Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2723/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “X1 Azərbaycan” QSC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 204 manat maddi zərərin və 30 manat dövlət rüsumunun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı “X1 Azərbaycan” QSC arasında xx.xx.2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də, borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(008)-6666/2018 saylı qətnaməsi çıxmışdır. Nəticədə, iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən, məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək, borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində ödənilən 300 manat, xx.xx.2023-cü il tarixində ödənilən 250 manat, xx.xx.2023-cü il tarixində ödənilən 50 manat, xx.xx.2023-cü il tarixində ödənilən 300 manat, xx.xx.2023-cü il tarixində ödənilən 300 manat, xx.xx.2023-cü il tarixində ödənilən 160 manat məbləğ "xxxx" MMCnin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 204 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh (lər) tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 204 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.20.9-cu bəndində qeyd edilmişdir ki, «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vatında və lazımi qaydada geri qaytarılmasına görə, bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(008)-6666/2018 saylı məhkəmə əmrinə əsasən, borclu Cavabdeh 1974 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş materiallarında olan “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən, müqavilə istehlak kreditləri, avtomobil kreditləri və\və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və\və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında xx.xx.2013-cü il tarixli qarışıq müqavilənin 4.20.9-cu bəndinə əsasən, bank tərəflər "kart/əlavə kart sahibi" tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə, kreditin (yaranan bordarın) geri qaytarılması ilə bağlı çəkdiyi (çəkməli olduğu) bütün xərclərin (zərərin/məsrə-lərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini "kart/əlavə kart sahibindən" və/və ya "zamindən" tələb etmək, bu müqavilə üzrə tələb hüquqlanın üçüncü şəxslərə satmaq və ya güzəşt etmək, bu müqavilə üzrə "kart/əlavə kart sahibinin" öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi səbəbindən yaranmış (ödənilməmiş) borcların geri qaytarılmasının təmin edilməsi məqsədilə borcun qaytarılmasını üçüncü şəxslərə tapşırmaq, bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilən (çəkilməli olan) məsrəfləri (xərcləri) "kart/əlavə kart sahibindən" və/və ya "zamindən" tələb etmək (tutmaq/almaq) hüququna malikdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq "X1 Azərbaycan" QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi borclu tərəfindən xx.xx.2023cü ildə təmin edilmiş, 1360 manat məbləğində pul vəsaitinə görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC MMC-yə 204 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə bank tərəfindən "xxxx" MMC-yə köçürülmüş 204 manat xidmət haqqının qaytarılması barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən, iddiaçı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilmişdir. İddiaçı “X1 Azərbaycan” QSC, "xxxx" MMC ilə bağladığı hüquqi xidmət haqqında müqaviləyə əsasən, məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Buna görə də, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 204 manat məbləğində xidmət haqqı ödənilmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış qeyd olunan müqavilənin 4.20.9-cu bəndinə əsasən, iddiaçının cavabdehdən həmin məbləği tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia təmin edilməli, cavabdehdən iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə 204 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qanunun qeyd olunan tələblərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməli və onlardan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh 204 (iki yüz dörd) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-2723/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2723/2025
15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver