Məhkəmə qərarları › İş №e-2(008)-2764/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2764/2023

29.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2764/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsinin Vəkil Firuddin oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus “X5 Soyuducu” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmiri üçün zəruri olan 5356 manat ziyan məbləğinin və 74 manat dövlət rüsumu cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Cavabdeh1 idarə etdiyi, Cavabdeh2 məxsus Opel Astra markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi ilə, Nazim İsmayılov prospekti istiqamətində 30-40 km sürətlə hərəkət edərkən həmin küçənin kəsişməsində olan yolayrıcına daxil olub, düzünə hərəkətinə dəvam etdikdə həmin vaxt Nazim İsmayılov prospekti ilə hərəkətdə olan sürücü X1 yol vərəqəsi əsasında idarə etdiyi İddiaçı MMC-yə məxsus “X5 Soyuducu” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avomaşınla toqquşmuş, zərbənin təsirindən avtomaşının sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış İfrat İsmayılovun yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-ya məxsus, İveco markalı **-JN-*** dövlət qeydiyyat nişanlı manipulyator yük kranı ilə toqquşmuş, toqquşma nəticəsində sürücü Ə.Abdullayev yüngül bədən xəsarəti almasına səbəb olmuş zəncirvari yol-nəqliyyat hadisəsi törətmişdir. Sözügedən hadisənin araşdırılması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən 28 oktyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək Sabunçu Rayon Dövlət X7 tərəfindən barəsində xx.xx.2022-ci il tarixli AP №0191173 nömrəli İnzibati Xəta haqqında Protokol tərtib edilmiş və sonuncu inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 30 noyabr 2022-ci il tarixli 57/2022 nömrəli qüsur aktına əsasən İddiaçı MMC-yə X5 Soyuducu markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avomaşının təmir xərcinin məbləği 9900 manat müəyyən edilmişdir. Qeyd olunan ziyan məbləğindən 4544 manat pul məbləği Atəşgah Sığorta Şirkəti ASC tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. Lakin qalıq 5356 manat ziyan məbləğinin ödənilməsi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən qəbul edilən 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Cinayət işinin başlanmasını rədd ediblər. İş materiallarında olan Sabunçu rayon Dövlət X7 tərəfindən tərtib edilən xx.xx.2022ci il tarixli AP №0191173 nömrəli İnzibati Xəta haqqında Protokoldan görünür ki, Cavabdeh1 sözügedən zəncirvari yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinib və inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 30 noyabr 2022-ci il tarixli 57/2022 nömrəli qüsur aktından görünür ki, İddiaçı MMC-yə X5 Soyuducu markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avomaşının təmir xərcinin məbləği 9900 manat müəyyən edilmişdir. İş materiallarında olan AR DİN Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2- 7165/2023 nömrəli cavab məktubunda bildirmişdilər ki, DİN Baş X8 İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən “İVECO FBAT S59 YÜK” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2002-ci il tarixdən A.E.R. firmasının adında qeydiyyatdadır. Həmçinin “OPEL ASTRA” markalı, **- OP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh2 adında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 9/3821 nömrəli ekspert rəyindən də görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən avohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “X5 Soyuducu” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9910,00 manat müəyyən edilib. İş materiallarında olan Sabunçu Rayon Polis İdarəsinin Cinayət işinin rədd edilməsi haqqında 28 oktyabr 2022-ci il tarixli qərarında Cavabdeh1 BCD dərəcəli sürücülük hüququna malik olması və xx.xx.2022-ci il tarixdə Cavabdeh2 məxsus “Opel Astra” markalı maşını etibarnamə əsasında idarə etməsi qeyd olunmuşdur. Lakin mülki iş materiallarında hər hansı etibarnamənin olması öz təstiqini tapmadı. İş üzrə 21 iyul 2023-cü il tarixli ekspert rəyinə əsasən 2007-ci il buraxılışlı “X5 Soyuducu” markalı ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9910 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 74 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı MMC-yə məxsus “X5 Soyuducu” markalı **-JY-*** dövlət nişanlı avtomobilə cavabdeh X2 idarə etdiyi Cavabdeh2 məxsus Opel Astra markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi ilə üzü Nazim İsmayılov prospekti istiqamətində 30-40 km sürətlə hərəkət edərkən həmin küçə ilə Nazim İsmayılov prospektinin kəsişməsində olan yolayrıcına daxil olub, düzünə hərəkətinə dəvam etdikdə həmin vaxt Nazim İsmayılov prospekti ilə hərəkətdə olan sürücü X1 İddiaçı süd məhsulları MMC-yə məxsus yol vərəqəsi əsasında idarə etdiyi X5 Soyuducu markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avomaşınla toqquşmuş, zərbənin təsirindən avtomaşının sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış İfrat İsmayılovun yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-ya məxsus, İveco markalı **-JN-*** dövlət qeydiyyat nişanlı manipulyator yük kranı ilə toqquşmuş və cavabdehin təqsiri səbəbindən iddiaçıya maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Qanunun tələbindən də göründüyü kimi X2 idarə etdiyi Cavabdeh2 məxsus Opel Astra markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avomobili idarə etmək üçün etibarnamə və ya digər qanuni əsaslarla idarə etmədiyindən mülkiyyətçi olan Cavabdeh2 və X4 birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddia təmin edilərək, X4 və Cavabdeh2 5356 manat dəymiş zərər və 74 manat dövlət rüsumu müştərək qaydada tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5356 (beş min üç yüz əlli altı) manat dəymiş zərər və 74 (yetmiş dörd) manat dövlət rüsumu İddiaçı MMC –nin xeyrinə tutulsun. 50 (əlli) manat Məhkəmə Ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, HESAB AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qayadada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar