Məhkəmə qərarları › İş №e-2(008)-27/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-27/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-27/2024 11.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 22582,07 manat əsas, 2522,51 manat cərimə borcu və 20 manat dövlət rüsumu olmaqla, cəmi 25104,58 manat pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsini barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(008)- 7385/2018 nömrəli məhkəmə əmrinə əsasən Cavabdeh 25104,58 manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Cavabdeh xx.xx.2019-cu ildə məhkəməyə etiraz ünvanlayaraq sözügedən məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(008)- 2714/2019 nömrəli qərardı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(008)-7385/2018 nömrəli məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qayadasında baxılması qərara alınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(008)- 2714/2019 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşlı olan “borc müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə yekunlaşanadək icraatda olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə xx.xx.2024-cü ildə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(82)-1011/2019 nömrəli məktub daxil olmuşdur. Həmin məktubda 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1011/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-285/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması, qətnamədən kassasiya şikayəti verilməməsi və xx.xx.2020-ci ildə qanuni qüvvəsini alması göstərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-27/2024 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı "pul" tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən tərəflər arasında “pul” tələbi ilə bağlı qanuni qüvvəsini almış qətnamə çıxarılmışdır, ona görə də hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddiasının "pul" tələbinə dair məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi mövcüd olduğundan iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar