Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2761/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-4.1, 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə ki, iddia ərizəsinə əlavə olumuş xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə satıcı "xxxx" MMC-nin müdiri Elçin Məmmədovla alıcı Cavabdeh arasında bağlanmışdır. xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsi isə, faktor “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müştəri "xxxx" MMC arasında bağlanmış, “müştəri” üçüncü şəxslərə qarşı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələblərini “faktora” güzəşt etmişdir. Göründüyü kimi, tələbin güzəşti barədə müqavilə, yəni faktorinq müqaviləsi xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə tərəf olmayan "xxxx" MMC ilə bağlanmışdır. Cavabdeh qarşı hazırkı tələbin irəli sürülməsi üçün satıcı "xxxx" MMC-nin müdiri Elçin Məmmədovla iddiaçı (faktor) “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında tələbin güzəşti barədə bağlanmış faktorinq müqaviləsi müəyyən edilməmişdir. Ona görə də, məhkəmə tələbi təsdiq edən sənədlərin təqdim olunmaması qənaətinə gəlir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddiaçının nümayəndəsinə ərizədə qeyd edilən nöqsanlar aradan qaldırıldaqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 284-4.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi dair iddia ərizəsinin geri qaytarıldığını nəzərə alaraq hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu həmin ödənişi həyata keçirmiş “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə dövlət büdcəsindən geri qaytarılsın. İddiaçının nümayəndəsinə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-2761/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2761/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver