Məhkəmə qərarları › İş №e-2(008)-269/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-269/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-269/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı “NAS X5 Kredit Təşkilatı” ASC-nin Talıbov İslam Əbülfət oğlunun iştirakı ilə, İddiaçı “NAS X5 Kredit Təşkilatı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “NAS X5 Kredit Təşkilatı” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 092/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış 6369.77 (altı min üç yüz altmış doqquz manat yetmiş yeddi qəpik) manat əsas, 554.68 (beş yüz əlli dörd manat altmış səkkiz qəpik) manat faiz, 9.63 (doqquz manat altmış üç qəpik) manat cərimə borcu, cəmi 6934.08 (altı min doqquz yüz otuz dörd manat səkkiz qəpik) manat kredit borcunun, ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 7024.08 (yeddi min iyirmi dörd manat səkkiz qəpik) manat borcun Cavabdeh2 tutularaq, "xxxx" ASC-yə ödənilməsi və tutmanın BB № 443430 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus olan X2 markalı, 99NR041 dövlət qeydiyyat nişanlı, BAN №1GCJT9F99B8141580, Mühərrik №41062T052 nömrəli və Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi, avtomobilin hərrac vasitəsilə satılması, satışdan əldə edilən məbləğin borc məbləğinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında ikinciyə illik 33 (otuz üç) faiz hesablanmaqla 24 (iyirmi dörd) ay müddətinə 8250 (səkkiz min iki yüz əlli) manat kredit verilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli 092/23A nömrəli kredit müqaviləsi imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımı qaydada və vaxtında icrasını təmin etmək məqsədilə BB № 443430 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus olan X2 markalı, 99NR041 dövlət qeydiyyat nişanlı, BAN №1GCJT9F99B8141580, Mühərrik №41062T052 nömrəli avtomobilin Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli, 092/23A nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Hal-hazırda kredit müqaviləsi üzrə Cavabdeh2 6369.77 (altı min üç yüz altmış doqquz manat yetmiş yeddi qəpik) manat əsas, 554.68 (beş yüz əlli dörd manat altmış səkkiz qəpik) manat faiz, 9.63 (doqquz manat altmış üç qəpik) manat cərimə borcu, cəmi 6934.08 (altı min doqquz yüz otuz dörd manat səkkiz qəpik) manat kredit borcu mövcuddur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun və xx.xx.2023-cü il tarixli, 092/23A nömrəli ipoteka müqaviləsinin tələblərinə müvafiq olaraq BB № 443430 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus olan X2 markalı, 99NR041 dövlət qeydiyyat nişanlı, BAN№1GCJT9F99B8141580, Mühərrik №41062T052 nömrəli və Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü edilmiş avtomobilə tutma yönəldilməsinə başlayır. Həmçinin, xx.xx.2023-cü il tarixli, 092/23A nömrəli ipoteka müqaviləsinin 9.1-ci maddəsinə əsasən, İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim günü ərzində icra olunmadıqda. Belə ki, hal-hazırda "xxxx" ASC ilə arasında olan xx.xx.2023-cü il tarixli, 092/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış kredit borcu Cavabdeh2 tərəfindən tam şəkildə ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “NAS X5 Kredit Təşkilatı” ASC-nin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında ikinciyə illik 33 (otuz üç) faiz hesablanmaqla 24 (iyirmi dörd) ay müddətinə 8250 (səkkiz min iki yüz əlli) manat kredit verilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli 092/23A nömrəli kredit müqaviləsi imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımı qaydada və vaxtında icrasını təmin etmək məqsədilə BB № 443430 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus olan X2 markalı, 99NR041 dövlət qeydiyyat nişanlı, BAN №1GCJT9F99B8141580, Mühərrik № 41062T052 nömrəli avtomobilin Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli, 092/23A nömrəli ipoteka müqaviləsi imzalanmışdır. İpoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 16000 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 228/24 nömrəli arayışa əsasən Cavabdeh2 "xxxx" ASC-yə 6369.77 (altı min üç yüz altmış doqquz manat yetmiş yeddi qəpik) manat əsas, 554.68 (beş yüz əlli dörd manat altmış səkkiz qəpik) manat faiz, 9.63 (doqquz manat altmış üç qəpik) manat cərimə borcu, cəmi 6934.08 (altı min doqquz yüz otuz dörd manat səkkiz qəpik) manat kredit borcu mövcuddur. xx.xx.2024-cü il tarixli, 171/24 nömrəli bildirişin surətindən görünür ki, cavabdehə borca görə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9069 nömrəli ekspert rəyində göstərilmişdir ki xx.xx.2023-cü il tarixli, 092/23A nömrəli Kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair “kassa mədaxil elan”ları və xx.xx.2023-cü il tarixli, 092/23A №-li kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) "xxxx" ASC-nə olan borcu 8.056,78 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə __ 7.468,05 manat, faiz borcu üzrə __ 588,73 manat. Həmçinin qeyd edilir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “kassa mədaxil elan”ına əsasən 2.100,00 manat məbləğində ödəniş edilmişdir. Həmin ödəniş nəzərə alındığı təqdirdə 5.956.78 manat (8.056,78 - 2.100,00) məbləğində borcu qalacaqdır, o cümlədən: əsas borc üzrə __ 5.956,78 manat, faiz borcu üzrə __ 0 manat. Göründüyü kimi cavabdehlər müqavilələr üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilə şərtlərini pozmuşdur. xx.xx.2023-cü il tarixli, 092/23A nömrəli kredit müqaviləsi üzrə iddia tələbinin əsas və faiz borcunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi hissəsinə gəldikdə məhkəmə hesab edir ki, əsas və faiz borcu ekspert rəyinə uyğun təmin edilməlidir. Belə ki, ekspert rəyindən də göründüyü kimi iş materiallarında olan xx.xx.2024-cü il tarixli “kassa mədaxil elan”ına əsasən borclu tərəfindən 2100 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə həmin ödənişi nəzərə alaraq Cavabdeh2 5956,78 manat məbləğində borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən xx.xx.2023-cü il tarixli, 092/23A nömrəli müqaviləyə əsasən 9,63 manat cərimə borcu ayrı-ayrılıqda nəzərdən keçirdərək hesab edir ki, iddia tələbi cərimə borcu hissəsində əsaslıdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, 092/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış 5956,78 manat əsas, 9.63 (doqquz manat altmış üç qəpik) manat cərimə borcu, cəmi 5966,41 manat kredit borcu Cavabdeh2 tutularaq, "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borcluya dəfələrlə rəsmi olaraq müraciət edilsə də, heç bir ödəmə həyata keçirilməmişdir. Borclu dəfələrlə əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, tutma Cavabdeh1 mülkiyyətində olan ipoteka predmeti X2 markalı, 99NR041 dövlət qeydiyyat nişanlı, BAN №1GCJT9F99B8141580, Mühərrik 41062T052 nömrəli avtomobilə yönəldilməli, 16000 manata hərraca çıxarılaraq, hərracda satılsın və satışından əldə edilən vəsaitinin kredit tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli və satışdan əldə olunan qalan məbləğ cavabdehə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 79,66 (yetmiş doqquz manat altmış altı qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, 092/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış 5956,78 manat əsas, 9.63 (doqquz manat altmış üç qəpik) manat cərimə borcu, cəmi 5966,41 manat kredit borcu Cavabdeh2 tutularaq "xxxx" ASC-yə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətində olan ipoteka predmeti X2 markalı, 99NR041 dövlət qeydiyyat nişanlı, BAN №1GCJT9F99B8141580, Mühərrik 41062T052 nömrəli avtomobilə yönəldilməli, 16000 manata hərraca çıxarılaraq, hərracda satılsın və satışından əldə edilən vəsaitinin kredit tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan "xxxx" ASCyə ödənilsin. "xxxx" ASC-nin tələbi ödənildikdən sonra satışdan artıq qalan məbləğ ipoteka predmetinin mülkiyyətçisi olan Cavabdeh1 qaytarısın. 79,66 (yetmiş doqquz manat altmış altı qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Ekspertiza xərci olaraq 50 (əlli) manat cavabdehlərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar