilmiş 10000 manat pulun cavabdehlərdən tutulması hissəsinə münasibət bildirərək idddiaçı taksi sürücüsü vaistəsi ilə göndərmiş olduğu pulu məhz cavabdehlərə göndərmiş olduğunu təsdiq edən möhtəbər və təkzib edilməz sübutları məhkəməyə təqdim etməmişdir, belə ki məhkəmə iclasında dindirilən şahid pul məbləğini bir xanıma vermiş olduğunu bildirsədə, bu xanımın kim olduğunu bilmədiyini məhkəmə bilıdirmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilən diskə əlavə edilmiş iddiaçı ilə X17 arasında olan səs yazılarından, həmçin vatsap soial şəbəkə vaistəsi ilə olan danışığlardan cavabdehin iddiaçıya borcu olduğu müəyyən edilsədə bu borcun məbləğinin nə qədər olması müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə iddiaçı tərəfindən ödənilmiş 165 manat dövlət rüsumunun cavabdehlər tutulması hissəsinə münasibət bildirərək qeyd edi ki, iddia tələbi cavabdehlərə münasibətdə qismən təmin edildiyindən dövlət rüsumuda tələbin təmin edildiyi hissədə qimən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 4240 (dörd min iki yüz qırx) manat pul və 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 10647 (on min altı yüz qırx yeddi) manat məbləğində pul və 84.66 (səksən dört manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2585/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2585/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver