Məhkəmə qərarları › İş №e-2(008)-2594/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2594/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2594/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0050069-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh 7246,63 manat məbləğində əsas məbləğ üzrə borcu, 2630,53 manat faiz borcu və 555,57 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 10432,73 manat məbləğində kredit borcunun və ödənilmiş 122 manat dövlət rüsumunun alınaraq BOKT “İnkişaf üçün Maliyyə“ MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh bank olmayan kredit təşkilatı "xxxx" MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, L-BK-0048343-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “ev təmiri” məqsədilə borcluya 18 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 2.753,37 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1.636,63 manat olmaqla, cəmi 4.390,00 manat məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh təşkilata 7.246,63 manat məbləğində əsas məbləğ üzrə borcu və 2.630,53 manat faiz borcu var. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeharasında bağlanmış xx.xx.2019-cu il tarixli, LBK-0050069-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Halhazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 555,57 manat təşkil edir. Məhkəməyə ərizə ünvanlayan iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə ərizə ünvanlayan cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" BOKT MMC ilə Vəkil arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, Bank Borcalana 18 ay müddətinə illik 36 faiz ödənilməsi şərtilə 10000 manat məbləğində kredit vermişdir. - 15.02.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Vəkil banka olan əsas kredit borcu 7246,63 manat əsas, 2630,53 manat faiz və 0 manat cərimə borcu, 555,57 manat əldən çıxmış fayda olmaqla, cəmi 10432,73 manat təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1139 saylı rəyinin Məhkəmə-xətşünaslıq ekspertizası üzrə nəticə hissəsindən görünür ki, mülki işin 111-ci vərəqində olan xx.xx.2019-cu il tarixli L-BK- 0048343-F nömrəli kredit müqaviləsinin üz tərəfinin aşağı sağ küncündə olan imza, vərəqin arxa tərəfində borclu qrafasında olan imza; mülki işin 112-ci vərəqində olan L-BK- 0048343 saylı kredit müqaviləsinə 1 nömrəli əlavəyə ödəniş qrafikinin aşağı sağ hissəsində Cavabdeh yazılarının yuxarı hissəsində olan imza; mülki işin 110-cu vərəqində olan xx.xx.2019-cu il tarixli L-BK-0048343-F-1 nömrəli girov müqaviləsinin üz tərəfinin aşağı sağ küncündə olan imza, vərəqin arxa tərəfində girov qoyan qrafasında olan imza Cavabdeh tərəfindən icra edilmişdir. Aparılmış tədqiqatln dəyəri 124 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.7-ci maddəsinə əsasən kreditora dəymi zərər müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş aylıq faiz dərəcəsi miqdarında ödənilməmiş məbləğə 6 ay müddətinə hesablanacaq. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının borclu tərəfindən gecikdirilməsi nəticəsində kreditor tərəfindən məhkəməyə müraciət edilərsə, kreditora dəymiş zərər hesablanaraq iddia məbləğinə əlavə ediləcəkdir. Hazırda isə iddiaçı cavabdehin borcu ödəmədiyi üçün ona dəyən zərərin, yəni əldən çıxmış faydanın ödənilməsi tələb edir. Hesablanmış dəymiş zərər isə 555,57 manat hesablanmışdır. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir. Bununla da yəni faizlərin əldə edilməməsi bankın həmin məbləği dəyərləndirmək imkanlarından məhrum etmişdir. Məhkəmə tərəfindən iş araşdırılarkən cavabdeh tərəfindən kredit müqaviləsinin ümumiyyətlə onun təfəfindən imzalanmadığı bildirilsə də, məhkəmə tərəfindən müəyyən olunan eksperizanın keçirilməsi nəticəsidə cavabdehin etirazı öz təsdiqini tapmamış, kredit müqaviləsində imzanın cavabdehə məxsus olduğu müəyyən olunmuşdur. Məhkəmə dövlət rüsumunun və ekspertiza xərcinin tutulması ilə bağlı məsəni araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 122 manat dövlət rüsumunun əvəzi və 124 manat eskpertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0050069-F saylı kredit müqaviləsi üzrə 7246 (yeddi min iki yüz qırx altı) manat, 63 (altmış üç) qəpik əsas, 2630 (iki min altı yüz otuz) manat, 53 (əlli üç) qəpik faiz, 555 (beş yüz əlli beş) manat, 57 (əlli yeddi) qəpik əldən çıxmış fayda olmaqla, cəmi 10432 (on min dörd yüz otuz iki) manat, 73 (yetmiş üç) qəpik borc pul və 122 (yüz iyirmi iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. Hazırki iş üzrə ekspert rəyinin alınması ilə bağlı 124 (yüz iyirmi dörd) manat ekspertiza xərci Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar