Məhkəmə qərarları › İş №e-2(008)-2709/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2709/2022

21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2709/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İlk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə, İlk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı təbii X5nın pozulmasına görə dəymiş ziyanın ödənilməsi tələbinə dair ilk iddia ərizəsi, Cavabdeh İddiaçınə qarşı borcun silinməsi və borca tutulan pulun geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 594,60 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 5,84 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 630,44 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********99********) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Cavabdehn qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı əməkdaşları tərəfindən Cavabdeh barəsində tərtib edilmiş əsassız olaraq hesablanmış cərimə borcundan geridə qalan 594,60 manat məbləğində borcun silinməsi və borcun hesablandığı gündən etibarən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günə kimi onun tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 377,40 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AKX-00319xx/xx-2018 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır.Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 972 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur . Həmin zərərdən cavabdeh 377,40 manat ödəniş etmişdir. Beləliklə hesablanmış dəymiş maddi zərər üzrə qalıq məbləği 594,60 manat təşkil edir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 5,84 manat debitor borcu da qalmışdır. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli borc məbləği hazırda abonentin SALDO və GASREP üzrə ümumi 600,44 manat təşkil təşkil etməkdədir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Əsgərov X7 İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla təbii qazın alqı-satqı müqaviləsi əsasında istifadəsində olan fərdi yaşayış evinnə təbii qazdan istifadə edir və həmin evə İddiaçı İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini də təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G4 markalı İtron tipli qaz sayğacı quraşdırılmışdır. 2018-ci il tarixdə İddiaçı İB-nin nümayəndəlri ona məxsusi fərdi yaşayış evindən bir neçə metr aralıda həyətdə quraşdırılmış Smart G4 markalı İtron tipl dövlət yoxlamasında da sözügedən rəy əsasında BRQSD-nin rəisi tərəfindən xx.xx.2018-ci il tarixdə “təbii X5nın pozulması” haqqında ******* nömrəli akt tərtib olunmuş, həmin akt əsasında 31,10.2018-ci il tarixdə qəbul edilmiş hesabatda qaz itkisinin yaranması səbəbindən avbonentin hesabına 377,40 manat məbləğində cərimə borcu qeyd edilmişdir. Qaz sayğacının dövlət yoxlanılmasında onun iştirakı təmin olunmamış, eləcə də qaz sayğacında aşkar olunmuş xətalarda onun heç bir təqsiri olmamışdır. Belə ki, fərdi yaşayış evindən bir neçə metr aralıda olan qaz sayğacına həyətdən keçən istənilən şəxs, hətta SOCAR işçisinin müdaxilə etməsi də mümkündür. Hesabatda göstərilən qaz itkisinə görə 377,40 manat məbləğində cərimə olunmasınn heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə əsassız hesab edilərək rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin olunmalıdır. Hazırkı işin faktiki halları aşağıdakılardır (sənədlər iş mağteriallarına əlavə edilmişdir). Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2018-ci il tarixində AKX-00319xx/xx-2018 saylı «Qaz paylayıcısı ilə sənayeqaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını keyfiyyət qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. İddiaçı İB-nin tərəfindən **********00000 №-li abonent kodu verilmiş və Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Həmin ünvanda yerləşən fərdi yaşayış evində Cavabdeh dair aşağıdakı akt tərtib edilmiş və dəymiş zərər hesablanmışdır: “Təbii X5nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və 29/1710-02109/2- 39 №-li aktına əsasən 1002AQ**********8 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli hesabat akt üzrə itirilmiş qazın miqdarı 9720 m3 hesablanmışdır. Beləliklə, akt üzrə cavabdeh tərəfindən 972 manat məbləğində zərərin vurulması hesablanmışdır. Abonentin saldosundan görünür ki, həmin məbləğin ödənilməsi məqsədilə Cavabdeh 377,40 manat pul tutulmuşdur. Hazırda İddiaçı Cavabdeh 594,60 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 5,84 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 630,44 manat pulun tutulmasını, Cavabdeh isə 594,60 manat məbləğində borcun silinməsini və borcun hesablandığı gündən etibarən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günə kimi onun tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 377,40 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməli olduğu qənatinə gəlmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “X5”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli № 80 nömrəli qərarının 3.1. maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Yuxarıda qeyd edildiyi kimi, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən qaz sayğacının çıxış plastmas borusunun deşilməsi aşkar olunmuş və itirilmiş qazın miqdarı 9720 m3 hesablanmışdır. Həmin akta dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sayğaca müdaxiləyə görə məsuliyyəti abonent daşımır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X5»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı tərəf özü daşıdığından, habelə zədələnmiş qaz sayğaclarının təmir olunması, həmin dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, bununla da qaz sayğaclarının yararsız hala düşməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən ilk iddia İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi hissədə rədd edilməlidir. İlk iddianın 5,84 manat debitor borcun tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə də iddia rədd edilməlidir. Belə ki, abonentin saldosundan Cavabdeh həmin məbləğdə debitor borcunun olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilərək İddiaçı tərəfindən Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli akt üzrə hesablanmış cərimə borcundan geridə qalan 594,60 manat məbləğində borc silinməli və borcun hesablandığı gündən etibarən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günə kimi onun tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 377,40 manat məbləğində pul vəsaiti Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə YuxarıdagöstərilənlərəəsasənvəAzərbayjanRespublikasınınMülkiProsessualMəjəll əsinin 216-220, 227, 233, 360-cımaddələrinirəhbərtutaraq, məhkəmə QƏTETDİ: İlk iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli akt üzrə hesablanmış cərimə borcundan geridə qalan 594,60 manat məbləğində borc silinsin və borcun hesablandığı gündən etibarən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günə kimi onun tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 377,40 manat məbləğində pul vəsaiti Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar